Hicablı, pilot, evdar qadın... - Bir vaxtların məşhur azərbaycanlı modelləri indi nə edir? - Foto

Hicablı, pilot, evdar qadın... - Bir vaxtların məşhur azərbaycanlı modelləri indi nə edir? - Foto
27 avqust 2021
# 14:03

Bir vaxtlar Azərbaycanda məşhur olan bəzi modellər son illərdə gündəmdə yoxdur. Onlar gözəllik yarışmalarının münsifi, ən böyük moda tədbirlərinin siması, podiumların göz oxşayan xanımları idi. Bəs indi həmin xanımlar haradadır?

"Miss milenium" gözəli olan Validə Abbasovanın uzun illərdir Azərbaycandan köçdüyü bəllidir. Qızı Kamilla ilə İsveçrədə yaşayan Abbasova indi ona model deyilməsini sevmir. O, özünün "keçmiş model" kimi təqdim olunmasını istəyir. V.Abbasova model kimi podiuma çıxmasa da, moda sahəsindən uzaqlaşmayıb. O, xaricdə bir çox brendlərin tanıtımlarında məsləhətçi kimi çalışır. Eyni zamanda keçmiş modelin Rusiyada bəzi mülkləri var. Onları qardaşı ilə birlikdə kirayə verən V.Abbasova özünü iş xanımı kimi görmədiyini söyləyib.

1990-cı illərin sonu, 2000-ci illərin məşhur modeli olan Züleyxa Akçurina da son illər bu sahədən uzaqlaşıb. O, ailə həyatı qurub, Ester və Zaxar adlı iki övladı var.

Bir vaxtların məşhur modellərindən biri də Natella Kərimovadır. Hazırda sosial şəbəkənin aktiv istifadəçilərindən olan Kərimova modellik etmir. O, daha çox blogger kimi fəaliyyət göstərir.

Bir vaxtlar "Əsrin gözəli" kimi tanınan Lalə Mustafayeva da məşhur modellər sırasında idi. O, "Mizz Xəzər 2002" müsabiqəsinin qalibi olmuşdu. Ailə qurduqdan sonra modellikdən uzaqlaşıb. Daha sonra onun həyat yoldaşı dünyasını dəyişib. Hazırda Lalə aparıcı kimi fəaliyyətini davam etdirir.

2000-ci illərin məşhur modellərindən biri də Səbinə Allahverdiyeva bir neçə il əvvəl podiumdan uzaqlaşıb. Buna səbəb isə onun ailə qurması olub. Rejissor Şahin Zəkizadə ilə nikah masasına oturan Səbinə hicab bağlayıb. Həyat yoldaşı dünyasını dəyişəndən sonra isə Səbinə Azərbaycandan köçüb. O, hazırda Türkiyədə yaşayır və vizajist kimi fəaliyyət göstərir.

"Best model of Azerbaijan 2004"ün qalibi İlqar Əliyev də son vaxtlar model fəaliyyətindən uzaqlaşıb. O, hazırda pilot kimi çalışır.

/axşam.az/

# 9035 dəfə oxunub

Oxşar xəbərlər

Bibliyadakı Nuh tufanından sonrakı ilk anın təsviri - Apokaliptik tablo nəyi anladır?

Bibliyadakı Nuh tufanından sonrakı ilk anın təsviri - Apokaliptik tablo nəyi anladır?

18:17 1 iyul 2026
"Bu hekayəni ikinci edən münsiflərin zövqünə "2" verirəm!" - Müzakirə

"Bu hekayəni ikinci edən münsiflərin zövqünə "2" verirəm!" - Müzakirə

12:10 1 iyul 2026
Adamyeyən köpəkbalığı, saraydan qaçan şahzadə... - Ən yaddaqalan 10 yay filmi

Adamyeyən köpəkbalığı, saraydan qaçan şahzadə... - Ən yaddaqalan 10 yay filmi

10:00 1 iyul 2026
Dərin gölün vampirləri - Vüsal Bağırlının  hekayəsi

Dərin gölün vampirləri - Vüsal Bağırlının hekayəsi

10:00 30 iyun 2026
Uçuşdan geri qayıtmayan yazıçı - Antuan de Sent-Ekzüperini kim öldürmüşdü?

Uçuşdan geri qayıtmayan yazıçı - Antuan de Sent-Ekzüperini kim öldürmüşdü?

17:00 29 iyun 2026
Menqsin şah əsərlərindən biri - "Çobanların sitayişi" nəyi izah edir?

Menqsin şah əsərlərindən biri - "Çobanların sitayişi" nəyi izah edir?

15:00 29 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər