Millət vəkili Salam Sarvanı təbrik etdi - Foto

Millət vəkili Salam Sarvanı təbrik etdi - Foto
16 sentyabr 2021
# 14:56

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış şair Salam Sarvanla görüşüb.

Kulis.az-ın verdiyi xəbər görə, Millət vəkili onu 55 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

“Hörmətli Salam müəllim!

Sizi 55 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

Siz ölkənin tanınmış media orqanlarında baş redaktor, redaktor olaraq çalışmısız; hazırda Dövlət Tərcümə Mərkəzinin əməkdaşısınız. Bir çox xarici şair və yazıçının əsərlərini doğma dilimizə siz çevirmisiz.

Şeir toplunuz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” mükafatına layiq görülüb. Siz 23 il bundan öncə, istedadlı gənc yazıçılara Azərbaycan Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ilk Sərəncamla bu təqaüdü almış gənc yazıçılardan biri olmusunuz.

Sizin şeirlər ingilis, rus, ukrayna, habelə qardaş xalqların dilinə çevrilib. Azərbaycanca çıxan kitablarınızdan başqa, 2020-ci ildə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin xətti ilə ukraynca da şeir kitabınız (“І потонути неможливо, неглибокий цей світ”... – “Boğulmaq da olmur, dayazdı dünya”) nəşr olunub.

Sizi bütün yaradıcılıq uğurlarınız və 55 illik əlamətdar yubileyiniz münasibəti ilə bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!

Q.Paşayeva Mədəniyyət Komitəsi adından yubilyara təbrik məktubu və xatirə hədiyyəsi təqdim edib.

Yubilyar səmimi görüş, diqqət və xoş sözlərə görə Komitə sədrinə təşəkkür edib.

# 2169 dəfə oxunub

Oxşar xəbərlər

"Mən indi bilirəm, İlahi..." - Sevinc Mürvətqızının essesi

"Mən indi bilirəm, İlahi..." - Sevinc Mürvətqızının essesi

17:00 1 oktyabr 2025
"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

12:00 1 oktyabr 2025
Rembrandtla dostluq edən holland rəssam - Ona niyə  "kiçik xərçəng" deyirdilər?

Rembrandtla dostluq edən holland rəssam - Ona niyə "kiçik xərçəng" deyirdilər?

10:40 1 oktyabr 2025
“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

17:00 30 sentyabr 2025
Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

12:06 30 sentyabr 2025
İlya Repin  impressionizmdən niyə  imtina etmişdi?

İlya Repin impressionizmdən niyə imtina etmişdi?

14:15 29 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər