Şərif Ağayardan qısa hekayə - “Yalnızlıq”

<b>Şərif Ağayardan qısa hekayə</b> - <span style="color:red;">“Yalnızlıq”
30 sentyabr 2017
# 15:35

Kulis.az Şərif ağayarın “Yalnızlıq” adlı qısa hekayəsini təqdim edir.

Qoca fəhlə nahar zamanı kiçik bankəyə yığılmış balaca tənək dolmalarını bir-bir dişsiz ağzına atıb sağa-sola gəvələdi, üstündən bir çappa ayran içdi, arıq əlləri ilə dodaqlarını silib gəyirdi.

Sonra siqaret yandırdı və tüstüdən acışan gözlərini qıyaraq düşündü:

"Cavandım. Araz aşığımdandı, Kür topuğumdan. Qəfil ömrümə mələk misallı bir qadın təşrif gətirdi. Xumar gözlərini qüssəylə süzdürüb pıçıldadı: "Yalnızam!"

"Artıq, deyilsən!" - söylədim əminliklə və titrəyən əllərindən bərk-bərk yapışdım!"

# 1886 dəfə oxunub

Müəllifin son yazıları

# # #