Viktor Hüqonun 50 il sevdiyi əxlaqsız qadın

Viktor Hüqonun 50 il sevdiyi əxlaqsız qadın
31 mart 2014
# 07:30

Onlar tanış olduqları zaman Hüqonun dostları Drueni əxlaqsız qadın adlandıraraq onu bu məhəbbətdən yayındırmaq istəyirdilər. Nəticədə isə bu “əxlaqsız qadın” məhəbbət naminə dünyəvi həyatdan imtina edərək demək olar ki, guşənişin həyata başladı.

Viktor Hüqo həyatı boyu sevgililərini əlcək kimi dəyişdi və saysız əlaqələri ilə məşhur oldu. Yalnız bircə qadını-Culyetta Drueni həqiqi qadını adlandırdı. Düzdür, o Hüqonun qanuni həyat yoldaşı ola bilmədi, yazıçı artıq evli idi və boşanmaq istəmirdi. 50 il müddətində Drue Hüqonun kölgəsində qaldı-onunla yatağını bölüşdü, əlyazmalarının üzünü köçürdü və yazıç-lovelasın saysız sevgi macəralarını müşahidə elədi.

Yazıçı və kurtizanka

Onların tanışlıqları ərəfəsində 31 yaşlı Viktor Hüqo artıq bir çox uğurlara imza atmışdı. Əsilzadə ailədən çıxmış yazıçı özünün ən məşhur əsəri “Paris Notrdam Kilsəsi”ni çap etmişdi, şöhrətin şəfəqlərində çimirdi, ailəli idi və beş övlad böyüdürdü. Culyetta Druenin həyatı isə bu qədər uğurlu alınmamışdı. İki yaşında hər iki valideynini itirmiş, 19 yaşında məşhur heykəltəraş Jan Jak Pradyenin sevgilisi olmuş (Pradye onu heykəllərində təsvir etmişdi) və ondan hamilə qalmışdı. 26 yaşında isə sadə xalq içindən çıxmış bu qadın məşhur kurtizankaya çevrilmişdi.

Pradye ilə əlaqələri pozulan Culyettaya özünü və yeni doğulmuş qızını dolandırmaq lazım idi. Qadın teatra işə düzəlir. Məvacib az idi, tamaşaçılar isə istedaddan çox gənc aktrisanın gözəlliyinə fikir verirdilər. Əvəzində Druenin qarşısında yeni imkanlar yaranmışdı. Onun varlı pərəstişkarları peyda olmuşdu. Onlar aktrisaya bahalı hədiyyələr bağışlayır, maddi yardım göstərirdilər. Yüksək cəmiyyətə düşməyi bacaran Culyetta onun bütün üstünlüklərindən yararlanırdı: yüksək cəmiyyətin ziyafətlərində iştirak edir, ləl-cəvahirat taxır, qəşəng-qəşəng paltarlar alırdı... Düzdür pul yenə də çatmırdı və tez-tez borca düşməli olurdu.

Amma Hüqo ilə tanışlıqdan sonra gənc qadının həyatı tamamilə dəyişdi.

Hüqonun kiçik rolları yoxdur!

Bəziləri yazıçı və aktrisanın maskaradda tanış olduqlarını iddia etsələr də, ən çox yayılan versiya daha romantikdir. Hüqo bir dəfə teatrda “Lukresiya Borciya” pyesinin oxunuşunda iştirak edirmiş. İkinci dərəcəli rollardan birini gözəlcə Drue ifa edirdi. Müasirləri onu o qədər də istedadlı hesab etmədiklərinə görə ona ancaq epizodik rollar qismət olurdu. Bu dəfə Drueyə “Lukresiya Borciya”ya baş qəhrəmanı oynamağı təklif edəndə o dəqiqə razılaşır: “Cənab Hüqonun pyeslərində kiçik rollar olmur!”

Nəticədə bu “kiçik” rol onun üçün həlledici olur. Aktrisanı tovuz quşu lələkləri və mirvarilərlə bəzənmiş tacda və parlaq paltarda görən Hüqo ona vurulur. Dost-tanışları məşhur yazıçının bu yüngüləxlaqlı qadına bənd olmağına mane olmağa çalışsalar da Hüqo onları dinləmir.

Hüqo ilə daxma da saraydı

Aktrisa ilə münasibətə başlayan yazıçı onun qarşısında şərt qoyur: Teatrda işini dayandırmalı və özünün pərəstişkarları hətta onun üçün Parisin ən bahalı yerində mənzil alan rus knyazı ilə belə əlaqələri kəsməlidir. Yüksək cəmiyyət tədbirlərinə də təşrif buyurmağı tərgitdi. Onun gəlirlərini indi yalnız Hüqonun verdiyi pullar təşkil edirdi. Yazıçı isə bir o qədər də səxavətli deyildi.

Cəmiyyətdə Hüqonun yeni sevgilisi barədə şayiələr yayılmağa başladı. Yazıçının sevgilisi qeybət mövzusu olmaqdan çəkinir, buna görə də guşənişin həyata başlayır. Əvvəllər dəbdəbəli həyatı sevən Drue artıq bahalı geyim-keçim də almır. Əvvəla ona görə yeni paltarlar üçün pulu yetmirdi, ikincisi isə Hüqonu əmin etmişdi ki, heç bir paltar onsuz da gözəl olan qadının gözəlliyini artıra bilməz.

Boğaza qədər borc içində

Buna baxmayaraq Culyetta həyatından razı idi. Sevgilisi tez-tez onun yanına gəlir, gecəni onunla keçirir, ancaq boşanmaq istəmirdi. Bu vaxt ərzində yazıçının ailə həyatında çatlar yaranmışdı, arvadı başqa kişiyə meyl salmışdı.

Bir müddət sonra Hüqo ilə Drue arasında dava baş verir. Davanın səbəbi maliyyə məsələsi idi. Sən demə keçmiş aktrisa başqa-başqa adamlara o dövr üçün böyük məbləğ olan 20 min frank borclu imiş. Kreditorları isə Drueni boğaza yığmışdılar. Borclu qadın öz qiymətli əşyalarını lombarda qoysa da borcunun öhdəsindən gələ bilmir.

Belə davaların birində özündən çıxan Viktor Hüqo “əlvida” bağıraraq sevgilisini tərk edir. Bağışlanması üçün qayıdanda isə mənzili boş görür. Culyetta heç bir ünvan saxlamadan Parisi tərk edir.

Bir neçə gün sonra yazıçı öyrənir ki, qadın Normandiyaya qohumlarının yanına gedib və dilicanla onun dalıyca yollanır.

Sevgi dolu Viktor

Yazıçı və eks-aktrisa arasındakı roman Culyetta ölənə qədər – düz 50 il davam edir. Düzdür, artıq sevgilisi öz təravətini itirəndə Hüqo başqa qadınlarla meyl etməyə başlayır, hətta bəzən onları Druenin evinə gətirir. O, isə səbirlə bunlara dözür, çünki yazıçı deyirdi ki, ancaq onu sevir. Cütlük tez-tez bir-birlərinə məktub yazırdı. Culyetta bu məktublarda Hüqonu böyük şair və öz Tanrısı adlandırırdı.

Drue qırxı haqlayanda yazıçı gənc zadəgan qızla əlaqə qurur. Ancaq bu roman uğursuzluqla nəticələnir. Qızın qısqanc əri xəyanətkar arvadını güddürür və sevgililəri pis vəziyyətdə aşkarlayır. Böyük qalmaqal düşür, Hüqonu həbsdən nəcib mənşəyi və per titulu xilas edir. Xəyanətkar qadını isə həbs edirlər.

Bir müddət sonra ədəbiyyatçı zadəgan qızı tərk edir, Drueni isə hələ də özünün həqiqi arvadı adlandırır. Bununla belə müntəzəm şəkildə ona xəyanət edir. Hüqonun bu şakəri haqqında əfsanələr dolaşmağa başlayır.

Bu müddət ərzində Culyetta həmişə onun yanında olur. O, isə Culyettaya şeirlər həsr edir. Tanışlıqlarının sonuncu ildönümündə Hüqo ona arxasına “Əlli illik sevgi ən gözəl izdivacdır ” yazılmış şəklini hədiyyə edir.

Bundan üç ay sonra Drue vəfat edir. Onun qayğısı olmadan Hüqo cəmi iki il qala bilir, baxmayaraq ki, bu müddətdə də sevgisiz qalmır. Özünün qız nəvəsinə böyük yazıçı qeyri-adi vəsiyyətnamə yazır: “Sevgi axtar... Sevinc bəxş elə və özün buna can at, nə qədər ki, sevə bilirsən sev.”

# 10120 dəfə oxunub

Oxşar xəbərlər

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
8 yaşlı oğluyla şəhid olan xanəndəmiz - Erməni qadın onu niyə 7 il həbs etdirmişdi?

8 yaşlı oğluyla şəhid olan xanəndəmiz - Erməni qadın onu niyə 7 il həbs etdirmişdi?

12:00 6 noyabr 2024
Bağırovun saxta pulla aldığı məşhur romanımız - O, qızıllarını niyə erməni qızına bağışlamışdı?

Bağırovun saxta pulla aldığı məşhur romanımız - O, qızıllarını niyə erməni qızına bağışlamışdı?

09:00 6 noyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
# # #