Evliykən sevgilisindən uşağı olan Acun - HƏYAT HEKAYƏTİ

Evliykən sevgilisindən uşağı olan Acun - <span style="color:red;">HƏYAT HEKAYƏTİ
3 fevral 2015
# 13:41

Məşhur prodüser, aparıcı, media və televiziya sahibi... “Ne yaparsa tutuyor”, “Acun Firarda”, “Varmısın, yokmusun?”, “Survivor”, “Yetenek Sizsiniz Türkiye”, “Yok Böyle Dans”, “O Ses Türkiye”, “Ütopya”... Gənclər ən çox onun yerində olmaq istəyir. Türkiyədə bir çox ailə ona “Evimizin övladı” deyir.

Ergünİlknur Ilıcalının ikinci övladı olan Acun Ilıcalı 29 may 1969-cu ildə Ədirnədə doğulub. Ömər Cenker Ilıcalı adlı böyük qardaşı olan Acunun ailəsi Ərzurumun Ilıca bölgəsindəndir. Uşaqlığı haqqında danışan Acun bunları deyir: “Çox dəcəl, sözə baxmayan uşaq idim, əsl küçə uşağı kimi… Siqaret çəkməyə beşinci sinifdə başlamışam, yəni düşünün artıq. Məndən iki yaş böyük olan qardaşım Ömər məktəb birincisi və nümunəvi uşaq idi. Ədirnədə italyan liseyinə qəbul olan təkcə o idi. Düşünürdüm ki, ailəm üçün mən də o qədər müvəffəqiyyətli olmalıyam”.

İbtidai və orta məktəbi Ədirnədə oxuyan Acun daha sonra heç gözlənilməsə də Kadıköy Anadolu Liseyinə daxil olur. Amma burada da parlaq şagird olmur: “Dərslərimi pis oxuyurdum, amma il sonunda bütün imtahanlardan keçirdim. Yəni sinfin ən pis, Kadıköy Anadolu Liseyinin ən müvəffəqiyyətsiz şagirdi idim. Amma bircə ilə belə sinifdə qalmadım. Bilirsiz niyə? Təhsil həyatında gəlmiş-keçmiş ən yaxşı kopiyalayan mənəm hər halda”.

İngilis dilini yaxşı bilən Acun liseyi bitirdikdən sonra İstanbul Universitetinin ingilis dili müəllimliyi fakültəsinə qəbul olunur. Amma bu fakültəni sonacan bitirmir.

Şəxsi həyatı

19 yaşında evlənib. Bu evlilikdən Banu adlı qızı dünyaya gəlib. 25 yaşında, qızı doğulduqdan 9 ay sonra ata-anasını qəzada itirir. Daha sonra həyat yoldaşından boşanır. Böyük faciə ilə qarşılanan Acun həyatından bəhs edərkən bunları deyir: “Atam, anam və qızım Banu Bodruma tətilə gedirdilər. Atam avtomobili yavaş idarə etsə də qəfil qarşısına gözlənilmədən sürəti 180 olan avtomobil çıxır və toqquşurlar. Atamla-anam həmin an dünyasını dəyişib. Amma qızım o qəzadan sağ qurtuldu, bədənində 18 qırıq var idi. Hamısı da sağala biləcək qırıqlar idi, 4 ay sonra tam sağaldı. Həyatda bundan böyük acı ola bilməzdi. Elə bir acı yaşadım ki, hətta qızımın sağ qalmağına belə sevinə bilməmişdim. Banunun o qəzadan sağ çıxmağı möcüzə idi. Ona görə qızıma “möcüzə uşaq” deyirəm. Ürəyimdəki acı heç bitmir. O hadisədən sonra bir il evdən çölə çıxmadım. Kimsəylə görüşmək, heç bir şey etmək istəmirdim. Həmişə dostlarım evə gəlirdi. Mən də onlarla oyun oynayır, futbol izləyirdim. Bu vəziyyətimə həyat yoldaşım çox dözə bilmədi və boşanmaq istədiyini söylədi. Və boşandıq… Hər şey o qədər üst-üstə gəlmişdi ki, dəli kimiydim... Heç zaman unuda bilməyəcəyim zamanlar idi. Ailəmi yol qəzasında itirib, sonra həyat yoldaşımdan boşananda hər şey bitmiş kimi görünürdü. Hamı öləcəyimi düşünürdü, amma, həyatın mənasız olduğunu düşünərək ölümdən heç qorxmadan yaşamağa başladım. Gedib motosiklet aldım. Sonra Bağdad Prospektində böyük qəza keçirdim... Bir avtomobil gəlib sol tərəfdən bizi vurdu. Arxamda da yaxın dostum var idi, o, həmin qəzada öldü. Mənim isə sol qolum qırıldı. Əməliyyat olundum, qoluma 36 tikiş vuruldu, platin keçirildi”.

İkinci evlilik

Acun 2003-cü ildə Zeynəb Ilıcalı ilə evlənib. Bu evlilikdən onun LeylaYasəmən adlı qızları var. 2013-cü ildə isə sevgilisi Şeyma Subaşından Melisa adlı qızı dünyaya gəlib. Ancaq 5 illik sevgili olan Acun və Şeyma ayrıldı. Deyilənə görə, buna səbəb Şeymanın Acunun qarşı çıxmasına rəğmən uşağını dünyaya gətirməsi idi. 2010-cu ildə həyat yoldaşı Zeynəb xəyanət səbəbindən Acunla boşanmaq istəyir. Məşhurların vəkilliyini edən Kezban Hatemini özünə vəkil tutan Acun həyat yoldaşının iddialarını qəbul etmədi. 2011-ci ilin sentyabrında cütlük barışaraq boşanmaq fikrindən uzaqlaşdı.

Acunla dünyanın ən məşhur modellərindən Adriana Limanın səmimi olması yeni iddialara səbəb oldu. Bu yaxınlarda onların sevgili olduğu və hətta evlənəcəkləri xəbəri Türkiyəni şoka saldı. Adriana Lima məsələ ilə bağlı sosial mediada açıqlama verdi: "İlk və son dəfə cavab verəcəm. Mən Acunla birlikdə deyiləm, heç zaman sevgili və özəl münasibətdə olmamışıq. Evlilik xəbərləri böyük yalandır və axmaq dedi-qodudur. Acun mənim sadəcə dostumdur”.

Acunun bu məsələ ilə bağlı heç bir açıqlama verməməsi isə bəziləri tərəfindən evlilik xəbərinin doğru olduğu kimi qəbul edilsə də, çoxları bunu reklam hesab edir. Bir çoxları televiziya sahibi olan Acunun bu iddialarla şöhrətini artırıb, özünü reklam etdiyini düşünür.

Karyerası

Acun 1995-ci ildə cins mağazası açsa da, iflasa uğrayır: “Ailəmdən qalan sərvəti iki ilə xərclədim. 21 yaşımda cins dükanı açdım, amma uğursuzluqla qarşılaşdım. Tamamilə pulsuz qalmışdım. O zamanlar qurduğum dostluqlar sayəsində pulsuzluq hiss etmədim.

Universitetdən dostum Esatgilin evində yaşamağa başladım. Erol əmi ilə Əməl xalanın ikinci oğlu oldum. Pul qazanmadan yaşamağa başlamışdım ki, Show TV macərası başladı. O zamanlar İrfan Şahin Show TV-də maliyyə rəhbəri idi. O, əmim oğlu Bəkirin dostu idi, yəni məni uşaqlığımdan görüb tanıyırdı. Bir gün Esatla gedəndə Show TV-nin binasını gördük. Dedim, gedib İrfan abi ilə görüşək. O, bizi İlker Yasinlə tanış etdi. Onunla çox mehriban söhbətimiz oldu. Əsl futbol “manyak”ı olduğumuzu bildi. İlker abi İrfan Şahinə “Bu uşaqlar bizimlə işləyərmi?” deyə soruşub. Əynimizdə paltarlar ən son model, amma cibimizdə pul yoxdu. İrfan abi mənə təklif edən kimi, dərhal Esata zəng vurub xəbər etdim. Aylıq 200 lira ilə (təxminən 66 manat) işə başladım. İki ay işləyib işdən çıxarılsam da, bir neçə ay sonra İlker abi məni yenidən işə götürdü. Və beləcə Show TV-dəki günlərim başladı.

Beşikdaş matçlarına getdikdən sonra məşhurlaşmağa başladım... Beşikdaş müxbiri olduqdan sonra idmançılar ilə səmimi oldum, isti dialoqlar qurmağa başladım. Bu səmimiyyətimə görə, bütün futbolçularla xüsusi reportajlar hazırladım və bir anda məşhur oldum. Bundan sonra Şansal Büyükanın “Televole” proqramına maaşımın yeddi qat artığına transfer oldum. “Televole” həyatımın dönüş nöqtəsi oldu. Çünki futbol dünyasından məşhurlar dünyasına transfer oldum. Heç kimi satmadığım, səmimi olduğum üçün sənət dünyasında da xüsusi işlər görməyə başladım. Sonra “Televole” içərisində özümə aid bir hissə hazırladım və o bölüm üçün bir müddət sonra dünyanı gəzməyə başladım”.

Acun həmin proqramın ardından 2002-ci ilə “Acun Firarda” adlı eyni məzmunlu verilişini hazırlayır. Bu verilişlə 105 ölkə gəzir. 2005-ci ilə “Acun Medya” şirkətini yaradan Ilıcalı ən reytinqli verilişlərə imza atır. Bundan əlavə Acun bir çox universitetlərdə stendapla da çıxış edir. O, stendeplarında həyatında, karyerasında baş verənləri yumorla insanlara anladır.

Müxbir olaraq başladığı televiziya həyatında daha sonra media şirkəti yaradan Acun, 14 noyabr 2013-cü ildə TV8 kanalını alaraq həm də TV sahibi oldu. Gəlirlərindən danışan Acun deyir: “Gəlirimin çox yaxşı olduğu doğrudur. Amma mən özəl həyatını tamamilə itirən insanam. Uşaqlarıma belə zaman ayıra bilmirəm. Bu qədər əməyimin, əziyyətimin qarşılığında təbii ki, öz zövqüm üçün də çalışıram. Məsələn, “Ferrari” almağımın səbəbi avtomobil və motosikletləri çox sevməyimdir. Təyyarəm var, çünki çox səyahət edirəm və belə rahatdı. Həm də təyyarəmi kirayəyə verərək oradan da pul qazanıram. Gəmimdə kimsə foto çəkdirəndə isə pis oluram, çünki hamının bunu almağa gücü çatmır”.

Acun 2005-ci ildə, 36 yaşında ən çox vergi ödəyənlər sırasında yer aldı. O, həmin il 2 milyon 836 min 191 lirə (təxminən 670 min manat) gəlir vergisi ilə 62-ci sırada olub.

Acun həyatı haqqında bunları deyir: “Səhvləri olan insanam, təbii ki, peşman olduğum, etməsəydim dediyim şeylər də var. Şeytanın ən böyük xüsusiyyətinin qürur olduğunu bilirəm. Ona görə inşallah şöhrətin və maddi gücün gətirdiyi qürur tələsinə düşmərəm. Çünki mən bu dünyanın tək sözlə yalan dünya olduğunu düşünürəm. Göz açıb bağlayana qədər həyatı yarıladım, bir daha açıb bağlayanda bəlkə də bir daha aça bilmərəm...”

# 2534 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #