"Şükriyyə" Gəncədə nümayiş olundu

"Şükriyyə"  Gəncədə nümayiş olundu
15 oktyabr 2024
# 15:41

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı oktyabrın 14-də yazıçı Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi eyniadlı tamaşanı Gəncə Dövlət Milli Dram Teatrında nümayiş etdirib.

Kulis.az xəbər verir ki, yeni yaradıcılıq işində əməkdar artist Münəvvər Əliyeva, xalq artisti Nurəddin Mehdixanlı, xalq artisti Əli Nur, əməkdar artistlər Mehriban Xanlarova, Vəfa Rzayeva, aktyorlar Afət Məmmədova, Rada Nəsibova, Ləman İmanova, əməkdar artist Şəlalə Şahvələdqızı, aktrisa Dilarə Nəzərova, aktyor Rüstəm Rüstəmov, aktrisalar Aylin Həşimova, Lalə Süleymanova, Nəzrin Abdullayeva, aktyorlar Elsevər Rəhimov və Tural İbrahimov çıxış ediblər.

Tamaşanın səhnə tərtibatçısı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənovadır.

Qeyd edək ki, tamaşa Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatı haqqındadır. O, 1937-ci il oktyabrın 14-də həbs olunub. Şükriyyə xanıma 8 il həbs cəzası verilib və “xalq düşməninin arvadı” kimi Şimali Qazaxıstanın Akmolinski vilayətinə – əmək koloniyasına göndərilib.

Səhnə əsəri Gəncə tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb.

# 2555 dəfə oxunub

Oxşar xəbərlər

Çingiz Aytmatovun “Cəmilə” əsəri YUĞ Teatrında

Çingiz Aytmatovun “Cəmilə” əsəri YUĞ Teatrında

13:57 26 noyabr 2026
Akademik Milli Dram Teatrı Çinlə əməkdaşlığı genişləndirir

Akademik Milli Dram Teatrı Çinlə əməkdaşlığı genişləndirir

11:26 25 noyabr 2026
Bakıda “3-cü Uşaq Teatr Festivalı”  keçiriləcək

Bakıda “3-cü Uşaq Teatr Festivalı” keçiriləcək

16:59 24 noyabr 2026
Bakı Uşaq və Gənclər Teatrından yeni layihə

Bakı Uşaq və Gənclər Teatrından yeni layihə

16:01 24 noyabr 2026
Rusiyanın əfsanəvi teatr aktyoru vəfat etdi

Rusiyanın əfsanəvi teatr aktyoru vəfat etdi

13:22 21 noyabr 2026
Azərbaycan Dövlət Yuğ Teatrında yeni premyera

Azərbaycan Dövlət Yuğ Teatrında yeni premyera

19:37 14 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər