Kimi Kreml xəstəxanasına müalicəyə göndərdi, kimi "KQB"-nin qəzəbindən qorudu? – Heydər Əliyevin ədəbiyyatımıza verdiyi töhfələr 

Kimi Kreml xəstəxanasına müalicəyə göndərdi, kimi "KQB"-nin qəzəbindən qorudu? – Heydər Əliyevin ədəbiyyatımıza verdiyi töhfələr 
10 may 2021
# 09:30

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür. Heydər Əliyev təkcə dərin siyasi bilikləri və uzaqgörən siyasəti ilə deyil, həmçinin mədəniyyət və ədəbiyyatla sıx bağlılığı ilə seçilirdi. Güclü yaddaşa malik olan lider öz nitqində hər zaman onun taleyində və siyasi fəaliyyətində ədəbiyyatın mühüm rolunu vurğulayırdı.

Kulis.az Heydər Əliyevin ədəbi mühitə verdiyi töhvələrə dair mühüm faktların bəzilərini təqdim edir.

Heydər Əliyev geniş ədəbiyyat biliyinə malik olan nadir dövlət xadimlərindən idi.

***

Məktəb illərindən mütaliə qabiliyyəti ilə fərqlənən Ulu öndər cavan yaşlarında tamaşalarda çıxış edib.

Gallery

O, 1997-ci ildə, müstəqillik dövründə keçirilən Azərbaycan yazıçılarının onuncu qurultayındakı nitqində bu həqiqəti aşağıdakı kimi etiraf edib: "Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm... Mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum... O illərdə, o uşaqlıq və gənclik illərində onlar mənə o qədər təsir edib ki, mən onları unutmamışam. Bu "oxumuşam, unutmamışam" sözləri sadəcə bir fikir deyil. Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam".

***

Böyük siyasi xadim dram əsərləri içərisində Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyasına, şairlərdən xalq şairi Səməd Vurğunun "Azərbaycan"ına, poema baxımından Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasına, milli mətbuat sarıdan "Molla Nəsrəddin" jurnalına, opera üzrə Üzeyir Hacıbəyovun "Koroğlu"suna, mənzum faciələrdən Hüseyn Cavidin "İblis" əsərinə... ayrıca önəm verib.

***

Azərbaycan yazıçılarının, xüsusən Rəsul Rza, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz, bir qədər sonra Sabir Rüstəmxanlı kimi sənətkarların ana dili uğrunda apardıqları milli mücadiləyə dövlət səviyyəsində müəyyən üsullarla meydan açılmış və bu, nəticə etibarilə xalq arasında və mərkəzi hökumətdə Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması üçün ictimai rəyi hazırlayıb.

Gallery

Özü də respublika rəhbərləri arasında doğma dildə səlis danışığı, rəvan nitqi və şeir bilgiləri ilə nümunə olub.

***

Heydər Əliyev milli mücadələyə könül verən yazıçı və şairlərin fəxri adlar, mükafatlarla təmin olunmasını, onların deputat seçilməsində əməyi olub.

***

Keçən əsrin 70-ci illərində Heydər Əliyevin Azərbaycanın bir qrup tanınmış dilçi alimini çoxcildlik "Müasir Azərbaycan dili" dərsliyinə görə respublikanın Dövlət mükafatı ilə təltif etməsi də elmi-ictimai və ədəbi-mədəni mühitdə ana dilinin mövqeyinin möhkəmləndirilməsinə xidmət edirdi. Bununla Heydər Əliyev hələ XVI əsrdə Şah İsmayıl Xətai ilə başlanan, zaman-zaman qabarıb-çəkilən ana dili məsələsini ilk dəfə tam rəsmi olaraq dövlət səviyyəsində həyata keçirməklə tamamlayıb.

Gallery

Azərbaycan dövlətinin rəhbəri Heydər Əliyevin 12 iyun 1981-ci ildə ölkə yazıçılarının VII qurultayındakı nitqində cənub ədəbiyyatı ilə əlaqədar söylədiyi fikirlərdən sonra elmi-ədəbi mühitdə Azərbaycan ədəbiyyatının bütövlüyü və cənubda yaşayan yazıçılarla əlaqələrin yaradılması istiqamətində ilk addımlar atılmağa başlanıldı.

***

Azərbaycanın dövlət başçısı səviyyəsində səslənən bu cür fikirlərdən sonra İran İslam Respublikasında yaşayan Məhəmmədhüseyn Şəhriyar kimi qüdrətli sənətkarlar geniş dairədə tanımağa başladılar.

***

Cənub mövzusunda yeni əsərlər meydana gəldi. Azərbaycan Yazıçılar Birliyində və Nizami adına Ədəbiyyat İnstitutunda xüsusi ədəbiyyatı şöbələrinin təşkili və çoxcildlik "Cənubi Azərbaycan ədəbiyyatı" antologiyalarının hazırlanıb nəşr edilməsi böyük hadisə idi.

Gallery

Azərbaycan ədəbiyyatı klassiklərindən Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Hüseyn Cavidin, həmçinin, yeni dövr bədii fikrimizin Səməd Vurğun, Rəsul Rza, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Süleyman Rüstəm, Qabil, Məmməd Araz, Mirvarid Dilbazi və başqaları kimi onlarla nümayəndələrinin dövlət səviyyəsində yubileylərinin keçirilməsinə dair göstərişlər verib

***

"Kitabi-Dədə Qorqud" dastanlarının yaranmasının 1300 illiyinin beynəlxalq miqyasda keçirilməsi görkəmli dövlət xadiminin Azərbaycan xalqını və ölkəsini dünya səviyyəsində tanıtmasına, dövlətimizə və xalqımıza etibarlı tərəfdaşlar qazandırmasına doğru atılan addım idi və müsbət nəticələrin əldə edilməsinə səbəb olub.

***

Onun göstərişi ilə görkəmli Azərbaycan yazıçıları Elçinin, İsa Hüseynovun, Əzizə Cəfərzadənin, Hüseyn İbrahimovun, Fərman Kərimzadənin, Əlisa Nicatın və başqalarının tarixi mövzularda yazdığı bədii əsərlərə filmlər çəkilib.

Gallery

Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanları olan "Ədəbiyyat qəzeti"nin, "Azərbaycan", "Qobustan" və "Ulduz" jurnallarının nəşrinin dövlət tərəfindən maliyyələşdirilməsi çətin keçid dövrü proseslərində Heydər Əliyevin tərəfindən milli ədəbiyyatın inkişafına əhəmiyyətli dəstək olub.

***

“Nəsimi” filminin birbaşa ideya müəllifi olub. O, bu işi İsa Hüseynova həvalə edib və müvafiq qurumlara tapşırıb ki, onun bu əsəri yazmaq üçün çətin tapılan və ictimaiyyət üçün açılmayan faktları əldə etməsinə köməklik göstərsinlər. İsa Hüseynov o zaman üçün Nəimi, Nəsimi və ümumən hürufiliklə bağlı o qədər geniş bilgilər əldə edib ki, ssenaridən sonra Azərbaycanın ən fundamental romanlarından olan “Məhşər”i yazıb.

***

Sovet dövrü bir çox milli düşüncəli, açıq fikirli yazıçı və şairləri, elm adamlarını Sovet hökumətinin qəzəbindən qoruyub. Bu ziyalılar arasında Bəxtiyar Vahabzadə, Xudu Məmmədov kimi ziyalılar da olub.

***

Xalq şairi Nəriman Həsənzadə xatirələrində yazır: “Mənim “Kimin sualı var?” poemamı müzakirə edib əleyhimə işlər görmüşdülər. Onda Heydər Əliyev mənə arxa durdu. Ona görə deyirəm, Heydər Əliyev yazıçını yazıçıdan, şairi şairdən qoruyurdu. Məni onlardan qorudu. Bundan başqa mən “Ədəbiyyat qəzeti”nin redaktoru olanda Mərkəzi Komitədə büro bunu müzakirəyə qoydu. Hamı əleyhimə çıxdı. Bizim Yazıçılar İttifaqından da hamı əleyhimə oldu. Bildirdilər ki, qəzet zəif çıxır. 6 ay idi işləyirdim. Amma onlar 3 illiyi müzakirə edirdilər. Heydər Əliyev mənə dayaq durdu. Ayağa qalxıb ərz etdi ki, bu qəzet yaxşı çıxır, bu qəzeti mən özüm oxuyuram.”

***

Bir çox yazıçı və şairlərin səhhəti ilə yaxından maraqlanan Heydər Əliyev onların müalicəsinin dövlət səviyyəsində həyata keçirilməsinə göstəriş verib. Onlar arasında Fikrət Qoca, İlyas Əfəndiyev də olub. İlyas Əfəndiyevin hər adamın gedib müalicə ala bilməyəcəyi Kreml xəstəxanasında müalicə olunmasını təmin edib.

Gallery

Teatrlarımızda milli müəlliflərin əsərlərinin tamaşaya qoyulması onu xüsusilə sevindirir və imkanı düşdükcə bu təqdimatlarda iştirak edirdi. Tədbirdən sonra səhnə arxasında tamaşaların yaradıcı heyəti ilə görüşü, söhbəti təkcə bu sənətə sevgisi deyil, həm də teatr adamlarının problemlərini birlikdə müzakirə etmək istəyi idi.

***

O, yəqin ki dünyada öz ölkəsində yaşayan sənət və ədəbiyyat adamlarının, demək olar ki, hamısını şəxsən tanıyan, onların çoxu ilə dostluq edən nadir adamlardan idi.

***

Heydər Əliyevin ədəbiyyat tarixmiz qarşısında ən qiymətli işlərindən biri Şuşada “Vaqif” mavzoleyinin açılışıdır. Bu, Qarabağda mədəni Azərbaycan mühitinin güclənməsində əvəzsiz xidmət idi. Havanın kəskin soyuq olmasına və çoxlu qar yağmasına baxmayaraq özü də Bakıda yaşayan dövrün ən məşhur yazıçılarını başına yığaraq mavzoleyin açılışında iştirak edib.

***

Qarabağ problemi ilə bağlı Bəxtiyar Vahabzadə, Anar, Qabil və Hüseyn Abbaszadə ilə görüşüb, məsələni kamera qarşısında müzakirə etməsi bir yandan yazıçı və şairlərə qoyulan hörmət, onları ölkənin tale yüklü işlərinə dəvət idisə, o biri yandan xalqın iradəsindən kənar heç bir addım atılmayacağının sübutu idi. Və belə də oldu!

Gallery

90-cı illərin iqtisadi sıxıntılarından sarsılan sənət, o cümlədən ədəbiyyat adamlarına prezident təqaüdlərinin verilməsi də Heydər Əliyevin təşəbbüsü oldu. Beləliklə, çoxlu dəyərli sənət adamının ən ağır problemi həll edildi və neçə-neçə yaddaqalan əsərin ərsəyə gəlməsinə şərait yaradıldı.

***

Yazıçılarla qurultaylardan əlavə ayrıca rəsmi görüşlər də keçirirdi. Son görüşlərinin birinə dövrün gənc qələm adamlarını da dəvət etmişdi. O zman kifayət qədər gənc olan Vaqif Cəbrayılzadənin və Rüstəm Behrudinin də iştirak etdiyi bu görüş yəqin çoxunun yadındadır. Heydər Əliyev problemləri yaradıcı adamların öz dilindən eşidirdi. Bu görüşdən sonra az tanınan istedadlı gənclərin də tanınmış yaşlı yazıçılar kimi təqaüd və mənzillə təminatı məsələsi həll olundu.

***

Hüseyn Cavidin nəşinin Sibirdən gətirilib doğma Naxçıvanda torpağa tapşırılması ləyaqət məsələsi idi. Bunu özünə qayıdan Azərbaycanın ən yaddaqalan hadisəsi saymaq olar. Vətən özününkünə sahib çıxınca vətən olur. Azərbaycanın müstəqilik ideyaları bu cür mütərəqqi hadisələrin həyata keçməsi ilə inkişaf edir, daha da dolğunlaşırdı.

Gallery

Heydər Əliyevin ədəbiyyatla, mədəniyyətlə əlaqəsi, cəmiyyətin bu sahələrini ciddi qayğısı və konkret faktlarla tarixə düşən hadisələr cild-cild kitabların, dissertasiyaların mövzusudur. Bu haqda nə qədər yazılsa da, bundan sonra daha çox yazılacaq, daha çox tədqiq ediləcək. Ruhu şad olsun.

# 6649 dəfə oxunub

Oxşar xəbərlər

Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

12:00 2 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
# # #