Kulis.az fotoqraf Hüseyn Fateminin İranla bağlı çox maraqlı və fərqli fotolarını təqdim edir.
1. Aşuradan əvvəl keçirilən Çexel Mənbər mərasiminə gedən qadın. Səhərdən axşama qədər davam edən mərasimdə qadınlar ayaqyalın gəzib, şəhərin müəyyən yerlərində 40 dənə şam yandırmalıdırlar.
2. Yatağında çılpaq uzanmış qadın. O, iki uşağına baxmaq üçün fahişəlik etməyə məcburdur.
3. Gözəllik salonunda qadınlar. Bura kişilərin girməyi qadağandır.
4. İçkili qızlar evdə təşkil olunmuş ziyafətdə rəqs edir. Ancaq ölkədə kişilərlə qadınların birgə əyləncəsi qanunla qadağandır.
5. Rok qrup qapalı konsert verir.
6. İdman zalında qızlar. Bura da kişilərin girməyi qadağandır.
7. Qızlar bilyard oynayır.
8. Qəlyan çəkən qızlar.
9. Ölkədə rok musiqi qadağan olunsa da gənclər gizlicə məşq edirlər.
10. Qızlar evlərinin eyvanında siqaret çəkirlər. Onlar evlərində mayka və başıaçıq gəzə bilərlər.
11. Şiraz şəhəri, parkda gitarada ifa edən oğlan.
12. Qadın alt paltarları satılan dükanda satıcı və alıcı kataloqa baxır. Digər qadın isə büstqalter geyinib yoxlayır.
13. Eyla rəssamdır. Evində içir və siqaret çəkir.
14. İki qız ev partisindən sonra.
15. Parkurla məşğul olan gənc.
16. Milad qülləsindən Tehrana baxış.
17. Şervin otağında iti ilə uzanıb. İslam qanunlarına görə, it murdar heyvan hesab olunur və evdə saxlamaq qadağandır. Ona görə də, sahibləri itlərini həmişə evdə saxlamalı olurlar.
18. İran modeli Saxar fotoqrafa poz verir.
19. Cütlük Tehran ətrafı qəbiristanlıqda İmam Əinin ölümü ilə bağlı Quran oxuyur.