Yarışmaya bu şairlər də qatıldı - Mətnlər

Yarışmaya bu şairlər də qatıldı - Mətnlər
4 oktyabr 2019
# 17:39

Kulis.az “Bir şeir” müsabiqəsinə göndərilən yeni şeirlərdən nümunələr təqdim edir.


Kənan Allahverdiyev

Daxma Ürək

Bağla ürəyinin qapısın daha,
Bundan sonra kimsə girmək istəməz.
İnanki heç bir qız batıb günaha,
Belə bir ürəyə sevgi bəsləməz.

İçi boş ürəyin daxmadır, daxma,
Gözəl də daxmaya sığınarmı heç?!
Saraylar gözlərkən evini yıxma,
Sevdiyinin haqqı tapdanarmı heç?!

Bir bax nə gündədir sənin qəlb evin,
Nə işığı gəlir, nə qazı gəlir.
Soyuğa gətirmir heç cür tab evin,
Eşqin qar-boranı, ayazı gəlir.

Gərək borc xərc ilə təmir edim mən,
Sınıq-salxaq qəlbi başdan ayağa.
Yerlərə döşədim bəyaz mərmərdən,
Xeyli pul xərcləyim mən çil-çırağa.

Bədbinəm yenə də bilmirəm niyə,
Qəlbimin qapısı döyülməsə bəs?
Diksinməsəm qəfil bir tıqqıltıya,
Bu qədər əziyyət olacaq əbəs.

Qoy elə ürəyim təmirsiz qalsın,
Dərdlərim qəlbimin düzənin pozar.
Ölənədək səssiz səmirsiz qalsın,
Elə orda biri qəbrimi qazar.

***


Rəsul Cahan

Just kidness

Ağlıma gəlməz idi, edəcəyin dünən də.
Əsəbimə toxundun, eyni səslə başqasına güləndə.
Sən mənə küsmüşdünsə, elə sənə küs mən də..
Barış üçün bu dünyadan çevrilmədən köçək biz.
Başqa ad başqa dildə,
Başqa köy başqa eldə
Bir sevgi iki qəlbdə, bir daha yaşayaq biz
Soruşsan ki necə olur, izah edim qısaca,
Cismin hey dəyişsə də, davranışın qalacaq.
Hansı ki, neçə kəlmə söyləmənə baxmadan,
Bircə an tək vərdişlə baxışın can alacaq.
Amma yenə köçək biz.
Burda yaman kirləndik.
Susduq biz qaydalara, susduq yenə öldük biz.
Gəl qaçaq uzaqlara, gəl qıraq qanunları,
“Gəl tapım bircə bircə məhv edim mən onları”
Desəm də, fayda verməz, kiçik saf damcı kimi gözlərindən axdıq biz.
Bizi ayıranlara, damla damla yağdıq biz.
Susma, bir xəbər eylə, söz aç mənə halından.
Bəlkə elə razısan burdakı əhvalından?!
Cavabın nə olsa da, dönmədim mən yolumdan.
Dayanıb kənarında, baş aşağı, kimsəsiz,
Söylərəm öz özümə, hərkəs öldü qaldıq biz.

***


Fərid Həsənzadə

Tezüşüyən

Ay işığının arxasında gizlənən
həsrətə oxşayır əslində həyat.

Əlimizdən tuta bilməyən adamlar
bütün şəkillərdə yanımızdadırlar, fikir ver.
Görünür, daha cəsarətlidirlər onlar.

Səni bu dünyaya anan gətirib, düzdü,
amma bu sevdaya mən gətirmişəm,
haqqımı yemə.

Hər dəfə sol yanağından öpəndə,
Sağ yanağının varlığını xatırladırdın mənə.
“Səni sevirəm” deməsən də olar.

Həmişə gəzdiyimiz küçənin ortasında dayanıb,
gəzdiyimiz yerlərə yox,
gəzdiyimiz yerlərdən baxıram həyata.
Sən yoxsan yenə.
Mənim adımı versələr bu küçəyə,
təəccüblənməzsən yəqin.

Parça-parça olub ayaq izlərimiz
soyuqdan,
tezüşüyənim.

***


Elvin Bakiroğlu

Mən elə bilirdim…

Onda uşağıydım, elə bilirdim,
Hamı aldanacaq o saat buna.
Hər adi oyuna gələ bilirdim,
Asan uduzurdum söz oyununa.

Balaca şeirlə, sərçə şeirlə
Quşlar cəh-cəh vurar hər yanımızda.
Mən elə bilirdim bircə şeirlə
Qaynayar evdəki qazanımız da.

Mən elə bilirdim hecalarımın
Ömrünü ömrümə bağ eləyəcəm.
Sanırdım anamın, bacılarımın
Nə vaxtsa üzünü ağ eləyəcəm.

Mən elə bilirdim sonudu dərdin,
Iki səs, iki söz yan-yana gəlsə.
Düzələr hər şeyim ikiylə dördün,
Birlə üçün qafiyəsi düzəlsə.

Bütün misralarım hamısı bir-bir
Məni bu həsrətdən qurtara bilər.
Mən elə bilirdim yazdığım şeir
Bir qızı geriyə qaytara bilər.

Ağlamalı yazsam, ölməli yazsam,
Qorxurdum başıma gələr, İlahi
Mən elə bilirdim gülməli yazsam,
Tale də üzümə gülər, İlahi

Mən nə istəyirdim, bircə yaşamaq,
Dönüb ürəklərdə düyün olmamaq.
Nə fərqi harada, necə yaşamaq,
Daha da betərdi bir gün olmamaq.

Havanın ətrində, suyun səsində
Havanı yaşamaq, suyu yaşamaq
Yaşamaq dostların əhatəsində,
Yaşamaq, bir ömür boyu yaşamaq.

Çiyində dostların əli yaşamaq,
Şeirli hamıdan, sözlü hamıdan
Sərsəri yaşamaq, dəli yaşamaq,
Ağıllı yaşamaq gizli hamıdan.

Onda uşağıydım, bilmirdim hələ
Səsim öz içimdə batacaq mənim.
Mən elə bilirdim tutduğum qələm
Həmişə əlimdən tutacaq mənim...

***


Ruslan Mollayev

Akupunktura

Düşündünmü nədən deyilir belə?
- Xoşbəxtlik insanın ovcundadır.

Nə qədər baxsaq da
görə bilmirik,
görə bildiyimizi duymuruq nədən?
Boylanıb uzaqdan xoş an gəzirik,
Xoşbəxtlik insanın əlində gəzir...

Əlimdən düşürdüb
qoymuşam küncə,
İynələr düzürəm əzalarına,
donmuş halətilə:"...cəzadırmı bu?"
Demək xoş anların düşüncəsi var.

Dizin qapağına ovucunu qoy,
ən uzun barmaqlar hara dəyirsə
uzun ömürlüyün səcdə yeridir.
Bilirsənmi nədir uzun ömürlük?
- Qunuta yığılmış sarımtıl üfüq.


Mükafat fondu aşağıdakı kimidir:

Birinci yer: 500 manat

İkinci yer: 300 manat

Üçüncü yer: 200 manat

Əsər qəbulu sentyabrın 16-dan oktyabrın 10-dəkdir.

Qeyd: Şərtlərlə uymayan iştirakçılar müsabiqədən kənarlaşdırılacaq.

Şərtlər

Şərtlərdə yenilik

Göndərilən mətnlər

Yeni mətnlər

Növbəti mətnlər

# 5568 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #