Rus fahişə müştərini neçə saniyəyə başa düşür?

Rus fahişə müştərini neçə saniyəyə başa düşür?
30 avqust 2013
# 07:15

Fahişə Lena N.-dən qadınlar haqda 10 şey

Qadının əsas sirri – yaş deyil, çəkidir. Yaşımızı bir çoxlarından, çəkimizi isə hamıdan gizlədirik. Hətta özümüzdən də.

Biz geyinirik, dırnaqlarımızı boyayırıq, üzümüzün tüklərini aldırırıq – kişilərə görə. Bəs niyə görə quşlarda erkəklər lələklərini tökür, qadınlar yox?

Sizin zarafatlarınıza güldüyümüz, paltarlarınızda yatdığımız və dava saldığımız müddətcə sevgi yaşayır.

Müştərini başa düşmək üçün bir neçə saniyə lazımdır. Sevdiyin kişini başa düşmək üçün ona inanmaq lazımdır. Ərini başa düşmək üçün onunla boşanmaq lazımdır.

Bizə xəz almağınızı sizi xərcə salmaq üçün istəmirik. Sizin üçün investisiya layihəsi olduğumuzu bildiyimizə görə edirik. Axı bu qədər xərc çəkdiyiniz şeyi asanlıqla ata bilməzsiniz.

Siz sadəcə danışmaq istəmirsiniz, bizsə özümüzü inandırırıq ki, siz telefonların ancaq gələn zənglərə işlədiyi başqa bir planetdəsiniz.

Mübahisələrdə həmişə daha ağıllılar günahkardırlar. Kişilər – daha ağıllıdır.

Əgər kişi ilk görüşə gecikibsə, demək ümidi yoxdur.

Çox az qadın başa düşür ki, xəyanətə görə dava-dalaş salmaq lazım deyil.

Ən böyük məmnunluq – nə vaxtsa xətrinə dəymiş kişinin sənə heyranlıqla baxmağıdır.

Mənbə: “Esquire” jurnalı

# 5106 dəfə oxunub

Müəllifin son yazıları

# # #