Lənkəranda Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin səyyar iclası keçirildi

Lənkəranda Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin səyyar iclası keçirildi
24 dekabr 2024
# 09:26

23 dekabr 2024-cü il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin üzvləri Lənkəranda səyyar iclas keçiriblər. İclasda Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və regionda yerləşən teatr kollektivləri iştirak edib.

Kulis.az xəbər verir ki, Regional İdarənin rəhbərliyi tərəfindən səmimi qarşılanan İttifaqın Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, sədr müavinləri - Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar artist, professor Azad Şükürov, İdarə heyətinin üzvü, Xalq artisti Mərahim Fərzəlibəyov, İttifaqın Məsul katibi Aida Qafarova ölkə teatrlarının bugünkü vəziyyətindən, uğurlarından, problemlərindən danışıblar.

Maraqlı müzakirələrlə davam edən iclası giriş sözü ilə Hacı İsmayılov açıb.

O, Azərbaycanın teatr həyatından, o cümlədən bölgə teatrlarında yaranan canlanma prosesindən, 2023-cü ilin may ayından başlayan və böyük uğurla davam edən İttifaqın "QONAQ TEATR" layihəsindən danışıb.

Sonra regionda fəaliyyət göstərən teatrlara göstərdiyi diqqət və qayğıya görə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, teatr sənəti sahəsində uğurlu fəaliyyət göstərən Lənkəran Dövlət Dram Teatrının direktoru, Dağıstan Respublikasinin Əməkdar artisti, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət ișçisi Laləzar Hüseynova, baş rejissor Anar Babalı, teatrın aktrisaları Qızılgül Quliyeva və Aynur Əhmədova, Salyan Dövlət Kukla Teatrının baş rejissoru Rafiq Mirzəyev İttifaqın Fəxri fərmanı ilə təltif olunublar.

Çıxış edənlər - Bəxtiyar Qılıncov, Hacı İsmayılov, İlham Namiq Kamal, Azad Şükürov, Laləzar Hüseynova, Anar Babalı, Xalq artisti Qabil Quliyev, gənc aktyor Əlirza Şahbazi, regionda yerləşən Xalq teatrlarının nümayəndələri çalışdıqları teatrların uğurlarından və problemlərindən söz açıb, problemlərin həlli yolları barədə fikir mübadiləsi yürüdüblər.

Səmimi şəraitdə keçən görüşdən məmnun qalan iştirakçılar İttifaq rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

# 1956 dəfə oxunub

Oxşar xəbərlər

“Aşkın yapay provası”  Azərbaycan səhnəsində nümayiş olunacaq

“Aşkın yapay provası” Azərbaycan səhnəsində nümayiş olunacaq

16:31 11 mart 2026
Milli Teatr Günü münasibətilə  tədbir keçirildi

Milli Teatr Günü münasibətilə tədbir keçirildi

10:13 11 mart 2026
“YUĞ” səhnəsində “Master klass” - Səriyyə Salamova

“YUĞ” səhnəsində “Master klass” - Səriyyə Salamova

11:17 10 mart 2026
“Yalnız mədəniyyət”  adlı musiqili tamaşa nümayiş olundu

“Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olundu

18:20 6 mart 2026
Valeh Kərimov uzun fasilədən sonra səhnədə

Valeh Kərimov uzun fasilədən sonra səhnədə

17:40 6 mart 2026
Azərbaycanlı rejissorun tamaşası Moskva səhnəsində

Azərbaycanlı rejissorun tamaşası Moskva səhnəsində

16:30 6 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər