Porno ulduzun xəbərdarlığı

Porno ulduzun xəbərdarlığı
6 dekabr 2012
# 08:15

Biz insanların narkotikdən, içkidən, siqaretdən asılı olduğuna görə narahatlıq keçirik. Sən demə dünyada seks asılılığı olduğuna görə narahatlıq keçirən adamlar varmış.

Seks asılılığı nədir?

Seks asılılığı – şəxsin 6 aydan daha çox bir nəfərlə münasibətləri davam etdirə bilməməsi, şəxsin ağlının daim seksdə olması, bu haqda düşünmədən dayana bilməməsi, partnyorunun kim olmasından asılı olmayaraq təsadüfi əlaqələr qurması və bu münasibətlərdən alınan həzzin real həzz deyil, yalançı həzz olmasıdır. Məqsəd aktı həyata keçirməkdir. Bunu etdikdən sonra şəxs özündə müvəqqəti rahatlıq tapır, ancaq bir müddət sonra yenə istəyir. Bu cür mütəmadi olaraq davam edir. Seks asılılığı olan adamlarda aşağıdakı əlamətlər özünü göstərir: günahkarlıq və utanc hissi, izolyasiya və tənhalıq hissi, pessimizm və ümidsizlik, şəxsi dəyərlərə və inanclara hörmətsizlik etmək.

“Hürriyət” qəzeti əvvəllər porno ulduz kimi tanınmış və sözü gedən xəstəlikdən müalicə almış, nəhayət bütün bunlar haqda kitab yazmış Cennifer Ketçamdan (Jennifer Ketcham) müsahibə götürüb. Kulis.az müsahibəni təqdim edir.

***

Seks asılılığı keçən ay ilk dəfə olaraq xəstəlik növü kimi Amerika Psixiatriya Birliyinin hər il yayımladığı hesabata daxil edilib. Son illərdə aktyorlar Çarli Şin və Devid Duxovnı, qolf çempionu Tiqer Vuds, İtaliyanın keçmiş baş naziri Silviyo Berluskoni kimi dünya şöhrətli insanların adları seks qalmaqallarında çəkilir və hamısı da seksdən asılılıq kimi təqdim olunur. Ancaq biz sizi əsl seksdən asılı olan bir nəfərlə tanış edəcəyik: Cennifer Ketçam.

Dünya onu Penni Fleym kimi tanıyır. Porno filmlərin ən məşhur, sərhəd tanımayan qadını. Əsl adını uzun müddət hamıdan gizlədib. Hətta özündən də. Uşaqlığından bəri ən çox sevdiyi bir film var. Həyatını, arzularını formalaşdıran bir film. 1995-ci ildə yeniyetmələr üçün çəkilmiş “Kütbeyinlər” filmi. Atası gözünün qabağında kokain asılılığı yaşayır, anası isə başqa kişilərlə yatırdı. Cennifer öz həyatını “Kütbeyinlər” filmindəki kimi yaşamağa başlayır. Məktəbin məşhur qızları kimi olmaq üçün məşhur olan oğlanlarla fırlanır. Hələ 12 yaşında ilk dəfə seks təcrübəsi yaşayır. Ailəsindən uzaqlaşmağa çalışır və 16 yaşında ofisiant, 18 yaşında isə film studiyasında porno ulduz kimi işləməyə başlayır...

Porno aktrisalıq karyerası boyunca çoxlu mükafatları alır. 2009-cu ildə isə karyerasında dəyişiklik edir. Sönmüş ulduzunu yenidən parıldatmaq üçün “Sex Rehab with Dr. Drew” realiti-şousuna qatılır. (Bu şouya qatılanlar seks asılılığından qurtulmaq üçün həkimdən müalicə alırlar. Şou gedən müddətdə onlara sekslə məşğul olmaq qadağan olunur - red.) Ancaq o hələ də başa düşmürdü ki, seks asılılığı xəstəliyi var. Sonra isə bloq yazmağa başlayır. Universitetdə psixologiya dərsləri alır. Digər tərəfdən avtobioqrafiyası üzərində çalışır. O, bu il çıxartdığı “Mən Cenniyəm” (“I am Jennie”) kitabında porno karyerasından, seksə olan asılılığından və həyatını necə sıfırdan başlamağından bəhs edir:

- Seksdən asılı olan adamla normal insanın yaşayışındakı fərq nədi?

- Günün sonunda sosial həyatınız deyil, seks həyatınız var. Kimləsə görüşmək istəyəndə bu kafedə deyil, bir otel otağında baş tutur. Normal bir işə sahib ola bilmirsiniz, çünki diqqətinizi cəmləyə bilmirsiniz. Özünüzü davamlı olaraq bitmiş, tükənmiş hiss edirsiniz. Amma bu yorğunluğa baxmayaraq seksi düşünməkdən vaz keçmirsiniz. Seks bir həzz almaq vasitəsi deyil, əzab verən bir xəstəliyə çevrilir.

- Niyə görə müalicənizi hamının gözünün qabağında almağa qərar verdiniz?

- Əvvəllər asılı olduğumun fərqində deyildim. Daha çox pulun, şan-şöhrətin arxasınca qaçırdım. VH1 kanalında belə bir realiti-şounun başlayacağını eşidəndə dərhal qatıldım. “Seksdən asılı olan bir porno qadını” fikrinin marağa səbəb olacağını bilirdim. Məni daha çox adam tanıyacaq. Mən də çox pul qazanacam.

- Deyəsən işlər planlaşdırdığınız kimi getmədi...

- Realiti-şoular əsasən reallığın imitasiyası ilə məşğul olur. Mənim üçün tərsi oldu. Həyatım uydurulmuş reallıq, qatıldığım şou isə əsl reallığım oldu.

- Nə vaxt həqiqəti başa düşdünüz?

- Yarışma əsnasında Doktor Drevin mənə ləqəbimlə deyil, öz adımla “Cennifer” deyə xitab etdiyi vaxtdan. İnkar etdim, “Mən Cennifer yox, Penniyəm” deyə bağırdım, qapıları təpiklədim. O vaxt başa düşdüm hər şeyi. Hər bir seks asılılığı olan adam müəyyən mərhələdən keçməlidir. Özünə alternativ eqo yaradıb asılılığını fərqli bir şəxsiyyət kimi yaşayır. Bu bir az özünüzü, ruhunuzu qorumaq instikti ilə bağlıdır.

- Seks asılılığı olan adam müalicə prosesində hansı hissləri keçirir?

- Uzun müddət əlini –qolunu hara qoyacağını bilməz. Kimə, nəyə, necə baxacağını… Yeni iməkləməyə başlayan uşaq kimi hiss edirsən özünü. İnsanlarla qurduğum tək əlaqə vasitəsi seks idi. Seks olmadan bir insanla necə danışmaq, ona toxunmaq olar, bilmirdim. Seks mənim yaşamaq səbəbim idi. Əlimdən aldıqları zaman özümü asmaq istədim. Göz yaşlarım tükənənə qədər ağlamaq istədiyimi xatırlayıram. Ağladıqca illərdir bədənimdə daşıdığım yad tər iyini, spermaları çölə atdım sanki. Saatlarla, günlərlə, aylarla sekslə məşğul ola bilərsən və bu səni narahat etməz. Reallıqla üzləşənə qədər.

- Yaşadığınız ən çətin an hansı oldu?

- Evinizi, həyatınızın seksual çağırışı olan hər cür əşyadan, fotodan, yazıdan, insandan təmizləmək qərarına gəldiyim an. Birlikdə olmaq potensialının olduğu kişilərin telefon nömrələrini silirsən yavaş-yavaş… Porno karyerama aid evdə saxladığım hər şey, DVD-lərim, mükafatlarım, fotolarım bir gecədə yox oldu getdi. Hamısını zibil qutusuna atdım. Əvvəl narkotik və içkidən asılı vəziyyətdəydim.

- İçki, narkotik asılılığı ilə seks asılılığı arasında hansı fərqlər var?

- Narkotik və içkidən qurtulmaq, seksdən xilas olmaqdan daha asandır. Reabilitasiya mərkəzinə gedirsən, dərman atırsan xilas olursan. Seksdə isə səni zəhərləyən, yoluxduran şey öz bədənindir. Qaçış yoxdur.

- Müalicədən sonra ilk seksual əlaqədə nələr hiss etdiniz?

- Doqquz ay boyunca heç kimə barmağımla belə toxunmadım. Hətta öpüşmədim də. Həkim ruhumun təmizləndiyini, artıq həyatıma davam edə biləcəyimi söylədiyi gün sevgilimlə əvvəlcə axşam yeməyinə çıxdıq, sonra isə onun evinə getdik. Yavaş-yavaş toxunmağa başladıq bir-birimizə. Sakitcə soyunduq, öpüşdük, sonra qucaqlaşdıq. Bədəni bədənimə toxunduqca gözümdən yaşlar axırdı. O gecə hıçqıra-hıçqıra, göz yaşları işində ilk real orqazmımı yaşadım yəqin ki...

- Niyə son illərdə seks asılılığı haqda daha çox yazırlar, danışırlar, müzakirələr aparırlar?

- Bu bir faktdır ki, texnologiya inkişaf etdikcə seks daha əlçatan olub. Hətta ucuzlaşıb. İnternet vasitəsilə seksi tapmaq asanlaşıb. Buna görə də hamı seks asılılığına düşə bilər.

- Seks asılılığı ilə bağlı ən böyük yanlışlıq nədir sizcə?

- Bu qürur duyulacaq bir şey deyil. Qabağınızdakı adam sizi yatağına atmaq üçün saxta bir ifadə ilə seks asılısı olduğunu deyirsə, bilin ki, o xəstə deyil, yalançıdır. Əsl seks asılısı olan adam bunu heç vaxt dilinə gətirməz. Çünki özü bunun fərqində deyil. Fərqində olsa elədiklərindən utanar, özündən qaçıb gizlənməyə çalışar...

# 12577 dəfə oxunub

Oxşar xəbərlər

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #