Sezar onu həbs edən dəniz quldurlarını necə cəzalandırdı? – Araşdırma

Yuli Sezar

Yuli Sezar

1 avqust 2022
# 17:00

Kulis.az Roma imperatoru Yuli Sezar haqda çoxlarının bilmədiyi maraqlı bir faktı diqqətinizə çatdırır.

Eramızdan əvvəl, I əsrdə Aralıq dənizində hərc-mərclik hökm sürürdü. Xüsusilə, Aralıq dənizinin cənubunda, o dövrdə Kilikiya adlanan bölgədə dəniz quldurları gəzirdi. Soyğunçuluq çox yayılmışdı və bu, romalılar tərəfindən ciddi qəbul edilən bir risk idi.

***

Sizcə, eramızdan əvvəl 75-ci ildə Egey dənizindəki bir qrup Kilikiya qulduru kiminlə qarşılaşacaqdı? Ritorika elmini öyrənmək üçün Rodosa gedən 25 yaşlı Yuli Sezarla.

38 gün dəniz quldurlarının əlində girov qalan Sezar bütün bu müddət ərzində məhbus kimi davranmaqdan imtina edir. Piratlar onun üçün 20 talant (pul vahidi – red) fidyə tələb edəcəklərini deyirlər. Sezar gülərək, “Kimi əsir götürdüyünüzün fərqində deyilsiniz, 50 talant istəyin!” deyir. O, bəlkə də, fidyəni özü qaldıran ilk girov idi.

***

Sezar quldurlarla qaynayıb-qarışır. Onlarla, ümumiyyətlə, mehriban olsa da, əsirlikdə olmağı xoşlamır və qisasını azadlığa çıxanda alacağını açıqlayır. O, arabir qışqıraraq əmrlər verir, yuxuya gedəndə onları susdurur. Bununla da kifayətlənməyərək, əsirlikdə olduğu müddətdə tərtib etdiyi çıxışlarını, şeirlərini dəniz quldurlarına dinlətdirir. Kifayət qədər reaksiya almadığını hiss etdiyi şəxsləri “savadsız axmaqlar” deyərək təhqir edir. O, quldurların oyunlarında, məşqlərində iştirak edir, lakin həmişə onlara komandir kimi müraciət edir. Hərdən onları çarmıxa çəkməklə hədələyir. Quldurlar bunu zarafat kimi qəbul edir və gülürlər.

Həqiqət budur ki, Sezar zarafat etmir. 38 gündən sonra fidyə verilir və Sezar azad edilir. Onun ilk işi Miletə (Kiçik Asiyanın qərb sahillərində, Böyük Menderes çayının cənubunda yerləşən qədim yunan şəhəri – red.) getmək və donanma toplamaqdır. Maraqlısı odur ki, o vaxt Miletdə onun heç bir rəsmi gücü yox idi.

***

Sezar dəniz donanması ilə bir yerdə əsir saxlandığı adaya doğru yol alır. Ora çatanda quldurların hələ də adada düşərgə saldığını görür, hamısını yığıb aparır. Sezar Asiya qubernatoru Markus Juniusdan dəniz quldurlarının edamını tələb edir. Junius bununla razılaşmır, çünki o, dəniz quldurlarını qul kimi satıb gəlirləri cibinə qoymağı daha məqsədəuyğun hesab edir. Ardınca Sezar piratların saxlandığı həbsxanaya gedir və onları bir-bir çarmıxa çəkir.

# 9566 dəfə oxunub

Oxşar xəbərlər

Amerikada sensasiya yaradan azərbaycanlı - O, KQB-nin təqibindən necə xilas olmuşdu?

Amerikada sensasiya yaradan azərbaycanlı - O, KQB-nin təqibindən necə xilas olmuşdu?

12:00 20 fevral 2026
Yalanlar, maskalar və çılpaq həqiqət - "Ruh" tamaşası haqqında

Yalanlar, maskalar və çılpaq həqiqət - "Ruh" tamaşası haqqında

10:00 20 fevral 2026
"Folklordakı Cırtdan avtoritetinin məhv edilməsi..." - Necə oldu ki, Qırmızıpapaq Canavarın sevgilisinə çevrildi?

"Folklordakı Cırtdan avtoritetinin məhv edilməsi..." - Necə oldu ki, Qırmızıpapaq Canavarın sevgilisinə çevrildi?

15:00 19 fevral 2026
Öz şah əsərinə nifrət edən dahi - Naşirlər onun hansı kitabını çap etməyə qorxmuşdular?

Öz şah əsərinə nifrət edən dahi - Naşirlər onun hansı kitabını çap etməyə qorxmuşdular?

12:00 19 fevral 2026
Vatikanı dəhşətə gətirən "pornoqrafiya" - Xəsis dahi şah əsərlərini niyə oda atmışdı?

Vatikanı dəhşətə gətirən "pornoqrafiya" - Xəsis dahi şah əsərlərini niyə oda atmışdı?

16:00 18 fevral 2026
Dövlət işi naminə dinini dəyişdi, Parisdə siyasi mühacir həyatı yaşadı... - O, mirasını hansı şərtlə arvadına vəsiyyət etmişdi?

Dövlət işi naminə dinini dəyişdi, Parisdə siyasi mühacir həyatı yaşadı... - O, mirasını hansı şərtlə arvadına vəsiyyət etmişdi?

15:00 17 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər