“Yüksək Sadakat” Azərbaycana gəlib

“Yüksək Sadakat”  Azərbaycana gəlib
4 aprel 2011
# 15:10
İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və internet şöbəsindən APA-ya verilən məlumata görə, qrup Bakıda olduğu müddətdə İctimai Televiziyada olacaq, televiziya proqramlarında çıxış edəcək. “Yüksek Sadakat” qrupu ilk olaraq bu gün axşam İctimai TV-nin “Eurovsion xəbərləri”, sabah isə “TVR klub” proqramlarında canlı efirdə qonaq olacaq. Türkiyənin “Eurovision-2011” təmsilçiləri, həmçinin digər yerli telekanallar və informasiya agentliklərinə müsahibələr də verəcək. Tanıtma turuna Bosniya və Hersoqovinadan başlayan “Yüksək Sadakat” qrupu aprel ayı ərzində Almaniya və Maltada olacaq.

Xatırladaq ki, Türkiyə Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsinin mayın 10-da keçiriləcək I yarımfinal mərhələsində “Live it up” mahnısı ilə çıxış edəcək.

“Yüksek Sadakat” qrupunu 1997-ci ildə bəstəkar və bas gitaraçı Kutlu Özmakinaçı yaradıb. Qrupun vokalçısı Kənan Vural, gitaraçısı Serkan Özgen, bas gitaraçısı Kutlu Özmakinaçı, klaviş ifaçısı Uğur Onatkut, baraban ifaçısı isə Alpay Şaltdır.

Qrup 2008-ci ilin sonlarında TRT-dən daxil olan təklif əsasında “TRT Radio1”-də bir il müddətində “Ehtimallar dənizi” proqramını təqdim edib. 2009-cu ildə Avropa turnesinə çıxan “Yüksek Sadakat” qrupu Almaniya, Niderland, Belçika və İsveçrədə 7 konsert verib. Bu günədək 3 albomu işıq üzü görən qrupu TRT 2011-ci ildə Düsseldorfda keçiriləcək “Eurovision” mahnı müsabiqəsində Türkiyə təmsilçisi kimi seçib.
# 1991 dəfə oxunub

Oxşar xəbərlər

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

14:38 5 avqust 2025
"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

09:00 30 iyul 2025
Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

09:00 29 iyul 2025
Sevgili cin - Kamal Abdullanın hekayəsi

Sevgili cin - Kamal Abdullanın hekayəsi

14:05 28 iyul 2025
Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

17:00 27 iyul 2025
"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

10:00 27 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər