Aşıqlar arasında böyük QALMAQAL

Aşıqlar arasında böyük <span style="color:red;"> QALMAQAL
21 noyabr 2016
# 13:55

Təbrizli aşıq Çingiz Mehdipur Kulis.Aza müsahibəsində dediyi “Şirvan aşıqlarına sazı öyrətmək lazımdır” fikri səs-küyə səbəb olub. Kulis.Az aşıqlardan bu fikrə münasibət öyrənib.

Aşıq Ədalət Nəsibov (Qazax)

Image result for aşıq ədalət

Bu sənət elə sənətdir ki, ölənə qədər öyrənməlisən. Çingiz Mehdipur deyibsə, öyrətsin. Amma deyim ki, Şirvan aşıqları babatdılar indi. Artıq öyrəniblər. Əvvəl əllərinə saz ala bilmirdilər, sazı tuta bilmirdilər. İndi bir yerdə çalıb-oxuyurlar, konsertlərə gedirlər.

Aşıq Əhliman (Şirvan)

Image result for Aşıq əhliman

Çingiz Mehdipur elə söz deməz. Mən inanmıram. Ömür boyu onun bu sözü dediynə inana bilmərəm. Deyibsə də, ən böyük səhvi eləyib.

Aşıq Əli Quliyev (Tovuz)

Image result for Aşıq Əli Quliyev

Dədə-babadan söz Göyçədədir, Gəncədədir, Şamaxıdadır, Tovuzdadır. Klassikadan danışıram mən. Söz deyəndə də, saz deyəndə bunlar yada düşür. Sazın da öz məktəbləri var. Sözdür, musiqidir, bunlar əkizdirlər. Harada söz var, orda səs də var. İki bölgü var idi aşıq sənətində. Biri Gəncəbasar aşıqları, o biri də Şirvan aşıqları. Şirvan aşıqlarının da o məktəbə görə qayda-qanunu var. Öz sənətkarları var, öz sənəti var. Amma mənim sözümdən heç bir məktəb inciməsin. Həqiqətdən, həqiqi sözdən inciməsin. Bu sənət bizim tərəfdə olub, Göyçədə, Tovuzda. Amma bunu da deyirəm ki, Şirvan bölgəsi muğam üstündə yarandıqlarından onların saz çalmağında oynaqlıq var. Oynaq havalar çalırlar. Hər bölgənin də öz xoş tərəfi var, saz havaları da belədir. Onun da xoşluğu var, öz sənət üslubu var. Amma aşıqlığı hər bucaqda axtarmaq lazım deyil. Sazı qucağına alanda aşıq olmadın ki? Onu yiyələnə bilməlisən. Hər dövrün bir aşığı olur, amma elə vaxt da gəlir ki, sənətdə durğunluq yaranır. Mən Şirvan aşıqlarından ustadların adını çəkə bilərəm. Şakir, Pənah kimi aşıqları var onların. Amma indiki Əli Tapdıqoğlu, Aşıq Əhliman ya da digərlərindən nə Pənah olmaz, nə də Şakir. Mən yenə deyirəm, Şirvan aşıqları öz aləmlərində, öz ab-havalarında çalıb oxuyurlar. Əli də yaxşı oğlandı, o biriləri də. Allah onların canlarını sağ eləsin. Amma bəziləri son zamanlar qoşulub orda-burda deyirlər ki, mən beləyəm, mən eləyəm. Ağac nə qədər bar gətirsə başını aşağı salar. İnsan nə qədər böyük olur olsun, belə danışmamalıdır. Mənim kimi sənətkar bir dəfə də belə söz deməmişəm. Elə bil mətbuat olmayıb ki, yekə-yekə danışım. Bir dəfə deməmişəm, kimdi mənə meydan oxuyan. Əlini də, o birilərini də çox istəyirəm. Amma sənətin yaxşı oğlanlığa dəxli yoxdur. Sənət ayrı şeydir, qadanızı alım. Nə qədər çox öyrənməlisən bu sənətdə. Sonsuz sənətdi aşıq sənəti. Sazı bayağı şəkildə işlətmək olmaz. Kim ki sözlə saza bayağı baxsa, Allah onun cəzasını verəcək. Bu sənət türk xalqı, Azərbaycan xalqı üçün çox böyük sənətdir. Allah bu xalqı poeziya üçün yaradıb. Ona görə Şirvana da qurban olum, başqalarına da. Hərəsi öz yolundan getsin, amma bircə şitlik eləməsin, yekəxanalıq eləməsin.

Əli Tapdıqoğlu (Şirvan)

Image result for Aşıq Əli

Çingiz Mehdipur kimə öyrədə bilər saz sənətini? Çingiz Mehdipurdan əvvəl Azərbaycanda çox böyük sənətkarlar var. Şirvan aşıqlarından gənclərdən mənəm. Mənə öyrədəcək sazı? Yaxud mənnən böyüklər olsun. Aşıq Əhlimana, Elçinə? Sizə deyim ki, şadlıq sarayında Çingiz Mehdipur kimi saz çalan çox adam var. Çingiz Mehdipur aşıq deyil, saz çalandır.

# 2613 dəfə oxunub

Oxşar xəbərlər

"Mən indi bilirəm, İlahi..." - Sevinc Mürvətqızının essesi

"Mən indi bilirəm, İlahi..." - Sevinc Mürvətqızının essesi

17:00 1 oktyabr 2025
"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

12:00 1 oktyabr 2025
Rembrandtla dostluq edən holland rəssam - Ona niyə  "kiçik xərçəng" deyirdilər?

Rembrandtla dostluq edən holland rəssam - Ona niyə "kiçik xərçəng" deyirdilər?

10:40 1 oktyabr 2025
“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

17:00 30 sentyabr 2025
Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

12:06 30 sentyabr 2025
İlya Repin  impressionizmdən niyə  imtina etmişdi?

İlya Repin impressionizmdən niyə imtina etmişdi?

14:15 29 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər