Tarını götürüb cəbhəyə qayıtdı
15 iyul 2012
15:03
Azərbaycan tarından söz düşəndə ilk yada düşənlərdən biri Sadiqcan olur. Sadıqcan Azərbaycan tarına bir növ vətəndaşlıq hüququ qazandırdı. O, tarı cilaladı, yad təsirlərdən təmizlədi və ona milli musiqi aləti statusu verdi. Sadıqcandan sonra tar ifaçılığının yeni və güclü inkişaf mərhələsi başlandı.
Tarın bir musiqi aləti olaraq təkmilləşməsində mərhum Mirzə Fərəcin də xüsusi xidmətləri olub. Musiqiçilərimiz muğam ifaçılığına aid hər bir mübahisəli məsələ üzrə qəti və düzgün cavab almaq üçün çox vaxt Mirzə Fərəcə müraciət edərmişlər. Əlbəttə, muğamatın tarixi inkişaf prosesində təbii olaraq müəyyən dəyişiklilərə uğraması zərurəti yaranırdı. Hər gələn yeni nəslin içindən tarın təəssübünü çəkən, onu daha da təkmilləşdirən ifaçılar yetişirdi.
XX əsrdə isə tarın inkişafının daha bir mərhələsi başlayır. Tar muğam ifaçılığında aparıcı alət olaraq öz yerini qoruyub saxlamaqla bərabər bir sıra üstünlüklər də qazandı. Təbii, bu inkişafda Azərbaycanın böyük bəstəkarlarının da əməyi vardı. Bu gün onları da minnətdar duyğularla xatırlayırıq.
Tar haqqında bu qədər geniş məlumat vermək, çoxlarının bildiyi həqiqətləri yenidən təkrarlamaq zərurəti o zaman yarandı ki, biz tara bütöv bir ömür həsr etmiş görkəmli bir sənətkar haqqında – Kamil Əhmədov haqqında yazmaq qərarına gəldik. Müasir tar ifaçılığının inkişafında xidmətləri olan ustad sənətkarlardan biri də Kamil Əhmədovdur.
Azərbaycanın əməkdar mədəniyyət işçisi Kamil Əlisəttar oğlu Əhmədov 1920-ci ildə Bakı şəhərində anadan olub. Atası zərgər, anası isə evdar qadın olub. Böyük qardaşı İsmayil Böyük Vətən müharibəsində itgin düşüb. Bacısı Leyla Məmmədbəyli 1935-ci ildə Adil Gərayın qardaşı Əmirulla Gəraybəyli ilə ailə həyatı qurub. Leyla xanımın həyat yoldaşı da tarzən idi.
Kamil 4 yaşındaykən atasını itirib. Tale onu hələ uşaqlıqdan çətin sınaqlara çəkib. Bu sənəti seçməyinə valideynləri razı olmayıblar. Ancaq hələ uşaq ikən el havalarına, xalq mahnılarına maraq göstərirmiş. Valideynlərinin etirazlarına baxmayaraq içindəki istedadın səsinə qulaq asdı və öz istəyinin ardınca qoşmağı tərcih etdi.
Özünün inadı, səyi nəticəsində 1934-cü ildə Asəf Zeynallı adına Musiqi Məktəbində keçirilən müsabiqəyə qoşuldu və bu müsabiqədə də komissiya üzvlərindən biri dahi Ü. Hacıbəyli idi. Üzeyir bəy istedadın işartısını ustad fəhmiylə duyub və onun çalğısını bəyənmişdi. Gənc Kamil 1936-cı ildə A. Zeynallı adına Misiqi Məktəbinə qəbul olundu və bununla da onun sənət taleyi həll olundu.
1941-ci ildə başlayan Böyük Vətən Müharibəsi Kamilin gələcəklə bağlı planlarını alt-üst edir. Müharibənin başlanmasından bir il sonra, 1942-ci ilin 25 sentyabrında hamı kimi onu da cəbhəyə yollayırlar. Müharibənin odundan-alovundan keçmiş gənc Kamil dinc həyata qayıtdıqdan sonra yarımçıq arzularının ardınca qoşur. Hələ müharibənin taleyi həll olunnmamış, 1944-cü ildə Qırğızıstanın Orş şəhərində keçirilən olimpiyadada iştirak etmək üçün Bakıya gələrək öz tarını götürərək geri qayıdır. Orda Azərbaycan musiqisini, muğamını layiqincə təmsil edir və 2-ci yeri tutaraq gümüş medal alır. Bu dövr- parlaq musiqiçilərlə əməkdaşlıqda keçən qısa zaman kəsiyi Kamil üçün böyük məktəb idi. Həmin vaxlar onun ustalığı da, biliyi də xeyli artır.
Böyük Vətən müharibəsi başlananda bütün evlərdən radioqəbuledicilər yığılmışdı, onları müharibə bitəndən sonra qaytaracaqdılar. Amma bəzi insanlar hələ də inad edir, radioqəbulediciləri evlərində gizlədirdilər, ona görə yox ki, xarici radiostansiyaların əcnəbi dildə verilişlərinə qulaq assınlar, ona görə ki, onlar musiqi dinləmək istəyirdilər. Kamil müəllim məhz belə ağır bir dövrdə, insanların musiqiyə, şirin təranələrə tamarzı qaldığı zamanlarda tarını yerə qoymadı, mizrabını simlərə toxunduraraq insanlara sevgi, ümid, inam hissi aşıladı, onun ifası qəlbləri həyəcanlandırdı, təlatümə gətirdi. Bu da savaşa qarşı bir etiraz idi. Musiqinin savaşıydı!
Kamil müəllim həmin ağır illərdə inanırdı ki, musiqinin səsi hərbin səsini mütləq batıracaq. İnanmasaydı, hələ müharibə bitməmiş gəlib tarını götürüb yenidən cəbhəyə qayıtmazdı. O, üfüqdəki qələbəni görürdü, ona inanırdı. Amma bu üfüqə aparan məşəqqətli yolda nə qədər yoxuşlar, yarğanlar da vardı. Bu yolları keçmək lazım idi.
Kamil Əhmədov bütün çətinliklərə sinə gərərək o keçilməz yollardan keçdi, dizləri bərkidi, inadı daş qıran oldu, dözümü daha da mətinləşdi.
Hərbi xidmətdən tərxis olunduqdan sonra Kamil müəllim Asəf Zeynallı adına Musiqi Məktəbinə işə düzəlir, bu təhsil ocağında muğam sənətinin korifeylərindən olmuş Seyid Şuşinskinin konsertmeysteri kimi öz sənətini daha da təkmilləşdirərək muğamın sirrlərinə yiyələnir. Onun ömrünün sonrakı illəri yaradıcılıq axtarışları içində keçir.
Kamil Əhmədov bütün həyatı boyunca doğma tarına sadiq qalıb. Uzun illər Azərbaycan Dövlət Kukla Teatrında, Gənc Tamaşaçılar Teatrında solist kimi fəaliyyət göstərib. Sadıqcanın, XIX-XX əsrlərdə yaşamış, zəmanəsinin görkəmli tarzəni Mirzə Fərəcin təkmilləşdirdiyi tarı Kamil müəllim bir qədər də təkmilləşdirdi və öz sələflərinin başladığı missiyanı uzun illər boyu çiyinlərində daşıdı. Azərbaycan tarına o da öz əlavələrini elədi.
Tarda zəng simlərin xüsusi yerləşdirilməsi muğama aid akkord sistemini qurmağa imkan verir. Sadıqcanın tarında 7 əsas sim, cəmi 11 sim, 9 aşıq vardı. Sonralar tarda müəyyən dəyişikliklər edildi və son dövr tarda dəyişikliklər edənlərdən biri də Kamil Əhmədov olub.
O, tar ifaçılığının inkişafı üçün çox çalışırdı. Onun tələbələri içərisində Azərbaycanın adlı-sanlı tarzənləri var ki, onlar bu gün də muğamatı yaşadırlar, öz bilik və bacarıqlarını yeni gələn nəslə öyrədirlər. Tanınmış tarzənlərdən Ceyran Haşımova, Əkrəm Məmmədov, Əbdülağa Nəcəfov, uzun illər “Xatirə” Xalq Çalğı Alətləri ansamblına rəhbərlik etmiş Adil Bağırov, professor, Əməkdar Elm Xadimi Məmmədağa Kərimov, Qədir Məmmədov, Ağasəlim Abdullayev, konservatoriyanın professoru Malik Quliyev, Bəhruz Zeynalov, Murtuz Əsədullayev və digərləri məhz Kamil Əhmədov məktəbinin məzunlarıdırlar.
Onun tələbələrindən olmuş tarzən Murtuz Əsədullayev öz müəllimi haqqında belə deyir:
“Tale elə gətirib ki, mən də Kamil Əhmədov məktəbini keçmişəm. Mən onun ən sevimli tələbələrindən olmuşam, buna sübut kimi deyə bilərəm ki, o, heç kəsə öyrətmədiyi “Nəva” muğamını təkcə mənə öyrətmişdi. Özü də bunu dəfələrlə qeyd etmişdi. Sonralar el şənliklərində də Kamil müəllimlə birlikdə iştirak etmişəm və ondan bacardıqca çox şey öyrənmişəm. Kamil müəllim mütəmadi olaraq bizim evə gəlib-gedirdi. Dayım, tanınmış muğam ifaçılarının müəllimi, ustadı olmuş xanəndə Nəriman Əliyevlə çox yaxın dostluq münasibətləri vardı. Onlar sənətlə, muğam dünyasıyla əlaqədar saatlarla söhbətlər edərdilər və mən də bu söhbtlərdən çox şey əxz edirdim.
Əgər nəzərə alsaq ki, muğamların ifasında tar çalğı alətləri içərisində əsasdır, onda Kamil Əhmədovun tarının son nəticədə Azərbaycan musiqi sənətinin inkişafında dönüş yaratdığını inamla demək olar. Kamil müəllimin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan muğamlarının mahiyyəti, onların ifadə vasitələri, təsir gücü və ifa üsulları yeni bir mərhələyə qədəm qoymuşdur.
Məsələn, “Rast Pəncgah” muğamına “Dilkeş-Kürdi” şöbəsini Seyid Şuşinski əlavə etdiyi kimi, “Rakı” şöbəsini də Kamil Əhmədov əlavə edib. 1982-ci ildə xalq artisti, görkəmli bəstəkar Süleyman Ələsgərovun rəhbərliyi ilə “Muğamların tədrisinə dair metodik tövsiyyələr” (Orta ixtisas musiqi məktəblərinin xalq çalğı alətləri şöbələri üçün metodik tövsiyyələr) dərsliyi məhz Kamil Əhmədovun zəngin iş təcrübəsi, elmi-metodik mülahizələri əsasında hazırlanmışdır.
Kamil Əhmədov tarda rekonstruksiya etmiş nadir sənətkarlardan biri idi. Onun çox gözəl nəqqaşlıq qabiliyyəti vardı və bu qabiliyyətindən də sədəfli tarın hazırlanmasında istifadə edirdi, nəticədə tarın çanağını nəfis naxışlar bəzəyirdi. Hamı bilirdi ki, bu tar Kamil Əhmədovun əliylə cilalanıb, bu musiqi aləti Kamil Əhmədov sənətinin bəhrəsidir.
Muğamın əsas səs sırası istiqamətində ladlar yaranır, amma görün muğamın tərkibində nə qədər digər muğam köklü şöbələr var. Məsələn, bir muğamın tərkibindəki şöbənin öz kökü var, onun da içində öz guşələri və hər guşənin də öz tetraxordları var. Bunların hamısını saysaq, mücərrədlik yaranar. Hər muğamın tətbiqi böyük bir elmi əsərin yaranmasına gətirib çıxarır. Kamil müəllim bu musiqi alətinin bütün texniki xüsusiyyətlərini, funksiyasını çox gözəl bilirdi və ifaçılıq sənətinin nəzəriyyəsinin, fakturasının, metodologiyasının hazırlanmasında da onun zəngin biliyindən istifadə olunurdu.
Kamil Əhmədovun böyüklüyü onunla eyni dövrdə tar çalmış bəlkə də onlarla tarzənin arasında biliyi, tara bir qədər fərqli münasibəti, çalğısının zənginliyi ilə seçilməsi olub. O, lap gənclik illərindən musiqinin tarixi, nəzəriyyəsi ilə bağlı kitabları oxumuş, iti hafizəsi ona dayaq olmuşdu.
Kamil müəllim Əhmədxan Bakıxanov kimi böyük sənətkardan dərs almışdı və təkcə ifaçılıqla yetinməmiş, muğama incəliyinə qədər vaqif olmuşdu. Sonralar özü də ustad sənətkar olduğu vaxtlarda başqa musiqiçilər, xanəndələr, tarzənlər çətinə düşəndə, mübahisələrə uğrayanda məhz ona mürəciət edirdilər.
O, bütün musiqi istedadını tar vasitəsilə inkişaf etdirmişdi. Onun tələbələri, ifasını dinləyənlər o dolğun mizrabları, qüvvətli biləngi, cazibəli çalğını yaxşı xatırlayırlar.”
Muğam çox qədim zamanların naməlum uzaqlığında doğuldu, insanlar onu öz nəfəslərində, boğazlarında, sevgilərində yaşatdı ki, yox olmasın, itib-batmasın və beləcə, nəsildən-nəslə ötürdü. Muğamın fəlsəfəsini anlayanlar, bu misilsiz xəzinəyə aşina olanlar onu sələflərindən alaraq yaşatdı və xələflərinə əmanət etdi. Kamil Əhmədov da bu sonsuz zəncirin dəyərli həlqələrindən biriydi.
O, Seyid Şuşinski kimi nəhəng xanəndəni uzun illər müşayiət edib. Xalq artisti Əlibaba Məmmədov müsahibələrindən birində Kamil Əhmədov haqqında belə deyir:
“Bir gün dərsə gəldim, gördüm ustadın əhvalı(S. Şuşinskini nəzərdə tutur.-M. Ə) yaxşıdı, eləməyib tənbəllik dedim, “Dəşti” oxumağın vaxtıdı. Dedi ki, “nə “Dəşti” deyib durmusan, ay Əlibaba?” Bu bir növ etiraz idi. Dedim ki, axı siz Ağasız, gərək sözününüz üstündə dayanasınız. Ta gördü ki, əl çəkmirəm, Kamil müəllimə işarə elədi ki, bir kök versin.”
Kamil Əhmədov 1997-ci ildə dünyasını dəyişib. Çox istərdik ki, bu böyük sənətkarın irsi öyrənilsin, əksər istedadlardan yan keçməyən unudulmaq bəlası onun da özündən sonrakı mənəvi ömrünə hakim kəsilməsin. O qədər unudulmuş sənətkarlar var ki, biz bəzən onları xatırlamaqda çətinlik çəkəndə canımızı qurtarmaq üçün onlar haqqında “və başqaları” ifadəsini işlədirik və bununla da işimizi bitmiş sayırıq.
Biz bu yazını yazmaqla gələcək nəsli bir növ çətinlikdən xilas etmiş oluruq. Kamil Əhmədov unudulmağa layiq insan deyil. O, sadə və təmənnasız bir ömür yaşadı, öyrətdiklərinin müqabilində heç bir təmənna ummadı. Tələbələrinin uğurları onun ən böyük qazancı idi. Onun ifaçılıq sənətimizdəki rolu və yeri haqda musiqişünaslar, sənətşünaslar öz sözünü deməlidirlər. Kamil müəllimin həyatı, fəaliyyəti geniş araşdırma istəyir və öz araşdırıcılarını gözləyir.
Bu yazını yazmaqda məqsədimiz həm də o araşdırmalara təkan verməkdir. Kamil Əhmədov elə sənətkarlardandır ki, irsi bu gün də gənc ifaçılara gərəklidir.
Kamil müəllimi həyatda şəxsən görmüş, onunla ünsiyyətdə olmuş, ondan dərs almış insanların sayı azalıb. Onun müasirlərinın əksəriyyəti artıq dünyasını dəyişib. Tələbələri isə hal-hazırda Azərbaycan muğamına çox böyük uğurlar qazandırmış, fəxri adlara yiyələnmiş tanınmış tarzənlərdir, onlar özləri artıq neçə illərdir ki, gənc nəslə tar ifaçılığından dərs deyirlər.
Bu gün də Kamil müəllimin muğam tədrisinə dair metodik tövsiyyələrindən istifadə olunur. O, özündən sonra zəngin bir irs qoyub getdi. Hər ifaçıya öz məktəbini yaratmaq qismət olmur. Kamil Əhmədov ifaçılıq sənətində öz məktəbini yaratmış nadir sənətkarlardan idi.
Kamil müəllim öz tələbələrini övladları hesab edirdi. Bu hesabla Kamil müəllimin nəsli indi muğam ərazilərinin dörd bucağına şaxələnib. Muğam səltənətinin hər guşəsində onun vurduğu xallar, naxışlar yaşayır.
Kənan Hacı

1599 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024