Həmid Herisçi: "Ulucay Akifin qələmi qu lələyidir"

Həmid Herisçi:  "Ulucay Akifin qələmi qu lələyidir"
2 noyabr 2023
# 17:00

Kulis.az Həmid Herisçinin Ulucay Akifin "Pul axtaranlar" hekayəsi haqqında yazdığı “Zorən oğru” adlı yeni yazısını təqdim edir.


Türk diplomatı Yaqub Qədri Qaraosmanoğlunun “Zorən diplomat” əsərini oxumuşduq vaxtiylə.

İndi Ulucay Akif oxşar üsulla “Zorən oğru” mövzusunu yazıb.

“Minaxtaran” gözləriylə sadə şəhərətrafı mühiti, yaşantıları düzdü çox dəqiq bir süjetin sapına.

Düzdü, hə...

Və sonra özü də qırdı bu süjet sapını.

Bəlli oldu ki, ərik oğurluğu bəhanə imiş. Torbada qara pişik var. İbiş sən demə, meyvə-tərəvəz, bostan oğrusu deyilmiş. Ancaq bu etiraf çox-çox sonralar, müəllif 15 il sonra qəsəbəyə döndüyü vaxt bilinir.

Bəlli olur ki, İbiş qandallanıb, Ceyhun isə küçə itləri kimi çiplənib artıq. Ev dustağıdır.

Düzü, bax bu “çipli oğru”nun taleyi öz gələcək yazarını gözləyir. Məncə, sonrakı hekayə məhz bu “çipli oğru” haqda olmalıdır.

Çiplənmək futuristik mövzudur. Bizim hamımızı çiplər gözləyir. Yallah, bu mövzunu da özəlləşdir.

Ulucay Akifin qələmi qu quşunun lələyindəndir. Çox yüngüldü çəkidə, ancaq mənaca ağır... yox... öz çəkisindədir. Məncə, ikinci mövzu - ikinci “bəxtli oğru” haqda da mütləq öz lələyini mürəkkəbə batırmalıdır.

Ulucayın üslubu belədi - süjet sapına hadisələr düzür. Təsbeh sistemi qurur hekayədə. Qəfil özü də bu sapı qırır.
Qəşəng fənddir.
Sən oxucu yerə tökülən zərrələri, bax hekayədəki o "minaxtaran gözüylə" axtarırsan.

Hekayə qəhrəmanlarından biri - Ceyhun yerdən pul tapmaqda mahirdi.
Ulucay isə yerdən hər pulu, əhvalatı, taleyi, mövzunu qaldırmır. Yalnız öz süjet sapından düşənləri qaldırır.
İkinci həyat verir, yəni dirildir öz zərrələrini.

Salam olsun istedada!

# 3753 dəfə oxunub

Oxşar xəbərlər

Üzeyir bəy portretinin çəkilməsinə niyə razılıq vermədi? - Konservatoriyanı "aldadan" rəssam haqqında

Üzeyir bəy portretinin çəkilməsinə niyə razılıq vermədi? - Konservatoriyanı "aldadan" rəssam haqqında

12:00 19 dekabr 2025
Buninin yazışdığı, Yüngerin heyran qaldığı azərbaycanlı qadın yazıçı  - O, Ramiz Abutalıbova nə vəsiyyət etmişdi?

Buninin yazışdığı, Yüngerin heyran qaldığı azərbaycanlı qadın yazıçı - O, Ramiz Abutalıbova nə vəsiyyət etmişdi?

10:00 18 dekabr 2025
"Bu xəstəxanada hamı ləng hərəkət edir" - Vaqif Mustafazadə hansı konsertindən sonra vəfat etdi?

"Bu xəstəxanada hamı ləng hərəkət edir" - Vaqif Mustafazadə hansı konsertindən sonra vəfat etdi?

12:00 16 dekabr 2025
Şamda yanğın gecəsi - Mehdi Dostəlizadənin yeni hekayəsi

Şamda yanğın gecəsi - Mehdi Dostəlizadənin yeni hekayəsi

10:00 16 dekabr 2025
"Səttar bu günahlı dünyanın günahsız uşağıydı..." - Rəsmi dairələr niyə rəssama mənəvi təzyiq göstərirdi?

"Səttar bu günahlı dünyanın günahsız uşağıydı..." - Rəsmi dairələr niyə rəssama mənəvi təzyiq göstərirdi?

16:30 15 dekabr 2025
“Bir şeiri də cırıb atdım, uçdu kağız parçaları" - Ramiz Rövşənin ən böyük sirri

“Bir şeiri də cırıb atdım, uçdu kağız parçaları" - Ramiz Rövşənin ən böyük sirri

10:00 15 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər