Müharibədə iştirak edən ilk qadın müğənni: O, ilk konsertindən cəmi bircə manat qazanmışdı – Aygün haqda bilmədiklərimiz 

Müharibədə iştirak edən ilk qadın müğənni: O, ilk konsertindən cəmi bircə manat qazanmışdı – Aygün haqda bilmədiklərimiz 
26 yanvar 2021
# 12:01

Bu gün Azərbaycanın “Pop Divası” adlanan Xalq artisti Aygün Kazımovanın 50 yaşı tamam olur. Kulis.az müğənnini təbrik edir və onun haqqında 10 maraqlı faktı təqdim edir.

Aygün müasir Azərbaycan estradasının banisi hesab olunur.

***

Azərbaycanda səhnəsində sərbəst hərəkətləri və Qərb standartlarına uyğun geyim tərzi ilə birinci oldu.

Azərbaycanda ilk sinə əməliyyatı keçirən müğənnidir.

***

Ən çox plastik əməliyyat etdirən azərbaycanlı sənətçi kimi tarixə düşüb. Sənətçi 30 dəfədən artıq cərrah masasına uzanıb. Buna görə onu sənət fədaisi hesab edirlər.

***

2002-ci ildə həyata keçirtdiyi əməliyyat 8 saat davam edib. Ölüm riski olan Xalq artisti əməliyyatının videoya çəkilməsini, ölərsə tamaşaçılara klip şəkilində təqdim olunmasını vəsiyyət edib.

Müharibədə iştirak edən ilk qadın müğənnidir. O, 1991-94-cü illərdə Birinci Qarabağ savaşında tibb bacısı kimi könüllü iştirak edib.

Solo konsertindən ən az pul qazanan sənətçidir. Belə ki, ilk düzənlədiyi konsert ona cəmi 1 manat qazandırıb.

***

2011-ci ildə “Extreme Azerbaijan” realiti-şousu üçün Namibiyaya yollanan Xalq artistinin ov tüfəngi ilə nəsli kəsilməkdə olan heyvanı nişan alaraq atəş açması və ceyranı vurması xeyli ajiotaj yaratmışdı.

Dünya şöhrətli amerikalı reper Snopp Doggla duet oxuyan yeganə azərbaycanlı müğənnidir.

2015-ci ildə "Big Apple Music Awards" musiqi mükafatına namizəd olub. Lakin ayağına gələn uğuru tərəddüdsüz rədd edərək “Big Apple Music Awards”dan imtina edib. Buna səbəb isə təşkilatçıların erməni olması idi.

Aygün Kazımova 2016-cı ildə Almaniyanın "DAF BAMA Music Awards 2016" beynəlxalq mükafatlandırma mərasimində "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülüb. Müğənni bu mükafata layiq görülən ilk azərbaycanlıdır.

Türkiyə və Rusiya mediasında haqqında tez-tez bəhs olunan azərbaycanlı müğənnidir.

***

Azərbaycanda ən çox səs-küyə səbəb olan klipə imza atıb. 2017-ci ildə müğənninin “S.U.S” mahnısına çəkdirdiyi klip böyük bir ajiotaja səbəb oldu. O, burada əxlaqsız qadın obrazını canlandırmışdı...

# 14876 dəfə oxunub

Oxşar xəbərlər

"Mən indi bilirəm, İlahi..." - Sevinc Mürvətqızının essesi

"Mən indi bilirəm, İlahi..." - Sevinc Mürvətqızının essesi

17:00 1 oktyabr 2025
"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

12:00 1 oktyabr 2025
Rembrandtla dostluq edən holland rəssam - Ona niyə  "kiçik xərçəng" deyirdilər?

Rembrandtla dostluq edən holland rəssam - Ona niyə "kiçik xərçəng" deyirdilər?

10:40 1 oktyabr 2025
“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

17:00 30 sentyabr 2025
Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

12:06 30 sentyabr 2025
İlya Repin  impressionizmdən niyə  imtina etmişdi?

İlya Repin impressionizmdən niyə imtina etmişdi?

14:15 29 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər