Bakıda “Tullantıdan sənətə” sərgisi - FOTOLAR

Bakıda “Tullantıdan sənətə” sərgisi  - <span style="color:red;">FOTOLAR
11 oktyabr 2017
# 09:58

Oktyabrın 10-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VI Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılıb.

Heydər Əliyev Fondundan APA-ya verilən xəbərə görə, sərgi Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə reallaşıb.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, “Təmiz Şəhər” ASC-nin sədri Etibar Abbasov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov, tədbirdə iştirak edən mədəniyyət və incəsənət xadimləri sərgi ilə tanış olublar.

Məişət tullantılarından, lazımsız əşyalardan istifadə olunaraq hazırlanmış sənət əsərlərinin təqdim edildiyi sərgidə 9 ölkədən 25 incəsənət nümayəndəsinin əl işləri nümayiş olunur. Ümumilikdə, 5 il ərzində “Tullantıdan sənətə” sərgisində 36 ölkədən 140-dək sənət adamı iştirak edib.

Sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir. Yararsız hesab edilərək atılmış əşyalar, tullantı materialları sənətkarların əllərində “canlanıb”.

Açılış mərasimində, həmçinin sərginin 6 illiyi münasibətilə videokadrlar nümayiş etdirilib. Bu gün Bakı şəhərində tullantılardan təkrar istehsal üçün xammal kimi istifadə olunur. Həmçinin tullantıların yandırılması nəticəsində elektrik enerjisi əldə edilir. “Tullantıdan sənətə” sərgisi isə tullantıların lazımsız əşyalar toplusu olmadığını, hətta onlardan sənət əsərləri yaratmağın mümkünlüyünü əyani formada nümayiş etdirir.

Xatırladaq ki, “Tullantıdan sənətə” sərgisi 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz şəhər” ASC-nin Qala qəsəbəsində həyata keçirdiyi “Təmiz Qala” adlı pilot layihə çərçivəsində təşkil olunur. Layihə əsasında qəsəbədə tullantıların idarə olunması müasir standartlara cavab verən üsulla aparılır. 2015-ci ildən etibarən Qala qəsəbəsində “Tullantıların sənətə” muzeyi də fəaliyyət göstərir. Ziyarətçilər burada tullantılardan yaranan müxtəlif əsərlərlə tanış ola bilərlər.

VI Beynəlxalq “Tullantıdan sənətə” sərgisi oktyabrın 15-dək davam edəcək.

# 2828 dəfə oxunub

Oxşar xəbərlər

"Ağıllı adam odur ki, bu beş günü məhəbbət ilə yola sala..."  - Lev Tolstoy Mirzə Cəlilin tərcüməsində

"Ağıllı adam odur ki, bu beş günü məhəbbət ilə yola sala..." - Lev Tolstoy Mirzə Cəlilin tərcüməsində

15:00 4 yanvar 2026
"Dava-dava" oyunu - Nodar Macaraşvilinin hekayəsi

"Dava-dava" oyunu - Nodar Macaraşvilinin hekayəsi

12:00 4 yanvar 2026
Könül atəşlidir, söndürmək gərək... - Əlişir Nəvainin "Fərhad və Şirin"indən bir hissə

Könül atəşlidir, söndürmək gərək... - Əlişir Nəvainin "Fərhad və Şirin"indən bir hissə

15:00 3 yanvar 2026
Qatilin kimliyi bilinmədi, müəllif  əlyazmanı yandırdı...  - Yarımçıq qalmış  ən maraqlı əsərlər

Qatilin kimliyi bilinmədi, müəllif əlyazmanı yandırdı... - Yarımçıq qalmış ən maraqlı əsərlər

12:00 3 yanvar 2026
Ən yaxşı 10 Yeni il kitabı - Siyahı

Ən yaxşı 10 Yeni il kitabı - Siyahı

15:00 2 yanvar 2026
Gəl, bir də bataq günaha, sonra tövbə edərik... - Cəlil Cavanşirin şeirləri

Gəl, bir də bataq günaha, sonra tövbə edərik... - Cəlil Cavanşirin şeirləri

12:00 2 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər