Loğman Kərimov işdən çıxdı

Loğman Kərimov işdən çıxdı
11 fevral 2025
# 09:45

Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar artist Loğman Kərimov işdən çıxıb.

Kulis.az xəbər verir ki, o, bununla bağlı Mədəniyyət Nazirliyinə ərizə ilə müraciət edib.

Mədəniyyət Nazirliyi faktı təsdiqləyib.

Bildirilib ki, Loğman Kərimov öz xahişinə əsasən vəzifəsindən azad edilib.

Loğman Kərimov kimdir?

Aktyor, teatr rejissoru, ssenari müəllifi Loğman Seyfulla oğlu Kərimov 11 yanvar, 1959-cu il Bakıda anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışan Loğman Kərimov 30-a yaxın maraqlı surətlər yaratmışdır. Onun "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Qəzəlxan" filmində yaratdığı Əliağa Vahid obrazı geniş tamaşaçı kütləsi tərəfindən yüksək qiymətləndirilib. Loğman Kərimov 1998-ci ildən doğma teatrda rejissor kimi fəaliyyətə başlamış və bu müddət ərzində Elçinin "Mahmud və Məryəm" (bu tamaşa 1999-cu ilin ən uğurlu tamaşası elan edilib), "Ölüm hökmü", S. S. Axundovun "Qaraca qız", Ə. Dəmirçizadənin "Dədəm Qorqud", A. Babayevin "Olmuş əhvalat", M. Marinyenin "Lotereya" əsərlərinə uğurlu səhnə həlli verib. O, teatrın rus bölməsində "Əlibaba və 40 quldur", "Al çiçək", "Göyçək Fatma" tamaşalarını hazırlayıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru vəzifəsində çalışıb.

Loğman Kərimov 2006-cı ildə əməkdar artist fəxri adına layiq görülüb. 2002-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin mükafatçısıdır.

# 3841 dəfə oxunub

Oxşar xəbərlər

“Xocalını unutmadıq”  tamaşası təqdim edildi

“Xocalını unutmadıq” tamaşası təqdim edildi

17:40 25 fevral 2026
Sumqayıt Teatrında yeni tamaşanın premyerası olacaq

Sumqayıt Teatrında yeni tamaşanın premyerası olacaq

17:11 23 fevral 2026
“Tələ”  tamaşasının premyerası oldu

“Tələ” tamaşasının premyerası oldu

14:20 23 fevral 2026
Xocalı qurbanlarının xatirəsinə ithaf olunan tamaşa - “Sən qayıdacaqsan”

Xocalı qurbanlarının xatirəsinə ithaf olunan tamaşa - “Sən qayıdacaqsan”

11:30 23 fevral 2026
Əliabbas Qədirovun 80 illiyi qeyd olundu

Əliabbas Qədirovun 80 illiyi qeyd olundu

10:15 23 fevral 2026
Xalq yazıçısı Kamal Abdullanın “Ruh” əsəri əsasında hazırlanan tamaşa nümayiş olundu

Xalq yazıçısı Kamal Abdullanın “Ruh” əsəri əsasında hazırlanan tamaşa nümayiş olundu

11:57 19 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər