Uşaqların sevimli cizgi filmi Azərbaycan dilində

Uşaqların sevimli cizgi filmi Azərbaycan dilində
9 iyun 2016
# 17:41

Artıq balaca tamaşaçılar sevimli cizgi filmləri olan “Frozen”ə ana dilində baxa biləcəklər. ANS Telekanalı “Uolt Disney” Animasiya Studiyasının istehsalı olan “Frozen” cizgi filmini Azərbaycan dilində səsləndirir. “Buzlar diyarı” adlandırılan film tezliklə efirdə olacaq. Şübhəsiz ki, Elza, Anna, Kristoff, Şahzadə, Maral Sven, Qar adamı Olaff kimi sevimli qəhrəmanlarının Azərbaycan dilində danışması balaca tamaşaçılar üçün əsl hədiyyə olacaq.

“Frozen” 2013-cü ildə “Wolt Disney” Animasiya Studiyası tərəfindən istehsal olunmuş kompüter animasiya filmidir. Hans Kristian Andersenin “Qar kraliçası” nağılının motivləri əsasında yaradılan animasiya filmi ekrana çıxdığı gündən tamaşaçıların və mütəxəssislərin böyük rəğbətini qazanıb. Film ən çox satılan animasiya filminə çevrilib və milyard dollardan artıq gəlir gətirib. Kris Bak və Cenifer Linin rejissorluğu ilə ərsəyə gələn film ən yaxşı animasiya filmi və ən yaxşı orijinal film mahnısı nominasiyaları üzrə Oskar mükafatına, “Qızıl qlobus”, “BAFTA”, “Enni”, “Saturn”, Amerika kino aktyorları gildiyasının (SAG) mükafatlarına layiq görülüb. Cizgi filmi əsasında kompüter oyunu yaradılıb. “Frozen” dünyanın bir çox dillərinə tərcümə olunub. Qeyd edək ki, cizgi filmini rus dilində Dima Bilan, Nataliya Bıstrova, Anna Buturlina, Andrey Birin, Sergey Penkin, Dima Bilan, Vasili Boçkaryov, Aleksey Fataev kimi məşhur simalar səsləndirib.

Cizgi filminin maraqlı hadisələr xətti var. Kraliça Elza özü də bilmədən Erendelli lənətləyib və krallıq əbədi qışa məhkum olunub. Əgər kimsə dünyanı xilas etməsə, heç vaxt bahar gəlməyəcək. Bunun qarşısını almaq, Erendell krallığının üstündən lənəti götürmək üçün 4 qəhrəman – Şahzadə Anna, cəsarətli Kristoff, Maral Sven və Qar adamı Olaf uzun, çətinliklərlə dolu yola çıxırlar. Onların qarşısında çox çətin vəzifə dayanır: Annanın bacısı Elzanı tapıb xilas etmək. Çünki yalnız o krallığın üzərindən lənəti götürə, yazın gəlişini yaxınlaşdıra bilər. Bu cəsarətli qəhrəmanları irəlidə çox çətin macəralar gözləyir. Onlar yolda böyük qar topaları, qəzəbli nəhəng qar adamı, acgöz canavarlar, sıldırımlı yollarla üzləşir. Ancaq cəsur qəhrəmanlar bütün əngəlləri aşaraq, Elzanın buz sarayına gəlirlər. Əsl sevgi hissi möcüzə yaradır. Elza buzları əridə, bütün krallığı əbədi qışdan xilas edərək, baharı geri qaytara bilir.

# 3360 dəfə oxunub

Oxşar xəbərlər

Gözləri tutulandan sonra ən məşhur tablolarını yaratdı - Dahilərin müəllimi haqqında

Gözləri tutulandan sonra ən məşhur tablolarını yaratdı - Dahilərin müəllimi haqqında

11:30 10 iyul 2026
Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

17:16 8 iyul 2026
"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

12:15 8 iyul 2026
Azərbaycanı SSRİ-dən ayırmaq istəyən yazıçının dəhşətli taleyi - O, Səməd Vurğuna gizli məktubunda nə yazmışdı?

Azərbaycanı SSRİ-dən ayırmaq istəyən yazıçının dəhşətli taleyi - O, Səməd Vurğuna gizli məktubunda nə yazmışdı?

10:00 8 iyul 2026
Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

15:00 7 iyul 2026
"Yüz ilin tənhalığı"ndan "Əsrin qolu"na - Cənubi Amerika futbolunun magik realizmi

"Yüz ilin tənhalığı"ndan "Əsrin qolu"na - Cənubi Amerika futbolunun magik realizmi

12:00 7 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər