Tanınmış şair öldürülən hamilə qadına şeir yazdı – Mətn

Tanınmış şair öldürülən hamilə qadına şeir yazdı – Mətn
1 may 2020
# 10:15

Kulis.az tanınmış şair Sevinc Elsevərin hamilə vəziyyətdə öldürülən Leyla Bəkirovaya həsr etdiyi “Əliyalın qadınlar” şeirini təqdim edir.

oxuduğu cinayət xəbərindəki
qısqanclıq zəminində
boğazı kəsilərək öldürülən qadının
bir vaxtlar uğrunda ölə biləcək qədər sevdiyi
o qız olduğunu bilmədi
bacısı olsa da anlamayacaqdı
qızı olsa da
adlar şərti verilmişdi
öldürülən qadının üzü örtülmüşdü
qan hopmuş mələfəylə
baxdığı fotoda

endirdi xəbəri aşağı
belə xəbərlərə alışıqdı
hər gün təzəsi çıxırdı manşetlərə...
bir az siyasi xəbərlərə baxdı
bir az mədəniyyət xəbərinə
yeyib-içib keçdi yerinə
səhər kefikök qalxdı
gördüyü yuxunu xatırlayıb gülümsədi
doymamışdı o yuxudan
o yuxunun əhvalıyla şirin-şirin əsnədi...

səhər süfrəsində də telefonu qoymadı əlindən
baxdı yeni günün manşetinə
başqa bir qadın öldürülmüşdü yenə
xəbəri açıb baxmadı belə
cəbhədən xəbər vardı
düşmənlər gənc əsgəri vurmuşdı...
qanı coşdu qəzəblə, nifrətlə, kinlə
cavan, sütül oğullar qurban gedirdi düşmən gülləsiylə
düşünmədi bir kərə
bəs qadınları kim öldürür, qadınları?
hansı cəbhədə
nəyin uğrunda
qurban gedir onlar?

qüvvələri qeyri-bərabər döyüşlərdə
silahsız, əliyalın
sülhsevər, rəhmli qadınlar
əsir alınırlar
alınıb-satılırlar
təslim olmaq üçün
ağ bayraq
ya əllərini qaldırsalar da
ən qəddar üsullarla
amansızlıqla cəzalanırlar
rəhm etmirlər onlara müharibə
meydanlarındakı kimi.

# 5321 dəfə oxunub

Oxşar xəbərlər

Himnimizin əsl müəllifi kimdir? - Azər Turan

Himnimizin əsl müəllifi kimdir? - Azər Turan

15:00 5 may 2025
Qoz ağacı - Narıngül Nadirin yeni hekayəsi

Qoz ağacı - Narıngül Nadirin yeni hekayəsi

15:00 3 may 2025
Əbəs yerə göz vurmurdu çadra altdan o qız mənə - Yeseninin "İran nəğmələri"

Əbəs yerə göz vurmurdu çadra altdan o qız mənə - Yeseninin "İran nəğmələri"

12:00 3 may 2025
Paxıl - Orxan Fikrətoğlunun hekayəsi

Paxıl - Orxan Fikrətoğlunun hekayəsi

15:00 2 may 2025
Alverçi, sinəzən, mərsiyəxan Cavid - Bunlar xatirə yox, xətadır!

Alverçi, sinəzən, mərsiyəxan Cavid - Bunlar xatirə yox, xətadır!

12:50 2 may 2025
"Ondan Allahın özü də qorxurdu..." - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

"Ondan Allahın özü də qorxurdu..." - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

09:00 1 may 2025
# # #