Maradona və Messinin fanatı olan yeni Papa

Maradona və Messinin fanatı olan yeni Papa
15 mart 2013
# 08:30

Xristian dünyası əlamətdar günlər yaşamaqdadır. XVI Benediktin istefasından sonra keçirilən Papa seçkisi o qədər də asan olmadı. Dəfələrlə Sikstin kapellasında quraşdırılmış bacadan qara tüstü çıxdı, hamı ağ tüstü çıxana qədər oturub həsrətlə “Habemus Papam” (Bir Papamız var) deyilməsini gözlədi. Nəhayət, 76 yaşlı argentinalı Xorxe Mario Berqalio 266-cı Papa elan edildi. Frensisk adını götürən Berqalio maraqlı şəxs kimi dünya mediasının gündəmindədir.

Kulis.az “Guardian”a istinadən yeni Papa haqqında toplanmış 13 maraqlı faktı oxuculara təqdim edir:

• Avtobusla səyahət etməyi çox xoşlayır.

• 50 ildən çoxdur ki, bir ağciyərlə yaşayır. Hələ gənc yaşlarında digər ağciyəri infeksiya səbəbi ilə çıxarılıb.

• İtalyan dəmiryol işçisinin 5 övladından biridir.

• Kimya üzrə təhsili alıb.

• Müasir dövrün ilk qeyri-avropalı papasıdır. Buenos-Ayresdə dünyaya gəlib.

• Abort, homoseksual evliliklər və evtanaziyaya qarşı olan Papa iddia edir ki, homoseksualların övladlığa uşaq götürməsi uşaqlara qarşı diskriminasiyadır. Bundan başqa, o, prezervativləri infeksiyaların yayılmasının qarşısını almaq üçün “məqbul” hesab edir.

• 2001-ci ildə Argentina xəstəxanalarının birində 12 SPİD xəstəsinin ayağını yuyub və öpüb.

• İtalyan, ispan və alman dillərində səlis danışır. İspan dilində “Cənnətdə və yerdə” adlı bir kitab yazıb.

• Rəsmi yepiskop evindən imtina edərək, çox sadə və balaca bir evdə yaşayıb indiyədək.

• Seçildiyi halda argentinalılardan Romaya gəlmək əvəzinə kasıblara kömək etməyi məsləhət görüb.

• Deyilənə görə, 2005-ci ildəki papalıq konklavında (seçkilərdə-red.) ikinci yeri tutubmuş.

• Tənha anaların övladlarını xaç suyuna çəkməkdən imtina edən keşişlərə dəfələrlə qarşı çıxıb, onları sərt tənqid edib.

• Yeni Papa həm də yerlisi Messi və Maradonnanın da fanatıdır. Kilsələrdə uşaqlar üçün futbol komandaları qurduğu deyilir. Bundan əlavə, Papa tanqo rəqsinin də vurğunudur.

# 3922 dəfə oxunub

Oxşar xəbərlər

Qatilə görə məşhurlaşan yazıçı - Murad Köhnəqala

Qatilə görə məşhurlaşan yazıçı - Murad Köhnəqala

12:00 9 may 2025
Bu gün 9 May - Qələbə Günüdür

Bu gün 9 May - Qələbə Günüdür

09:10 9 may 2025
"Qələmi süngüyə çevirməyin vaxtıdır!" - İkinci Dünya müharibəsi illərində mətbuat və ədəbiyyat

"Qələmi süngüyə çevirməyin vaxtıdır!" - İkinci Dünya müharibəsi illərində mətbuat və ədəbiyyat

09:00 9 may 2025
"Mollalıq edirdi, on bir qadını vardı..." - Səməd Vurğunu əks-inqilabçı adlandıran repressiya qurbanı

"Mollalıq edirdi, on bir qadını vardı..." - Səməd Vurğunu əks-inqilabçı adlandıran repressiya qurbanı

09:00 8 may 2025
Erməni ssenaristi Bakıdan qovdu, mükafatdan imtina etdi - Gizlincə dəfn edilən Xalq artisti

Erməni ssenaristi Bakıdan qovdu, mükafatdan imtina etdi - Gizlincə dəfn edilən Xalq artisti

18:30 5 may 2025
"Bu məhkəmə zalından da zərər çəkib gedirəm…" - İfadəmdə olmayanlar

"Bu məhkəmə zalından da zərər çəkib gedirəm…" - İfadəmdə olmayanlar

15:00 28 aprel 2025
# # #