İrəvan teatrının bayram repertuarı

İrəvan teatrının bayram repertuarı
16 mart 2026
# 14:00

İrəvan Dövlət Azərbaycan Dram Teatrının təmirdən sonra istifadəyə verilmiş yeni binası qapılarını tamaşaçıların üzünə açır. Bayram günlərində teatr balaca tamaşaçıları sevindirəcək.

Kulis.az xəbər verir ki, martın 18-dən 21-dək sənət ocağında dramaturq Şəbnəm Xeyrullanın "Bahar niyə küsüb?pyesi əsasında quruluşçu rejissor İlhamə Əhmədova tərəfindən hazırlanmış eyniadlı tamaşa nümayiş etdiriləcək.

İnteraktiv bayram oyunu janrında hazırlanmış tamaşa həm azyaşlıları əyləndirmək, həm də təbiəti sevməyi, qorumağı öyrətmək məqsədi daşıyır. Milli folklor qəhrəmanlarının, türkdilli xalqların nümayəndələrinin, təbiət ünsürlərinin yer aldığı bayram tamaşası həmrəylik, dostluq, təbiətə qayğı ismarışları daşıyır.

Tamaşada teatrın aktyorları Əmrulla Nurullayev, Anar Həşimov, Samir Əliyev, Cavid Babayev, Pərvin Dadaşova, Xədicə Məmmədova, Güney Əliyeva, Ramilə Abasova, Sevinc Hüseynova Bəxtiyar, Müdvər Nemətova, Zəki Fətəliyev iştirak edirlər.

Tamaşanın rəssamı Şəmsiyyə Şükürova, musiqi tərtibatçısı İmaməli İmaməliyevdir.

Biletləri teatrın kassasından əldə etmək mümkündür.

# 1685 dəfə oxunub

Oxşar xəbərlər

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

18:17 3 noyabr 2026
“Balaca səyyah”  premyeraya hazırlaşır

“Balaca səyyah” premyeraya hazırlaşır

16:20 3 noyabr 2026
Gürcüstanlı nazir  Akademik Milli Dram Teatrının qonağı oldu

Gürcüstanlı nazir Akademik Milli Dram Teatrının qonağı oldu

11:36 29 oktyabr 2026
Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

17:00 28 oktyabr 2026
Oktay Mehdiyevin  50 illik yubileyi səhnədə qeyd olundu

Oktay Mehdiyevin 50 illik yubileyi səhnədə qeyd olundu

17:30 19 oktyabr 2026
“Pullu komediya”  tamaşasının premyerası olacaq

“Pullu komediya” tamaşasının premyerası olacaq

16:20 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər