Rəşad Məcid:137-ci səhifə
12 avqust 2011
16:49
Yayın cırhacırında “Əli və Nino” kitab evinin “Kitabı deputatdan al” kampaniyası çərçivəsində yazıçı, millət vəkili Aqil Abbasın “Batmanqılınc” əsərinin satışı və imza günü törənində adam az idi. Bu istidə kitab almaq xatirinə şəhərin mərkəzinə çox adamın üz tutacağı o qədər də inandırıcı deyildi. Heç mənim də “Əli və Nino”ya getməyə elə həvəsim yoxdu. Amma havanın qəfil mülayimləşməsi fikrimi dəyişdirdi. Aqil Abbası alıcısız qoymayaq deyə, dostum Nazimə zəng vurdum. Xoşbəxtlikdən o da Gədəbəyə on günlük ailəvi səfərindən, dağ havasından təzəcə qayıtmışdı və mənim təklifimə o dəqiqə can-başla razılıq verdi. Beləcə, ötən şənbə Nazimlə birlikdə “Əli və Nino”ya getdik. Aqil Abbas bir neçə dostu ilə birlikdə mağazanın önündəki çayçıda çay içirdi, biz də dəvət olunduq – əvvəl çaya, sonra da mağazaya.
Həm “Batmanqılınc”a görə, həm də kitabın naşiri – “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlunun yaxşı tərif-təbliği sayəsində sonda Nazimlə mən mağazanı iki qucaq kitabla tərk etməli olduq. Şahbaz kitab mağazasına çox az yolu düşən dostumuzun üzüyumşaqlığını görüb, nəşriyyatının buraxdığı kitabları bir ucdan tərifləyirdi və Nazim də sakitcə razılaşaraq, onun dediyi kitabları üst-üstə yığırdı. “Batmanqılınc” mənə əziz əsərdir. Az qala 30 il öncə Bakının mərkəzindəki keçmiş Kommunist küçəsindən burulan Doktor döngəsində “Elm və Həyat” jurnalı yerləşirdi. Mən bu jurnalda elə Aqil Abbasın köməkliyilə işə düzəlmişdim. Və yadımdadır ki, “Batmanqılınc”ın ilk səhifələri də orada yazılmağa başlamışdı. Aqil Abbas bütün iş günü ərzində üzünü iş yoldaşları Rafiqə, yaxud rəhmətlik Binnətə tutaraq, Məhəmməd bəy Cavanşir-Batmanqılıncın qəhrəmanlıq salnaməsini yaradırdı. Qarabağ xanlığının yaranması və inkişaf dövrünün keşməkeşli hadisələrini qələmə alan Aqil Abbas maraqlı bir roman yaratdı.
Yadımdadır ki, romanın əlyazmasının ilk variantını, üzü köçürüləndən sonra, xahiş edib cildlətdim, Aqilə avtoqraf yazdıraraq Ağdama, ordan da Ağcabədidəki evimizə aparıb çıxardım. Dediyim odur ki, “Batmanqılınc”ın imza günündə “Kitabı deputatdan al”mağa az adam gəlməsinin əsərlə bağlılığı yoxdu, roman çox dəyərli ədəbi nümunədi. Bu məsələdə, yəqin ki, istidən əlavə, həm də Aqilin çoxsaylı dostlarını, həmkarlarını bu tədbirdən xəbərdar etməməsinin rolu vardı. Amma güman edirəm ki, “Batmanqılınc” yeni, cavan nəsil ədəbiyyat həvəskarlarının diqqətini cəlb edəcək və bu kitabı indi də olmasa, payızın sərin, qışın soyuq günlərində mütləq alıb oxuyacaqlar. “Qiraətçi” Şahbaz Nazimə aldırmaq istədiyi kitabların içərisində “Qiraətçi” haqda xüsusi tərif deyirdi, “su kimi oxunması” barədə reklam tipli cümlələr işlədirdi. Mənim payıma düşən kitablar sırasına “Qiraətçi”ni də ayırmışdım və evə çatan kimi havanın qəfil sərinliyinin verdiyi fürsətdən istifadə edib, kitabları vərəqləməyə başladım. “Qiraətçi”ni vərəqləyən kimi yadıma düşdü ki, mən Bernhard Şlinkin bu əsəri əsasında çəkilən filmə bir gözəl, inandırıcı təqdimatdan sonra həvəslə baxmış və təsirlənmişəm. Kitabı vərəqləyərkən, həm də filmin əsərlə nə qədər üst-üstə düşdüyünü bilmək həvəsindəydim. Və doğrudan da cümlələrin su kimi axışı məni özünə çəkdi, qayıdıb əsəri başdan, daha diqqətlə oxumağa girişdim.
On beş yaşlı oğlanın özündən xeyli yaşlı bir qadınla yaşadığı sevgi macərasından bəhs edən əsər sonradan İkinci Dünya Müharibəsinin ağır faciələrindən danışır. Əsərin belə rahat oxunması və gözəl tərcüməsi məni maraqlandırdı, tərcüməçilərə nəzər yetirərkən məlum oldu ki, romanı dilimizə iki nəfər çevirib.
Səhifə 137-də qırılan tərcüməni Cəlil Cavanşir davam etdirib. Mən həmin axşam Facebook-da Şahbazdan birinci tərcüməçinin kimliyini və niyə əsəri sonadək onun tərcümə etmədiyini soruşdum. Hiss elədim ki, əsasən ingilis dilindən tərcümə edən xanımla nəşriyyat arasında narazılıq olub. Naşir tərcüməçinin kaprizləri olduğunu söylədi və mən bu fikirdəyəm, deyəsən elə Şahbaza da yazdım ki, istedadlı adamın kaprizlərinə dözmək lazımdır. Hər halda, səhifə 137-də yarımçıq qırılan tərcümə ilə sonrakı çevirmə arasındakı keyfiyyət fərqi ən sadə, sıravi qiraətçiyə də dərhal aydın olur. Çünki gözəl, axıcı tərcümənin məhz hansı abzasda, hansı cümlədən qırıldığını, ikinci tərcüməçinin hardan işə başlamasını aşkar görmək mümkündür. Elə bil təzə çəkilmiş, hamar asfalt yolla getdiyin yerdə qəfildən çala-çökək, daş-kəsəkli bir yola keçirsən. Bizim cavan, iddialı yazarımız Cəlil Cavanşirin çəkdiyi zəhməti heç də yerə vurmaq istəmirəm. Amma yəqin ki, yarımçıq qalan tərcümə işini Cəlilə həvalə etmək istəyən naşirin təklifinə o özü mənfi cavab verməliydi. Yaxud da heç olmasa əvvəlki tərcüməni oxuyub, onun davamını da o ruhda və səviyyədə gətirməyə özündə güc tapmalıydı. Hətta mənə elə gəlir ki, Cəlil 137-ci səhifəyə qədərki tərcüməni heç oxumayıb da. Belə olmasaydı, kitabda məhkəmədən bəhs edən hissələrdə əvvəlcə müttəhim adlandırılanları səhifə 137-dən sonra qəfildən şübhəli adlandırmazdı. Ən azı belə məqamları ikinci tərcüməçi diqqətdən qaçırmamalı idi.
Məncə, tərcümənin səhifə 137-dək olan keyfiyyəti və ondan sonrakı keyfiyyətsizliyilə birgə bu kitab universitetlərimizin tərcümə işinə yönələn tələbələri üçün yaxşı dərs vəsaiti ola bilər. Çünki tərcüməni necə etməli və etməməli sualının praktik cavabı bu kitabda var. Mən bilmirəm kitabda Ferican Kuliyeva kimi göstərilən tərcüməçi imzası gerçəkdir, yoxsa uydurma addır. Amma bunu dəqiq deyə bilərəm ki, hər kimdirsə, bu xanım çox gözəl tərcüməçidir. Mən çox arzu edərdim ki, onun bədii ədəbiyyatın tərcüməsinə olan marağı, bu sahədəki fəaliyyəti naşir laqeydliyi üzündən qırılmasın, əksinə, daha uğurla davam etsin. Düşünürəm ki, belə adamların kaprizi ilə oynamağa dəyər. Çünki məhz onun sayəsində Şahbaz “Qiraətçi”ni “su kimi oxunan” əsər deyə, qürurla tərifləmişdi. Ancaq “137-ci səhifəyə qədər” deməyi lazım bilməmişdi, təbii ki. “100 ilin tənhalığı”
“Qiraətçi”nin səhifə 137-yə qədərki su kimi oxunan tərcüməsindən və sonrakı səhifələrin məyusluğundan sonra Qabriel Qarsia Markesin “100 ilin tənhalığı” əsərinin dilimizə tərcüməsini oxumağa qərar verdim. Dünya ədəbiyyatına önəmli təsiri olan və bir neçə yazıçı nəslinə yön verən bu qeyri-adi əsərin tərcüməsini istedadlı gənc yazarımız Günel Mövlud öz boynuna götürüb. Bizim nəslin ədəbiyyatçılarının, ədəbiyyat həvəskarlarının az qala hamısının bu əsərin rus variantından əzbər bildiyi məşhur birinci cümlənin normal səslənən tərcüməsini oxuyandan sonra Günelin belə ağır, əziyyətli bir işə nə cür qatlaşdığına və bu yükün altından necə çıxdığına olan marağım məni 3 gün sərasər Markesin romanını oxumağa sövq etdi. Mütaliənin ortasında təəssüratım artıq o qədər güclüydü ki, hətta Facebook-da Günelə təbrikimi və təşəkkürümü çatdırdım. Bu çox qəliz, qarışıq məzmunlu əsəri Azərbaycan dilində uğurla səsləndirə bilmək hər kişinin işi deyil. Amma Günelin – bu zəif, çəlimsiz xanımın belə bir ağır yükü məharətlə, səbirlə, istedadla daşıyıb sona gətirdiyini cəsarətlə söyləyirəm. Yeri gələndə Günel hətta ifrata varan dərəcədə poetik, təntənəli cümlələr qura bilir. Amma çevirmədə əsas ustalığı ondadır ki, burda hər şey öz həddindədi. Və Günel özünəxas kəskin ironiya qabiliyyətini burada bir kənara qoyaraq, möhtəşəm əsərə heç bir kənar mütərcim müdaxiləsi, improvizə qatmadan Markesi dilimizdə səsləndirib.
“Qanun” nəşriyyatının çap etdiyi kitabların ən başlıca nöqsanlarından biri bu nəşrlərin ciddi redaktədən keçməməsidir, onlarda açıq hiss olunan “xroniki redaktor çatışmazlığı”dır. Hər halda, nə “Qiraətçi”də, nə də “100 ilin tənhalığı”nda redaktor adı yazılmayıb. Amma nəşr işinin bu çox vacib cəhətinə imkansızlıq, yaxud digər səbəb üzündən biganə yanaşmaq, mətnləri tərcüməçidən gəldiyi şəkildəcə çapa vermək “Qanun”un işinə qalın, qatı bir kölgə salır. Nəşriyyatın buraxdığı əvvəlki bir neçə kitabın tərcüməsində və redaktəsindəki hədsiz qüsurlar, böyük xətalar bir çoxlarını heyrətə gətirmiş, bəziləri hətta məhz bu səbəbdən mütaliəni yarımçıq qoyduqlarını etiraf etmişdilər. İnsafən, bu iki kitabda (təbii ki, “Qiraətçi”də 137-ci səhifəyədək) elə də böyük tərcümə xətaları, dil nöqsanları yoxdur. Amma məncə, “100 ilin tənhalığı” bir ciddi redaktor əli görsəydi, Günellə birlikdə gözdən keçiriləndən sonra, əsərin tərcüməsindəki xırda-para qüsurlar da qalmazdı. İstənilən halda, belə xırda xətalar Günelin tərcüməsinin ümumi keyfiyyətini qətiyyən azaltmır. Sözsüz ki, Markesin dilimizə tərcüməsi sahəsində Əkrəm Əylislinin çevirdiyi “Gözlənilən bir qətlin tarixçəsi” ən parlaq nümunədir və bu səviyyədə iş ortaya qoymaq həddindən artıq çətindir. Ancaq istənilən uğurlu iş mütləq təqdir olunmalıdır və bu baxımdan, “100 ilin tənhalığı”nın tərcüməsi də, elə bilirəm ki, qiymətli bir tərcümə işidir.
Günel bizim istedadlı şairimizdir, gözəl jurnalistdir, mahir reportyordur. Bir neçə yazısına əsaslanaraq, onun yaxşı nasirlik qabiliyyəti olduğunu Günelin özünə söyləmişəm. Ancaq düzü, bu tərcüməsilə Günel, sadəcə olaraq, məni heyrətləndirdi. Mən onun gördüyü bu dəyərli işi ədəbiyyatımıza, mədəniyyətimizə böyük xidmət kimi qiymətləndirirəm və düşünürəm ki, bu tərcümə yüksək mükafatlara layiqdir. İndiliksə, Günelə ədəbi fəaliyyətində, mütərcimlik işində yeni uğurlar arzulayır, ona bir daha təbriklərimi və təşəkkürlərimi ünvanlayıram.

1380 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX
11:51
21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024