“Yazdığım kitabları oxumurlar, amma lağ edirlər”
25 oktyabr 2012
07:00
Kulis.az-ın “Məhbəsdəki kitab” layihəsinin budəfəki qonağı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.
- Həbsdən əvvəl kitablarınız çap olunmuşdu?
- Uşaqlıqdan kitabların içində böyümüşəm. Atam müəllim idi və onun böyük kitabxanası vardı. Uşinskini, Makarenkonu, “Qılınc və Qələm”i, “Səfillər”i evimizdə oxumuşdum. Oxuya-oxuya kiçik yazılar yazmağa başladım. Müəyyən hadisələrlə bağlı esselər yazırdım. Yazdıqlarımı başqaları oxumasın deyə hətta özümdən əlifba da hazırlamışdım. SSRİ-də xalq təbabəti ilə məşğul olmaq qadağan olunmuşdu, buna görə də tibbi biliklər yox olmaq dərəcəsində idi. Bu sahəni araşdırmaq qərarına gəldim. Naxçıvan ərazisində yığdığım materialları toplayıb Elmlər Akademiyasının Etnoqrafiya İnstitutunda qeydiyyatdan keçirdim. 1994-cü ildə yığdığım materiallardan elmi hissələri çıxarıb, kitab halında nəşr etdim. Kitabın adını “Türkəçarə” qoymaq istəyirdim, ancaq nəşriyyatın direktoru Əkrəm Əylisli kitabın satılması üçün bu adı təklif etdi: “Yarpız iyi, kirpi piyi, mərcimək”. Əkrəm müəllimin təklifi xoşuma gəlməsə də kitab həmin adla 100 min tiraj buraxıldı. Bu kitabdan 6 ay sonra “Azadlığa məhkumuq” adlı ikinci kitabım çap olundu. İkinci kitabımda 88-ci ildən bəri “Ağrıdağ”, “Hürriyyət”, “Haray” qəzetlərində çap olunmuş məqalələrim toplanmışdı. Həmçinin “Mahiyyət” adlı fəlsəfi traktatım da çap olunmuşdu.
- Həbsdə olduğunuz müddətdə mütaliə imkanlarınız necə idi?
- İlk vaxtlar bizə nə qəzet, nə də kitab verirdilər. Xarici nümayəndələr gələndən sonra qəzet verməyə başladılar. Ancaq verilən qəzetlər müxalifət qəzetləri deyildi. O qəzetlərdə əleyhimizə yazılar yazıldığı üçün bu qəzetləri bir daha gətirməməyi xahiş etdim. Çünki psixoloji təsir edirdi. Həkim olduğum üçün bunu bilirdim. Tələb etdik ki, heç olmasa türmə kitabxanasındakı əsərləri versinlər. Kitab oxumasaq, dəli ola bilərdik. Dedilər ki, bizdə ancaq Lenin, kommunizm, kolxoz haqqında kitablar var. Etiraz etsək də, məcbur olub oxuyurduq. Türmənin kitabxanasında gürcü inqilabçısı haqqında maraqlı bir kitab vardı, onu oxudum. Sonra evdən amerikalı yazıçı Donaldın 10 cildliyini və başqa kitabları gətizdirdim. İmkan daxilində mütaliə edirdim.
- Bəs kitab yazmaq fikri necə yarandı?
- Serjantın qapını açıb-bağlaması, vəkillə görüşə getməyim, hər adi şey məndə fikirlər yaradırdı. Vəkilin gəldiyini biləndə elə düşünürdüm ki, azadlıqdan mənə hava gətirib. Məhbus psixologiyası ilə bağlı yazmaq istəyirdim. İlk saxlanıldığım kamera çox balaca idi. Hərəkət etmək qeyri-mümkün idi. Xarici nümayəndələr gəldikdən sonra yerimi dəyişdilər. Yeni kamerada artıq dəftər də verdilər və fikirlərimi yazmağa başladım. 3500-ə yaxın aforizm yazmışdım. Aforizmləri yazıb qurtardıqdan sonra Pənahgilə dedim ki, yazdıqlarımı kitab halında çap etdirmək istəyirəm. Dərhal lağ etməyə başladılar. Pənah dedi ki, mən də bir aforizm tapmışam: “Sərdar türmənin yaraşığıdır”. Arif Hacılı dedi ki, Pənah, mən səndən yaxşısını tapmışam. Zarafat etməyə davam etdilər (gülür). Dedim ki, heç olmasa bir nəfər buna ya ön söz yazsın, ya da redaktə etsin.
- Kitabınıza ön sözü kim yazdı?
- Ön sözü özüm yazdım. Heç biri razı olmadı, bircə Arif redaktə etməyə razılıq verdi. Arif yazdıqlarımı oxuyandan sonra Pənaha dedi ki, biz lağ edirik, ancaq Sərdar ciddi şeylər yazıb. Onlar məni yaxşı tanımırlar. Yazdığım kitabları da oxumayıblar, elə indi də oxumurlar, amma lağ edirlər. Arif esse kimi qısa fikirləri mətndən çıxarmağı məsləhət gördü. Aforizmləri sahələr üzrə ayırdım və çap olunmaq üçün həyat yoldaşıma göndərdim. Bayıldan cəzaçəkmə müəssisəsinə köçəndən bir gün əvvəl “İnsanlar və adamlar” adı altında çap olundu. Maraqlı kitab alınmışdı. Kitabdan Andreas Qrossa, Bayıl təcridxanasının rəisinə də bağışlamışdım.
- Rauf Arifoğlunun həbsdə yazdığı “Demokratiya məhbəsdə” kitabına isə ön sözü siz yazmışdınız...
- Rauf dedi ki, kitabıma ön söz yazın. Onun da kitabına heç kim ön söz yazmadı. Dedim ki, mən yazaram. Rauf ön sözün tez yazılmasını istəyirdi. Yazdıqlarını oxuyub, sabah özünə qaytarıb, hazır olduğunu söylədim. Dedi ki, “Dolamısan məni? Bu qədər materialı nə vaxt oxudun?” Raufun yazdığı maraqlı məqamları ön sözdə ehtiva etməyə çalışmışdım. Yazdığım ön söz Raufun xoşuna gəlmişdi.
- Öz aranızda kitab mübadiləsi edirdinizmi?
- Penitensiar Xidmətin rəisi, general Aydın Qasımov Azərbaycanda türmələrin tarixi haqqında beş cildlik kitabını Bayılda mənə verdi ki, oxu rəyini bildir. Məni maraqlandıran mövzu olmasa da oxudum. Kitab haqda qeydlər yazmışdım. Məsələn, o, çar Rusiyasının dövründə Almaniyadan işgəncə vermək üzrə mütəxəssis dəvət edildiyini kitabda yazmamışdı. Həm də mənbə yox idi və elmi cəhətdən zəif idi. Aydın Qasımov elə bilirdi ki, həbsxana haqda elmi ədəbiyyat yoxdur. Kitab çapdan çıxsa da rəyimi verdim. Bir də Arif şeir yazıb, oxuyurdu. Biz də qulaq asırdıq.
- Həbsxanada rəhbərliyin sizə münasibəti necə idi? Yeddi nəfər orada da bir yerdə idiniz?
- Bayıl təcridxanasının rəisi bizi yüksək səviyyədə qarşıladı. Bizə hörmətlə yanaşırdılar. Bir yerdə olsaq da digər dustaqlardan ayrı, 5 nömrəli korpusda saxlanılırdıq. Bu korpusa ölüm korpusu deyirdilər. Həbsxananın içində həbsxana idi. Danışığa çıxanda da həyətdə heç bir məhbus olmazdı. Nə bizi görürdülər, nə də ki, biz onları. İlk vaxtlar elə bilirdim ki, kamerada ancaq mənəm. Qəsdən qışqırırdım ki, niyə bu kamerada işıq yaxşı yanmır. Koridora çıxanda lap ucadan deyirdim ki, 16 oktyabr hadisələrinə görə tutulmuşam. Düşünürdüm ki, 16 oktyabrda tutulanlar varsa səslərini çıxararlar. “Starşına” bir gün dedi ki, Sərdar bəy, sənin hay-həşirinin mənasını bilirəm. Narahat olma, yoldaşların hamısı bu kameralardadır. Amma heç kim səsini çıxarmayacaq. Çünki tapşırıq vermişik ki, səslərini çıxarmasınlar. Bilmək istəyirdim ki, buradadırlarsa, ürəyim rahatlaşsın.
Depressiyadan çıxmaq üçün deyib-gülürdüm. Çoxlu lətifə danışırdım. Hətta türmənin rəisi gəlirdi ki, Sərdar, bu gün təzə lətifə var. Danışıb, gedirdi. Bir gün gördüm ki, Pənah bəy kitab oxuyur. “Starşına” ədası ilə Pənaha qışqırdım ki, “ə, sizə deməmişəm bütün günü ayaq üstdə durun”. Pənah kitabı atıb qırağa cumdu qapının üstünə. Başladı ki, “Nə istəyirsiniz bizdən, qanunsuz həbs etməyiniz bəs deyil, burda da əl çəkmirsiniz. İçəridə də təzyiq edirsiniz”. O qədər güldüm ki (gülür). Dedim ki, Pənah, mənəm Sərdar. Artıq Pənah bildi ki, mən də burdayam. Domino, şahmat və nərd oynayırdıq. Öz aramızda keçirilən nərd yarışmasının qalibi mən olmuşdum. Şahmatda isə Ariflə İqbal birincilik uğrunda mübarizə aparırdılar (gülür).
- Məhkəmə çıxışındakı son sözünüzdə hansısa yazıçının fikirlərindən, əsərdən istifadə etmişdinizmi?
- Bizim çıxışlarımız böyük əsərə bərabər idi. Hakim tez-tez deyirdi ki, ədəbiyyatdan, fəlsəfədən danışmayın, bura məhkəmədir. Mən də deyirdim ki, məhkəmənin vəzifəsi hüquqi maarifləndirmə aparmaqdır. Siz bizi maarifləndirmək əvəzinə biz sizi maarifləndiririk (gülür). Sokratdan misal çəkmişdim. Sokratı ölüm cəzasına məhkum edirlər. Gəlir evə və arvadı ona deyir ki, məni bilirsən nə yandırır? Heç bir günahın olmaya-olmaya səni mühakimə edirlər. Sokrat da arvadına deyir ki, sən istəyirdin mənim günahım olsun? Məhkəmədə də bildirdim ki, günahsız olduğumuzu bilirik və bu bizə mənəvi rahatlıq verir. Cinayətimiz olsaydı, bizə pis təsir edərdi. Prokuror mənə 5 il iş istəmişdi, hakim 4 il 6 ay azadlıqdan məhrum etmə qərarı çıxardı.
- 12 saylı cəzaçəkmə müəssisəsində də qeydlər aparırdınız?
- Bayıldakı divarlar 12 saylı cəzaçəkmə müəssisəsində uçub, dağıldı. Artıq orada 100 nəfər insanla bir yerdə qalırdıq. Həyətə çıxırdıq, görüşə adamlar gəlirdi. Çayxana, kino zal vardı. Bir sözlə, Bayıldan fərqli idi. Bir neçə məhbusla dostluq əlaqələrim yaranmışdı. Başım qarışdı deyə, siz deyən qeydləri yaza bilmədim. Həm də 12 saylı kolonda 3 ay qaldım. Bayıldan kolona köçürülən zaman isə ağır xəstələndim. Bayılda da zəhərlənmişdim, öləcəkdim. Vəziyyətim ağır idi. Hətta İqbal xəstələnməyimlə bağlı şeir də yazmışdı, sonu belə idi: “Arifə deyin gəlsin, Sərdar ölür”. Şeir tam yadımda qalmayıb. Liderlərə ayrı-ayrılıqda çağırış etmişdi. Çox təsirli şeir idi.
- Həbsxana həyatı siyasətçi kimi sizə nə verdi?
- Mərhum Əbülfəz Elçibəy həbsxananı siyasətçinin qızılcası adlandırırdı. Həbsxana elə bir yerdir ki, ora düşəndən sonra öz yolunu müəyyənləşdirirsən. Bir çox insanlar həbsxanaya düşəndən sonra sındılar. Düşünürəm ki, mən bu çətin sınaqdan alnıaçıq çıxdım.
Fərid MİRZƏYEV

1638 dəfə oxunub
Oxşar xəbərlər
"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi
12:00
25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?
09:50
25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024