"Ağıldan kəm Jurden" tamaşasına daxili baxış keçirildi

"Ağıldan kəm Jurden"  tamaşasına daxili baxış keçirildi
13 iyul 2026
# 13:12

Şuşa Dövlət Musiqili Dram Teatrında rus yazıçısı Mixail Bulqakovun "Ağıldan kəm Jurden" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya daxili baxış keçirilib.

Kulis.az xəbər verir ki, baxış Mədəniyyət Nazirliyinin İncəsənət siyasəti şöbəsinin İfa sənətləri sektorunun müdiri Böyükxanım Talıbova və Bədii Şura üzvlərinin iştirakı ilə reallaşıb.

Tamaşanın quruluşçu rejissoru Anar Babalı, rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, rəqslərin quruluşçusu Amil Əhmədov, musiqi tərtibatçısı Asyaxanım Heydərova, işıq tərtibatçısı Kənan Məmmədovdur.

Səhnə əsərində Əməkdar artist Nazir Rüstəmov, aktyorlar Xanirə İsgəndərova, Sürahi Əlimmədova, Emin Sevdiməliyev, Mətanət Eres, Azər Məmmədov, Təranə Əliyeva, Cavid Cavadzadə, Orxan Abışov, Hamlet Qənbərov, Rəhimə Məmmədova, Dürdanə Dünyamalıyeva, Mobil Qurbanov çıxış edib.

Tamaşaya baxışdan sonra keçirilən müzakirə zamanı səhnə əsəri haqqında fikirlər səsləndirilib, Bədii Şura tərəfindən tamaşa qəbul edilib və teatrın cari repertuarına əlavə edilib.

"Ağıldan kəm Jurden" tamaşasının premyerası iyulun 15-də olacaq.

# 560 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda  Beynəlxalq İncəsənət Festivalı  keçiriləcək

Bakıda Beynəlxalq İncəsənət Festivalı keçiriləcək

17:10 13 avqust 2026
"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..."  - Stanislavskidən aforizmlər

"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..." - Stanislavskidən aforizmlər

13:20 7 avqust 2026
Britaniyalı tanınmış dramaturq vəfat etdi

Britaniyalı tanınmış dramaturq vəfat etdi

15:40 5 avqust 2026
Musiqili Teatr  116-cı mövsümü başa vurdu

Musiqili Teatr 116-cı mövsümü başa vurdu

15:30 20 iyul 2026
Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

12:27 18 iyul 2026
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

12:52 17 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər