Hər kəs “Sehrbazlar dərəsi”nin sehirli aurasına düşmüşdü

Hər kəs “Sehrbazlar dərəsi”nin sehirli aurasına düşmüşdü
17 fevral 2025
# 11:20

Kulis.az Könülün "Sehirbazlar dərəsi" tamaşası haqqında yazısını təqdim edir.

Teatr qarderobdan başlayır deyirlər. Niyə demirlər ki, repertuardan başlayır? Bütün teatrlarımız, xüsusən, Akademik Milli Dram Teatrı repertuar seçiminə həssaslıqla yanaşır, premyeralarla əvvəlki illərdə nümayiş olunan tamaşaların təkrar nümayişi arasında özünəməxsus bir silsilələnmə təşkil edir.

Fevralın 15-də Akademik Milli Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Sehrbazlar dərəsi” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirildi. Növbəti gün - fevralın 16-da isə tamaşa təkrar nümayiş etdirildi. Tamaşaya iki gün ərzində Mədəniyyət naziri Adil Kərimli, Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, ADA universitetinin rektoru Hafiz Paşayev, Prezident Administrasiyasının məsulları Fərəh Əliyeva və Ədalət Vəliyev, eləcə də digər tanınmış və nüfuzlu şəxslər tamaşa etdi.

Sözügedən tamaşaya baxmaq xoşbəxtliyi bəndənizə də qismət oldu.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, rəssamı Gennadi Skomoroxov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, səhnə hərəkəti və plastika üzrə mütəxəssisi Əməkdar artist Bəhruz Əhmədli, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.

Tamaşada Elnur Qədirov (Karvanbaşı), Elçin Əfəndi (Səyyah Sehrbaz), Əməkdar artist Rövşən Kərimduxt (Cəllad Məmmədqulu), aktrisa İlahə Həsənova (Pərnisə), Əməkdar artist Mətanət Atakişiyeva (Qarı), Xalq artisti Əli Nur (Seyid Sarı), Xalq artisti Kazım Abdullayev (İbrahim Ağa), Əməkdar artist Kazım Həsənquliyev (Ağ dərviş) çıxış ediblər.

Əlbəttə ki, Xalq yazıçımızın trilogiyasını - həm “Yarımçıq əlyazması”, həm “Sehirbazlar

dərəsi”, həm də “Unutmağa kimsə yoxdur” romanlarını oxuyan və oxuyub da sevən hər bir kəs bu ədəbi şedevrlərin səhnə təcəssümünün necə olacağı barədə düşünürdü. Bəri başdan qeyd edim ki, tamaşa alındı, hər iki gün anşlaq oldu, gur alqışlar səngimək bilmədi.

Tamaşa həqiqətə çatmağa can atan insanın sonda faciəli aqibəti haqqındadır - Mistik əhvalatların baş verdiyi səhnə əsəri paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının taleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömür edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciə ilə bitən sirli görüşündən bəhs edir.

İnsan həqiqəti öyrənməyi çox arzulayır, buna çox tələsir, amma unudur ki, bu yolun sonunda, mənzil başında onu fəlakət və bədbəxtlik də gözləyə bilər. Ona görə də yaşam qaydası özünü hər bir şeyə hazırlamaq, ən böyük sürprizlər qarşısında belə döyüküb qalmamaq, həyatın atdığı badalaqlardan yıxılıb yerdə qalmamaqdır. Bir də ki, bütün həqiqətləri bilməkdən yan keçmək.

Tamaşa səhnəsindəki duman effekti, çox canlı görünən daş qaya dekorasiyaları və əsrarəngiz fon musiqisi tamaşaya xüsusi bir magizm və məzmun qatırdı. Təbiət hadisələri effektləri - göy çaxması, yağış yağması, göydən daş və ulduz yağması da uğurlu idi.

Tamaşanın növbəti nümayişi fevralın 27-də olacaq. Və mən bütün teatrsevənləri, Kamal Abdullasevənləri məmnuniyyətlə tamaşaya baxmağa dəvət edirəm.

“Sehirbazlar dərəsi”nə siz də ayaq qoyun. Çox şeylər əxz edəcəksiniz.

# 2302 dəfə oxunub

Oxşar xəbərlər

“Gülçöhrə və Əsgər" tamaşasının premyerası olub

“Gülçöhrə və Əsgər" tamaşasının premyerası olub

22:08 18 noyabr 2025
Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrı Bakıda çıxış etdi

Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrı Bakıda çıxış etdi

14:05 18 noyabr 2025
"Gülçöhrə və Əsgər"  tamaşasının premyerası olacaq

"Gülçöhrə və Əsgər" tamaşasının premyerası olacaq

10:56 17 noyabr 2025
Payız tətili günlərində Gənc Tamaşaçılar Teatrının  repertuarı

Payız tətili günlərində Gənc Tamaşaçılar Teatrının repertuarı

15:54 14 noyabr 2025
"Mədəniyyət Nazirliyi Aparatından bizə hədələyici  təlimat gəldi" - Kukla Teatrının quruluşçu rejissorundan açıqlama

"Mədəniyyət Nazirliyi Aparatından bizə hədələyici təlimat gəldi" - Kukla Teatrının quruluşçu rejissorundan açıqlama

15:00 13 noyabr 2025
Sumqayıt Teatrında “Gəlinlərin savaşı”

Sumqayıt Teatrında “Gəlinlərin savaşı”

15:22 6 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər