Domino daşlarını daşımaq haqda 7 cümlə

Domino daşlarını daşımaq haqda 7 cümlə
17 sentyabr 2020
# 10:15

Tarixdən bizə yaxşı məlumdur, insanın var-dövləti həddini keçəndə onu qorumaq üçün siyasətə qoşulur, bəzən bu, iflasla, bəzən uğurla nəticələnir.

Qəribədir ki, oxucunun mütaliə fəaliyyətində də oxşar nüans görmək mümkündür; mütaliə olunan bədii əsərlər bir həddi keçəndən sonra insan nəzəriyyəni öyrənmək, ədəbi axınların xüsusiyyətlərini mənimsəmək və ədəbiyyat tarixinə nəzər salmaq məcburiyyətində qalır.

Bunu balaca bir misalla metafora etmək olar.

Təsəvvür edin, qonşu otaqda domina oynamaq istəyənlər var, siz bir neçə domino qutusunu onlara verməlisiniz, ancaq qutular yoxdur, daşlar döşəməyə boşalıb və bir-birinə qarışıb, siz daşları yalın əllə, uzağı ciblərinizə dolduraraq daşımalısınız və hər bir qrup üçün bir-birinin təkrarı olmayan 28 daşı seçməlisiniz.

Qafanız mütləq qarışacaq.

Düşünməyə ərinən adamlar üşün deyim ki, daşlar – oxuduğumuz əsərlər, qutular – onların aid olduğu hər hansı ədəbi sepesifiklikdir.

Kaş daşlar öz qutularının içində olsaydı...

# 2619 dəfə oxunub

Müəllifin son yazıları

# # #