Dişi ağrıdı, intihar etdi

Dişi ağrıdı, intihar etdi
23 noyabr 2013
# 09:00

Həyatın ən amansız və şok edici tərəflərindən biri intihardır. Əslində isə gerçəkdə nə olursa olsun, heç bir bəhanəsi olmamalı ikən kimisi borcu olduğuna görə, kimisi məhəbbət yanğısına görə, kimisi də darıxdığına görə qəzet və televiziyaların xəbər başlıqlarında özünə yer tutur.

Hər gün öz əlləri ilə qəddarcasına həyatlarına son verən insanların hekayələrini oxuyuruq.

Dünya tarixində isə bəzi intihar hadisələri var ki, daha çox son məktubları ilə diqqəti cəlb edir. Kulis.Az qeyri-adi intihar məktublarını təqdim edir.

“Əgər bu mənzərədən təsirlənəcəksinizsə otağı tərk edin!”

1987-ci ildə Pensilvaniyada R. Bud Dvoyer adlı maliyyə məmuru rüşvət aldığına görə məhkəməyə verilir. 55 il müddətinə azadlıqdan məhrum olmaq və 300 min dollar cərimə ödəməklə qarşı-qarşıya duran Dvoyer mətbuat konfransı təşkil edərək vəzifəsindən istefa verdiyini açıqlayır.

Halbuki televiziyaların da birbaşa yayımladığı bu tədbir əslində onun intihar müraciəti idi.

“Saatlarla düşündükdən sonra kiməsə nümunə ola bilməyəcək bir qərar verdim”- deyən Dvoyer tapança çıxarır və ardınca əlavə edir: “Bu alət kimisə yaralaya bilər”. Daha sonra tapançanı ağzına apararaq “Əgər bu səhnədən təsirlənəcəksinizsə otağı tərk edin!” - deyir və tətiyi çəkir.

“Futbol çempionatı bitdi!”

Rolling Stone Magazin”də jurnalının əməkdaşı Xanter S. Tompson son köşə yazısında artıq intihar edəcəyi barədə eyham edirdi. Ağır xəstəlik və istifadə etdiyi dərmanların təsirindən əziyyət çəkən Tompson 50 yaşında həyatına son qoyur. O, son yazısında bunları yazırdı: “Daha oyun yoxdu! Daha gəzmək yoxdu! Daha üzmək yoxdu! Darıxdırıcıdı. Rahat olun, incitməyəcək. Futbol çempionatı bitdi!”

“Bilirsən ki, son gecə bir komediya idi!”

1930-cu illərdə dünyanın sex simvollarından sayılan 21 yaşlı Jan Harlou studiya rejissoru, özündən ikiqat yaşlı olan Paul Bern ilə evlənəcəyini açıqlayanada onu sevənlər şoka düşmüşdülər.

Əslində isə bu qərar bir tragediyaya doğru gedən hadisələrin başlanğıcı idi. 1932-ci ilin 5 sentyabrında baş tutan bu evlilik Bernin arvadının hamamında özünü öldürməsiylə sona çatdı.

Çılpaq halda tapılan Berndən arvadının ətrinin qoxusu gəlirdi. Yerdə bir silah və məktub vardı.

Məktubda bunlar yazılmışdı: “ Bilirsən ki, o son gecə bir komediya idi!”

İntihardan sonra Bern və Harlounun cinsi həyatlarını o qədər də yaxşı olmaması iddiaları səsləndi.

“Əgər diş ağrısını saymasaq əslində heç bir səbəb yoxdu!”

1937-ci il açılan San-Fransiskodakı “Golden Gate” körpüsündən indiyə kimi 1300 nəfər özünü ataraq intihar edib. Amma bu intiharların ən təsirlisi 1954-cü ildə baş verib.

Özünü körpüdən ataraq intihar edən 49 yaşlı Con Tomas Doylun məktubunda belə bir cümlə vardı: “Əgər diş ağrısını nəzərə almasaq əslində heç bir səbəb yoxdu!”

“Qana görə üzrlü sayın!”

Norveçli “Black metal” qrupu “Mayhem”in solisti Per Ohlin biləkləri və boğazı kəsilmiş, silahla vurulmuş vəziyyətdə tapılır.

Ohlin intihar məktubunda öz fanatlarına ölüm anlarını anladaraq həqiqətən ölmək istədiyini hamıya sübut etməyə çalışırdı.

Ohlinin məktubunda belə yazılmışdı: “Əvvəl biləklərimi və boğazımı kəsdim. Sonra da öldüyümdən əmin olmaq üçün silahla da özümü vurdum. Ətrafdakı qana görə üzrlü sayın!”

“Həyatın rəngarənglərindən birini daha görəcəksiniz-intihara təşəbbüs!”

1974-cü ildə məşhur televiziya şou ulduzu Kristian Çabbak canlı yayımda silah çıxarıb özünü vurmazdan əvvəl belə deyir: “Həyatın rəngarəngliklərindən birini daha görəcəksiniz-intihara təşəbbüs!”

“Kiçik Qrey günahsızlığımı isbat edə bilərdi!”

Çində bir adam evdə saxladığı göyərçininin ayağına belə bir məktub bağlayır: “Səni incidəcək heç bir şey etmədim. 5 ildir birlikdəyik. Hələ necə bir insan olduğumu öyrənə bilmədinmi? Axı Kiçik Qrey niyə göyərçindi? Yoxsa o sənə mənim kim olduğumu deyə bilərdi. Sənə mənim günahsız olduğumu sübut edə bilərdi. Başqa seçimim yoxdu. Bunlar mənim son sözlərimdi. Şiyazi.”

Məktubu yazan adamın nə dirisi tapılır, nə də ölüsü.

“İşim sona çatdı, gözləməyin mənası nədir?”

Dünyanın ən məşhur fotoqraf şirkətlərindən biri olan Estman Kodakın qurucusu olan Corc Estman həyatının son illərində ardıcıl xəstəliklərə düçar olmuşdu.

Anası kimi əlil arabasına məhkum olmaq istəməyən Estman ürəyinə vurduğu bircə güllə ilə həyatını sona çatdırır.

Məşhur iş adamının intihar məktubunda bu cümlələr vardı: “Dostlarıma: işim sona çatdı, gözləməyin mənası nədi?”

# 4295 dəfə oxunub

Oxşar xəbərlər

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #