Aydakı daşları oğurlayıb üstündə yatdılar ki...

Aydakı daşları oğurlayıb üstündə yatdılar ki...
9 oktyabr 2013
# 07:45

Oktyabr ayının 1-də ABŞ “Mili Aeronavtika və Kosmos İdarəsi” NASA-nın fəaliyyətə başlamasının 55-ci ili tamam oldu. 1957-ci ildə SSRİ-nin ilk süni peyk buraxması ilə təşvişə düşən ABŞ hökuməti təcili surətdə öz rəqibi ilə mübarizə başlayır.

Beləliklə 1958-ci 29 iyul tarixində ABŞ Prezidenti Duayt Eyzenhauer adını özü verdiyi təşkilatın yaradılması üçün sərəncam imzalayır. 1 oktyabr tarixində isə NASA fəaliyyətə başlayır. NASA yaradıldığı bu müddət ərzində kosmosun öyrənilməsində bəşəriyyət üçün olduqca önəmli olan işlər görülmüşdür. Bunlardan biri də Ayın tədqiqi üçün yardılmış “Apollon” layihəsidir. Bu layihə çərçivəsində insan övladı ilk dəfə Ay səthinə ayaq basmışdır. Kulis.Az “Apollon” haqqında maraqlı faktları təqdim edir.

“Apollon” kosmik gəmisinin Ay modulu dünyada hələ ki, yeganə həqiqi kosmik gəmidir. O yalnız kosmik fəzada hərəkət etmək imkanına malik idi. Başqalarından fərqli olaraq nə Yerdən start götürə, nə də Yerə eniş edə bilirdi.

“Apallon” Ay modulunun astronavtlar oturduğu kabinin divarları alüminiumdan idi. Kosmosda onların möhkəmliyini kabinin hava ilə doldurulması təmin edirdi. Yerdə ixtiyarı astronavt ehtiyatsız hərəkəti ilə asanlıqla onun divarını dələ bilərdi.

“Apollon-11 ”in ekspedisiyası zamanı “Ay yarışı” öz zirvəsində idi. Armostonq, Oldrin və Kollunzin uçuşundan 3 gün əvvəl SSRİ-nin Baykonurdan Aya “Luna-15” avtomatik stansiyası qalxır. O 21 iyul 1969 cu ildə, “Qartal” ay modulunun enişindən bir neçə saat sonra enişə başlayır. Plana görə geri qayıdan aparat ay səthindən götürdüyü ilk suxur nümunələri ilə Yerə amerikalılardan tez çatmalı idi. Amma eniş zamanı “Luna-15” dağla toqquşaraq məhv olur.

“Qartal”ın enişi zamanı beş dəfə bort kompüterinin qəza siqnalizasiyası çalınır. Təcili qərar qəbul etmək lazım idi: ya enişi davam etmək, ya da saxlamaq. Həll edici söz Hyustondakı idareetmə mərkəzinin naviqasiya mütəxəssisi Stiv Beylsin olur. Nəticədə o da “Apollon-11”-in astronavtları kimi ən yüksək ”Azadlıq” mükafatına sahib olur.

Ayın səthinə enmiş ikinci adam olan Edvin Oldrin deyir ki, Ayın səthində olan zaman o ancaq düşünürmüş ki, birdən modulun luku bağlanar. Çünki bayır tərəfdən lukun qulpu yox imiş.

Armstronq, Oldrin və Kollinz Yerə gəldikdən sonra ABŞ ərazisini tərk etmiş vətəndaşlar kimi gömrük deklarasiyası doldurmalı olurlar. Orda yazılmışdı: “Göndəriş yeri-AY. Qayıdış yeri – Havaya ştatı, Qonolulu şəhəri. Yük-ay suxurları”.

“Apollon-13” filmində qəsdən gərginlik artırılır ki, fəlakət janrında film daha baxımlı olsun. Əslində isə ay modulunun xilasedici qayıq kimi istifadə edilməsi ehtiyat plan idi. Bu əməliyyat məşqlər vaxtı dəfələrlə həyata keçirilmişdi.

“Apollon-13” dəki qəzaya bir neçə saat qalmış NASA-nın mühəndislərindən biri əməliyyatın baş verməsindən bir neçə ay əvvəl çəkilmiş və süjeti ilə kosmosdakı real qəzaya bənzəyən hadisədən bəhs edən filmə baxmağa gedibmiş. Sonradan mühəndis xatırlayır ki, düzgün qərar qəbul etməkdə ona və iş yoldaşlarına bu filmin köməyi olubmuş.

“Apollon-15”in ekspedisiyası zamanı komandir Devid Skott 1609-cu ildə Qalileo Qalileyin Pizza qülləsində elədiyi əfsanəvi təcrübəni edir. Göyə buraxılmış geoloji çəkic və lələk ay səthinə eyni vaxtda çatır. Bu an astronavt qışqırır: “Mister Qaliley düz deyibmiş”.

2002-ci ildə belə bir qalmaqallı hadisə baş verir: NASA-ya təcrübəyə gəlmiş astrofizika tələbəsi Ted Roberts 3 yoldaşı ilə birlikdə bütün “Apollon” ekspedisiyalarının gətirdikləri ay suxurlarının yerləşdiyi seyfi oğurlayır. Oğurluqdan sonra Ted onunla iştirak etmiş qızla otelə gəlir və bu daşları çarpayıya düzüb bunların üstündə onunla sevişir. Təbii FBİ onları yaxalayır, bununla belə onlar həbsxanada “Ayın səthində sevişmiş ilk insan” olmaları ilə fəxr edə bilərlər.

# 3700 dəfə oxunub

Oxşar xəbərlər

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #