3-7 sentyabr tarixlərində Bakı şəhərində VIII ANIMAFILM Beynəlxalq Animasiya Festivalı baş tutacaq.
Kulis.az xəbər verir ki, “Pişiklər” mövzusuna həsr olunmuş festival Nizami Kino Mərkəzi, Şirvanşahlar Saray Kompleksi və Animasiya Evində təşkil olunacaq.
Festival çərçivəsində 20 ölkədən seçilmiş 39 animasiya filmi nümayiş olunacaq.
Tədbir çərçivəsində ustad dərsləri, təqdimatlar, viktorinalar və ilk dəfə olaraq animasiya layihələrinin pitçinqi də keçiriləcək.
Qeyd edək ki, festivalın bilet gəliri pişiklərə qulluqla bağlı yerli təşəbbüslərə yönəldiləcək.