Bakı milyonçularına çətin suallar -  "Cavadsız suallar"

Bakı milyonçularına çətin suallar -  <span style="color:red;">"Cavadsız suallar"
16 dekabr 2015
# 15:45

Teatrşünas İlham Rəhimli “Cavabsız suallar” kitabında milli teatr tariximizlə bağlı, görkəmli sənətkarlara, ictimai xadimlərə maraqlı suallarla müraciət edib. Kulis Bakı milyonçuları Hacı Zeynalabdin Tağıyev və Musa Nağıyevə verilən sualları təqdim edir.

Məşhur milyonçu, neftxuda, mesenat

Hacı Zeynalabdin Tağıyevə (25.1.1823 – 1.9.1924) xitab

– Möhtərəm Hacı!

Bakıda ilk dəfə Siz 1883-cü ildə dəniz kənarındakı taxıl anbarınızın özülü üzərində teatr binası tikdirdiniz. Bu bina bir neçə dəfə əsaslı dəyişiklərlə yenidən quruldu. El arasında «Tağıyev teatrı», «Şəhər teatrı» adları ilə məşhur idi.

Ancaq 1883 – 1918-ci illərdə bu teatr heç vaxt azərbaycanlı teatr həvəskarlarının ixtiyarında olmayıb. 1918-ci ilin fevralı ayında teatr növbəti dəfə yanmışdı. Binanı təmirinə 1920-ci ilin yayında başlandı. 1922-ci ildə bugünkü Akademik Milli Dram Teatrı öz pərdələrini «Hacı Qara» tamaşası ilə bu binada açdı.

Bina fəaliyyətə başlayan ildən 1918-ci ilin fevralına kimi burada icarədar Polonskinin rəhbərlik etdiyi rus teatrı fəaliyyət göstərib. Həmin teatrın da əksər aktyorları yəhudi idi.

Tağıyev teatrı ayda bir-iki, uzağı dörd dəfə, ancaq cümə günləri müxtəlif türk teatr truppalarına verilib. Özü də yüz minnət-xahişlə, baha qiymətə. Polonski binanı türk teatr dəstələrinə verəndə əvvəlcədən pərdəni səhnə tərəfdən qıfıllayırdı. (Dünyanın heç bir ölkəsində belə şey olmayıb... Bəlkə də olub, amma mən eşitməmişəm). Yalnız icarə haqqı əvvəlcədən ödənəndən sonra qıfıl açılırdı.

Hətta harınlamış, millətimizə ikrahla baxan Polonski 1908 – 1911-ci illərdə «Nicat» truppasının kollektivinə yalnız bir dekorasiya-otaq verirdi. Həmin məkanda «Bəxtsiz cavan» (Əbdürrəhim bəy Haqverdiyev) da oynanılırdı, «Hacı Qara» (Mirzə Fətəli Axundzadə) da. «Dəmirçi Gavə» (Şəmsəddin Sami) də göstərilirdi, «Ər və arvad» (Üzeyir bəy Hacıbəyli) da. «Müsibəti-Fərəddin» (Nəcəf bəy Vəzirov) də tamaşaya qoyulurdu, «Zorən təbib» (Jan Batist Molyer) də...

Hacı, niyə bunun üstündə Polonskiyə qulaqburması vermirdiniz?

Yaxud, nə üçün teatr binasını Azərbaycan türklərinin səhnə xadimlərinə yox, məhz Polonskiyə icarəyə verirdiniz?..

Bəyəm Tağıyev kimi dünya şöhrətli möhtərəm, xeyirxah, mesenat milyonçunun teatr binasından gələn gəlirə ehtiyacı vardı?

Axı Siz hörmət və ehtiramla millət atası sayılırdınız...

Bakı milyonçusu, neftxuda, mesanat

Musa Nağıyevə (1848 – 6.3.1919) xitab

– Ağa Musa!

Haqqınızda bəzi rəvayətlər gəzir ki, guya xəsis olmusunuz. Ancaq bütün gördüyünüz işlər, haqqınızda o dövrün mətbuatında yazılanlar göstərir ki, «xəsis» yox», ağıllı və müdrik qənaətcil olmusunz. Heç vaxt israfçılığa yol verməmisiniz.

Ağa Musa Nağıyev yeganə Bakı milyonçusudur ki, paytaxtımızda yüzə yaxın əzəmətli mülk tikdirib. O mülklərin nəhənglərindən biri də 1890-cı ildə hasilə gələn və xeyriyyə işləri üçün nəzərdə tutulan «Musa Nağıyev teatrı» binasıdır. Bina dövrü mətbuatda «Cəmiyyət evi», «İctimai məclis», «Cəmiyyət yığıncağı», əsasən Azərbaycan dilində də «Obşestvennoye sobiraniye» kimi təqdim olunub. Hazırda həmin möhtəşəm bina «Zabitlər evi» kimi fəaliyyət göstərir. Azərbaycan aktyorları öz tamaşalarını oynamaq üçün bu binanı çox ucuz qiymətə icarəyə götürə bilirdilər. Əlbəttə ki, xeyriyyə tədbirləri olmayan cümə günlərində.

Möhtərəm ağa!

1913-cü ilin iyun ayında Bakıdakı realnı məktəbə 10 min manat vermisiniz. Şərtiniz də bu olub ki, həm məktəbi təmir etsinlər. Həm də tapşırmısınız ki, böyük bir zalda səhnə düzəldib tamaşa salonu qursunlar. Müəllim və şagirdlər, eyni zamanda teatr həvəskarları vaxtaşırı həmin səhnədə tamaşalar oynasınlar. Göstərilən tamaşalardan hasil olunan pul məktəbin problemlərinə, əsasən kasıb uşaqların geyim və dəftər-kitab ehtiyacına xərclənsin.

Bu barədə Bakıda çıxan müxtəlif qəzetlər də məlumat veriblər.

Sizə «xəsis» deyənlərə xatırlatmaq istəyirəm ki, on min manat o dövr üçün çox böyük pul idi.

Çox maraqlıdır, görəsən verdiyiniz pul təyinatı üzrə xərcləndimi?

# 1435 dəfə oxunub

Oxşar xəbərlər

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
#
#
# # #