Pişiklər öldürülməsəydi, xəstəlik yayılmazdı

Pişiklər öldürülməsəydi, xəstəlik yayılmazdı
8 yanvar 2013
# 08:30

“Qara ölüm” kimi tanınan vəba xəstəliyi tarixə ilk dəfə 527-ci ildə daxil olub. 50 ildən çox müddətdə Misirdən tutmuş Aralıq dənizinin liman şəhərlərinə, Yaxın Şərq ölkələrindən Avropaya qədər minlərlə insanın canını alıb. Qurbanlar əvvəlcə ağrılar, qızdırma və ürəkbulanmasından şikayət edirdilər. Sonra insanların dirsəklərində və qasıqlarında çəhrayı qızartılar yaranır, qısa müddətdə yumurta boyda olub bərkiyirdi. Bu yumurtalar partlayanda içindən pis qoxulu qara maddə fışqırır və xəstə 5 gün içində həyatla vidalaşırdı.

"Böyük", yaxud "qara ölüm" adlı, 50 milyondan artıq insan tələfatına səbəb olmuş ikinci pandemiya 1334-cü ildə Çində baş vermiş, sonralar Hindistana, Afrikaya və Avropaya yayılmışdı. 1352-ci ildə Avropanın əhalisinin 1/3 hissəsi, yəni 25 milyon adam taundan məhv olmuşdu.

Vəbanın müalicəsi və səbəbi bilinmirdi, heç bir vaksin, heç bir vasitə işə yaramırdı. Səksən il içində xəstəlik Çin əhalisinin üçdə birini məhv etmişdi. Üstəlik, ticarət yolları vasitəsilə də xəstəlik qərbə doğru yayılır, Hindistan və Mərkəzi Asiyaya qədər gedir və hər gün minlərlə insan həyatla vidalaşırdı.

1347-ci ildə şərqdən gələn düşmən qoşunları Genuya şəhərini tutub xəstəlikdən ölən insanların meyitlərini şəhərə tulladılar. Beləcə şəhərin yarısı da bu xəstəliyə yoluxdu. Düzdür, meyitlər yığılıb yandırıldı, ancaq xəstəliyin yayılmasının qarşısını almaq olmadı. Şəhərdən qaçıb canını qurtarmaq istəyən genuyalılar bunu getdikləri şəhərlərdə də yaydılar. Dəniz yolu ilə vəba digər Avropa ölkələri və Şimali Amerikaya da özünü tanıtdı.

Xəstəliyin son mərhələsində yaraların rənginin tündləşib qaralmasına görə vəbaya “qara ölüm” də deyilirdi. Dərinin qaralması, əslində, qanda oksigenin azalmasından yaranırdı. Xəstəlik bir dəfə bədənə düşdüsə, onu heç bir vasitə ilə bədəndən çıxarmaq olmurdu.

Çoxları vəbanı Allahın onlara göndərdiyi cəza olduğuna inandı. Bəziləri falçıları günahkar bildi, bəziləri sektantları…

Xəstəliyin qarşısını tibbi yolla ala bilməyən xalq xəstə qohumları, qonşuları olanları diri-diri yandırmağı düzgün saydı. Əsas daşıyıcı olduğu əsas gətirilərək minlərlə pişik məhv edildi.

Əslində, avropalılar pişikləri öldürməklə xəstəliyə qarşı ən birinci silahlarını itirdilər. Çünki vəba “Yersinia pestis” adlı siçan birəsi ilə yayılırdı. O vaxtlar hər yer siçanlarla dolu idi. Kanalizasiya sistemi çox az yerlərdə quraşdırılmışdı. Küçələr insan nəcisi, zibil və ölü heyvanların artıqları ilə dolu olurdu. “Qara ölüm”ün daşıyıcı birələri də məhz siçanlarla artmışdı.

Pişiklər öldürülməsəydi, ticarət gəmilərində gələn insanlarla birgə şəhərə dolan siçanları yeyəcəkdilər və xəstəlik çox yayılmayacaqdı. XIV əsrdə vəba Avropada beş dəfə baş qaldırdı, hər dəfəsində də eyni səhvlər təkrarlandı. Beləcə əhalinin üçdə biri öldü. Kim bilir, bəlkə pişiklər öldürülməsəydi, ölüm daha az olardı...

# 5420 dəfə oxunub

Oxşar xəbərlər

Erməni  müstəntiqə sərt cavab verən cümhuriyyətçi - O, niyə azad edilməsinə razı olmamışdı?

Erməni müstəntiqə sərt cavab verən cümhuriyyətçi - O, niyə azad edilməsinə razı olmamışdı?

14:00 1 iyun 2026
"Artıq meydanda heç bir bəhanə qalmadı..."  - Nəsib Bəy Yusifbəyli gənclərə müraicətində nə yazırdı?

"Artıq meydanda heç bir bəhanə qalmadı..." - Nəsib Bəy Yusifbəyli gənclərə müraicətində nə yazırdı?

12:00 31 may 2026
Almanlarla ortaq olduğumuz iki motiv: ağac kultu və may ayı / Umay ayı - Alov İnanna

Almanlarla ortaq olduğumuz iki motiv: ağac kultu və may ayı / Umay ayı - Alov İnanna

10:00 30 may 2026
Mühacir mətbuatımızın fəallarından biri - O, niyə Tiflisdə həbs edilmişdi?

Mühacir mətbuatımızın fəallarından biri - O, niyə Tiflisdə həbs edilmişdi?

13:30 28 may 2026
Sinfi mübarizə, yoxsa dil soyqırımı? - Rəsulzadənin üzə çıxarılmayan məqaləsi

Sinfi mübarizə, yoxsa dil soyqırımı? - Rəsulzadənin üzə çıxarılmayan məqaləsi

10:00 28 may 2026
Ailəsi Sibirə sürgün olunan bəy oğlu – Qiyas bəy Şıxlinskinin faciəvi həyat hekayəsi

Ailəsi Sibirə sürgün olunan bəy oğlu – Qiyas bəy Şıxlinskinin faciəvi həyat hekayəsi

10:00 13 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər