Folklor İnstitutunun əməkdaşı şok faktlar açıqladı
19 iyul 2012
12:57
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun çap etdiyi “Azərbaycan Folkloru Külliyatı”nın VI cildində “Arzuolunmaz kürəkən” adlı “lətifə” yer alıb. Kitab “Nağıllar” adlanır. “Oxu Zalı” lətifəni çap etdikdən sonra böyük polemikalar başlayıb.
Kulis.az müxbirinin araşdırması nəticəsində məlum olub ki, problem Folklor İnstitutunun “Azərbaycan Folkloru Külliyatı”nı 100 cilddə çap etmə təşəbbüsündən sonra yaranıb. Çünki sovet dövründə Azərbaycan dastanlarını Əhliman Axundov 5 cilddə çap etdirib. İnstitutda bununla bağlı mübahisə olub və bildiriblər ki, 100 cild üçün orijinal folklor nümunəsi toplamaq qeyri-mümkündür.
İnstitutdakı mənbə kulis. az-a bildirib ki, Azərbaycanda yüz cildlik folklor nümunəsi toplamaq mümkün deyil: ” 100 cildlik folklor çap etmək üçün gərək bütün ara söhbətlərini, sərxoşların araq söhbətlərini, kişilərin əsgərlik xatirələrini, qadınların qonşu qeybətlərini də mətnə çevirəsən. Bu ad absurddur. Həmin biabırçı lətifə də məhz buna xidmət edir. Maraqlı budur ki, bu cür absurd mətn külliyyatın VI cildinə salınıb. Artıq indidən ciddi material qıtlığı yaranıb”.
Məlum lətifəni təhlil edən folklorçu mütəxəssis onu da bildirir ki, bu lətifənin nağıllar cildinə daxil olması özü də absurddur. Onun sözlərinə görə, nağılla lətifənin fərqi böyükdür, bunu folklor professorları yox, adi oxucular da bilir. Həmsöhbətimiz bu mətnin heç lətifə də olmadığını bildirir: “ Nağıl janrının xüsusiyyəti süjet xəttinin olması, tərbiyəvi və maarifləndirici əhəmiyyətə malik olmasındadır. Nağılın müsbət və mənfi qəhrəmanları olur. Yekunda müsbət qəhrəman mütləq qalib gəlir. Bu həm də nağıl oxucusuna optimist ruh, gələcəyə inam aşılamağa xidmət edir. Lətifə isə janrına görə, qısa, lakonik, gülüş doğura bilən, daha çox hazırcavablıq istedadını nümayiş etdirən folklor nümunələridir. Kitabda oxuduğumuz “nağıl-lətifə”də bu standartların heç biri yoxdur. Bu, sadəcə, iki sərxoşun jarqon, qarğış və vulqar sözlərlə dolu “mətnidir”. Süjet yoxdu, nəticə yoxdu, qəhrəman yoxdu, heç bir mənfi və ya müsbət əhəmiyyət kəsb etməyən söz yığınıdı”.
Kitabın tərtibçilərindən olan Oruc Əliyevin lətifə barəsində nəyə görə məlumatsız olduğunu da institut əməkdaşından soruşduq: “Oruc müəllim düz deyir. O yaxşı folklorçudur, nağıllarla bağlı dissertasiya yazıb, heç vaxt belə mətni kitaba salmazdı. Burda sadəcə, səhlənkarlıq olub. Belə ki, plan doldurmaq naminə institut əməkdaşları əllərinə keçən mətnləri, tələbələrin yay dövründə topladıqları praktika materiallarını belə kitaba yığıblar. Heç bir nəzarət yoxdur, nə adları tərtibçi yazılanlar kitaba baxır, nə də redaktor. Folklor İnstitutunun arxivində çoxlu materiallar var. Bundan başqa filologiya fakültələrinin tələbələrinin folklor təcrübələri də var. Bu mətnləri elmi təhlildən keçirmədən kitablara doldururlar. Mən sizə başqa bir faktı da deyim. Mətbuat yazır ki, kitablar 5 min tirajla çap edilib. Bu yalandır. Kitablar cəmi 200-300 tirajla çap edilir, hətta instututun əməkdaşları üçün belə bu kitabları əldə etmək ciddi problemə çevrilib. Misal üçün məndə haqqında söhbət gedən cild yoxdur, qalanlarını da min cür əziyyətlə tapmışam. Bu kitablar institutun anbarında yatıb qalır. Onu oradan ancaq sərgilər üçün çıxardırlar”.
Lətifədəki ləhcə haqqında da söhbət açan folklorşünasın sözlərinə görə, mətnin ləhcə ilə çap edilməsi onun yoxlanmadan çap edilməsinə sübutdur. Onun sözlərinə görə, tamamilə absurd olaraq lətifə adlandırılan mətndə iki dialektdən-Qarabağ və Gəncəbasar dialektlərindən istifadə edilib. Onun sözlərinə görə, folklor mətnini ləhcə ilə vermək sahəsində iki bir-birinə zidd mövqe mövcuddur. Bir baxış mətnin olduğu kimi verilməsinin tərəfdarıdırsa, digər baxışı müdafiə edənlər mətnin konkret dialektdən ədəbi dilə köçürülməsini təklif edirlər.
Mövzunu davam etdirəcəyik.
kulis.az

2215 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024