Yeganədən Yafəsə: “Niyə ölmürsən?”

Yeganədən Yafəsə: “Niyə ölmürsən?”
18 fevral 2015
# 21:00

Tanınmış şair Yafəs Türksəsin Kulis.az-a verdiyi müsahibədə adını hallandırdığı Yeganə Bağırova redaksiyamıza məktub göndərib.

Məktubu təqdim edirik:

“Bir neçə gün bundan öncə Yafəsin sizin sayta verdiyi müsahibə geniş rezonans doğurub. Guya ki, Yafəs posmodernist bir fikir deyib. (O insan nə vaxt ciddi bir fikir söyləyib ki?!) O insanın sözünün dalı-qabağı yoxdur. Ağzına nə gəldi deyir. İnsan heç olmasa özünə hörmət edər, özünə hörmət etməsə də ən azından sevdiyi qadına (əgər həqiqətən bu belədirsə) hörmət edər. Danışarkən insan qeyri-etik sözlərə yol verməməlidir. Bu mədəniyyətsizlik və özünə-ətrafdakılara hörmətsizlikdir. Sevirsən? Yaxşı eliyirsən! Sev! Sənə bir söz deyən yoxdur. Amma sevgi elə bir duyğudur ki, onu özün yaşamalısan, heç kəslə bölüşməməlisən, paylaşmamalısan. Bir-iki dəfə bunu etiraf etdin, çox sağ ol. Söhbət oldu, bağlandı. İndi bunun şitini çıxarmağa nə lüzum var ki?!... Kişinin oğlu guya məşhur olub gündəmdə qalmaq istəyir. Mənim adımı çəkməklə, mənimlə hər yerdə görünməklə özünə pərəstişkar kütləsi toplayır. Belə özündən deyən şairsən-yazıçısan və ya jurnalistsən get öz yazılarınla, şerlərinlə gündəmə düş də...

Bir məsələyə də toxunmaq istəyirəm. Yafəs müsahibəsində qeyd edib ki, Yeganə xanımın məndən qabaq da sevgilisi olub, məndən başqa da sevgilisi var. Adama sual verərlər ki, heç utanırsan? Heç qızarırsan? Niyə ölmürsən? Sən özünə necə rəva bilirsən ki, sənin "Mənim sevgilimdir" dediyin xanımın başqa bir sevgilisi olsun?! Ümumiyyətlə Yafəs dediyi sözün məsuliyyətini, yükünü, ağırlığını-yüngüllüyünü anlamır. Bəli, mənim 14 yaşım olanda ilk sevgim olub. Müəyyən səbəblərə görə münasibətlərimiz sonacan davam edə bilməyib. Məncə belə sevgilər hər bir yeniyetmənin həyatında olur. Bunu əldə “kozır” tutub, buna postmodernizm adı vermək lazım deyil. “Məndən başqa sevgilisi də var” deməsini isə Yafəs mənim yazdığım esselər və şerlərlə əlaqələndirir.

Zənnimcə şair və yazar hər bir mövzuda yaza bilər. Şərt deyil ki yaşadıqlarını yazsın. Ümumiyyətlə Yafəsin bir murdar xasiyyəti var ki, kimi kimin yanında görürsə, kiminlə kimisə parkda yanbayan gəzən görürsə, kimlə kimisə restoranda çörək yeyən görürsə dərhal o insanları bir-birinə calayır. Onun üçün "Dost" deyilən bir məfhum yoxdur. "Dost" sözünü dərk etməyən insan nə özünü, nə də başqalarını sevə bilməz. Çünki sevgi də dostluqdan, isti münasibətdən yaranır. Yafəsi sevmək? Yafəsə tamah salmaq? Bu inanılası bir şey deyil! Yafəs odla-su arasındadır. Ölüm-dirim mübarizəsi aparır. Mən onunla 7 il bir yerdə çalışıb duz-çörək kəsdiyim üçün ona hörmət qoyuram, amma indən belə o, hansısa müsahibəsində mənim adımı hallandırarsa, məni təhqir edəcək bir fikir söyləyərsə mən onu məhkəməyə verəcəyəm!!!”

# 1203 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #