Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyev - DOĞMA VƏ YAD KÜÇƏLƏR

Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyev - <span style="color:red;">DOĞMA VƏ YAD KÜÇƏLƏR
15 dekabr 2016
# 14:32

Bəzən hər gün eyni küçə adını eşidirik, deyirik, hətta yazırıq.

Amma fərqinə varmırıq.

Kimdi bu adam?

Adını küçə verilibsə demək xidmətləri var.

Yaddaşlarda yaşamağa layiq olub.

Adı əbədiləşib, düzdü.

Xatirəsi əbədiləşibmi bəs?

Tanıyırıqmı onu?

Kulis.Az-ın “Doğma və yad küçələr” layihəsində Bakı şəhərində olan tanımadığımız küçə adlarından bəhs olunacaq.

Növbəti küçəmiz Nəcəfqulu Rəfiyev küçəsidir... Bu küçə Xətai rayonunda yerləşir, Bakının iki böyük prospektini birləşdirir: Nobel və Babək! Küçədə strateji əhəmiyyətli binalar yerləşir. O cümlədən, Kulis.az saytının da daxil olduğu APA Holding də bu küçədə yerləşir.

Bəs bu küçəyə adı verilən Nəcəfqulu Rəfiyev kimdir?

O, Sovet İttifaqı Qəhrəmanıdır.

1915-ci il martın 22-də Ordubad şəhərində anadan olub.

1935-ci ildə Sovet Ordusuna çağırılıb və əsgərliyinin ikinci ilindən ali hərbi məktəbdə təhsil almağa başlayıb.

Faşist Almaniyasının SSRİ-yə hücum etməsindən 4 gün sonra sürücü-mexanik, tank komandiri, tank vzvodunun komandiri kimi Cənub-Qərb, Şimali Qafqaz, 1-ci Belorusiya cəbhələrində alman faşist işğalçılarına qarşı vuruşmalarda iştirak edib.

Image result for nəcəfqulu rəfiyev

1944-cü ilin yayında Minsk şəhəri yaxınlığında gedən vuruşmalarda, Baronoviçi şəhərinin azad edilməsində qəhrəmanlıq göstərib.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 9 sentyabr tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Müharibədən sonra müxtəlif hərbi hissələrdə qulluq edib.

1955-1959-cu illərdə Lənkəran hərbi komissarlığında şöbə rəisi, Culfa rayon hərbi komissarı işləyib.

1959-cu ildə ordudan tərxis olunub, Azərbaycan SSR avtomobil nəqliyyatı sistemində əmək fəaliyyətini davam etdirib.

1970-ci il dekabrın 24-də vəfat edib.

N.R.Rəfiyevin adı hələ sağlığında əbədiləşdirilib.

Vətəni Ordubadda adına küçə, Ordubadda zavod, Babək rayonunda sovxoz, texnikum və s. olub,

Ordubad şəhərində büstü qoyulub.

# 4069 dəfə oxunub

Müəllifin son yazıları

# # #