Şəfiqə Məmmədova “İstiqlal” ordeni ilə təltif edilib - Sərəncam

Şəfiqə Məmmədova “İstiqlal” ordeni ilə təltif edilib - Sərəncam
29 mart 2025
# 11:37

Xalq artisti Şəfiqə Məmmədova “İstiqlal” ordeni ilə təltif edilib.

APA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, Şəfiqə Haşım qızı Məmmədova Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin Xalq artisti Şəfiqə Məmmədovanın 80 illik yubileyi münasibətilə təbrik də ünvanlayıb.

Kulis.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Sizi – teatr və kino sənətimizin görkəmli nümayəndəsini 80 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Siz Azərbaycan mədəniyyətinin inkişafına dəyərli töhfələr vermiş sənətkarsınız. Özünəməxsus ifa tərzinizə sadiq qalmaqla mənəvi aləminə ustalıqla nüfuz edərək yaratdığınız dolğun, dramatik obrazlar hər zaman həyatiliyi ilə seçilmiş və yaddaşlarda silinməz iz qoymuşdur. Milli Dram Teatrının səhnəsində canlandırdığınız müxtəlif xarakterlər və kinematoqrafiyamızın qızıl fondunda fəxri yer tutan filmlərdə uğurlu ekran həyatı verdiyiniz qəhrəmanlar Sizə geniş şöhrət qazandırmışdır.

Aktyorluq sənətinin sirlərinə gənclərin yiyələnmələri üçün mahir pedaqoq olaraq böyük əmək sərf etmisiniz. Ölkəmizin mədəni-ictimai həyatında fəal iştirakınız vətəndaş mövqeyinizin bütövlüyünün bir təzahürüdür.

Yaradıcı şəxsiyyət kimi səmərəli fəaliyyətiniz daim yüksək qiymətləndirilmiş və dəfələrlə təltiflərə layiq görülmüşdür.

Sizə bu əlamətdar gündə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı və nailiyyətlər arzulayıram".

# 2360 dəfə oxunub

Oxşar xəbərlər

Səhnəyə pişik çıxdı - Şekspirin faciəsində "xoşbəxt sonluq"

Səhnəyə pişik çıxdı - Şekspirin faciəsində "xoşbəxt sonluq"

12:34 12 iyun 2026
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa

Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa

16:23 11 iyun 2026
Rus Dram Teatrında tələm-tələsik, “yarımfabrikat” tamaşa - "Karmen"i kim xilas edəcək?

Rus Dram Teatrında tələm-tələsik, “yarımfabrikat” tamaşa - "Karmen"i kim xilas edəcək?

15:00 11 iyun 2026
"Buratino" tamaşası Sumqayıtda

"Buratino" tamaşası Sumqayıtda

17:16 3 iyun 2026
Milli Teatr Konyada Beynəlxalq festivalda təmsil olunur

Milli Teatr Konyada Beynəlxalq festivalda təmsil olunur

16:18 3 iyun 2026
Musiqili Teatrda yeni tamaşa: “Balaca şahzadə”

Musiqili Teatrda yeni tamaşa: “Balaca şahzadə”

12:00 2 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər