Qorxulu filmlərdə sevişən cütlük varsa...

Qorxulu filmlərdə sevişən cütlük varsa...
8 iyun 2013
# 07:45

Sovet dövrünün insanları rus və hind filmləri ilə necə böyüyübsə, bizim nəslin – yəni 80-90-cı illərin gəncləri də Hollivud filmləri ilə elə yetişib. Ona görə, təkrar səhnələri, şablon ifadələri çox asanlıqla hiss edə bilirik. Beləliklə, sizə də çox tanış gələcək “Hollivud şablonları”nı təqdim edirik:

– Maşınlar heç vaxt bağlanmaz. Açar da üstündə olur.

– Uşaqlar qanlı halda doğulmaq əvəzinə tərtəmiz çıxırlar analarının qarnından. Çox vaxt da bir aylıq uşaq boyda doğulurlar.

– Başına dəyən birinci zərbədən özündən gedənlərə tez-tez rast gəlinir. Sonra izi də qalmır o zədənin.

– Qırmızı bikinidə köpük içində maşın yuyan qızlar mütləq olur.

– Bombanın mütləq partlamasına nə qədər vaxt qaldığını göstərən kadr olur. Əsas da son saniyələrdə partlamanın qarşısı alınır. Bombanın üstündə azı 10 rəngdə kabel olur, baş qəhrəman hansının daha vacib olduğunu asanlıqla müəyyən edib kəsir və hamını xilas edir.

– Çox məxfi dövlət sirlərini “hack” etmək üçün adi bir noutbuk bəs edir. Özü də cəmi bir neçə dəqiqəyə məxfi məlumatlar oğurlanır.

– Detektivimiz cinayəti açmağa yaxınlaşanda işdən çıxarılır. O da bunu vecinə almayıb, işinə davam edib cinayəti açır.

– Dişlərini fırçalayan qəhrəman heç vaxt su işlətmir. Dişlərini fırçalayıb, tüpürür. Ən uzağı, kənarda qoyulmuş stəkandakı sudan bir qurtum alır.

– Dünyaya gələn yadplanetlilərin əsas məqsədi pislik etməkdir – çox vaxt da insan nəslini yox etmək.

– Əgər bir agent hansısa uniformalı şəxsi (xidmətçi, həkim, əsgər və s.) vurub paltarını geyinirsə, uniforma agentin bədən ölçüsündə olur.

– Ən pis, ən təhlükəli, ən ümidsiz vaxtlarda qəhrəmanlar ümidsizliyə qapılmırlar. Başlarına silah dayasalar da: “Hər şey yaxşı olacaq” deyirlər.

– Həmişə tualetə qusurlar. Heç vaxt xalçaya, yatağa, hamama qusmazlar. Özü də qusma ən çox 5 saniyə çəkir, sonra heç nə olmamış kimi durub gedirlər işlərinin arxasınca.

– Yaxşı insan qatili öldürəndən sonra nəbzini yoxlamır və silahını yerə qoyub arxasını qatilə çevirir. Həmin vaxt qatil oyanıb yaxşı adamı silahla vurur. Ya da qatil yaxşı adamı vuranda başqa bir şəxs qatili yenidən vurur, bu dəfə o mütləq ölür.

– Qəhrəmanın düşməni 20 nəfər də olsa, onlar birlikdə gəlib döymürlər qəhrəmanı. İki-iki, yaxud tək-tək gəlirlər, qəhrəman da hamısını döyür.

– Qəhrəmanlar çox vaxt hərəkətdə olan qatarın üstündə - külək, hava təzyiqini nəzərə almadan – rahatca döyüşürlər.

– Obrazlardan birinin e-mailə məktub gələndə kompüterin monitorunu bir zərf nişanı zəbt edir. Sanki hamıya məktub gələndə belə olur.

– Qorxulu filmlərdə sevişən cütlük varsa, bilin ki, birinci onlar öləcək.

– Qorxulu filmlərdə içki içənlər də ilk öldürülənlərdən olurlar.

– Pis adam qəhrəmanı öldürmək istəyəndə silah səsi eşidilir, bu pis adamın silahından çıxmır, üçüncü şəxsin silahı olur. Üçüncü şəxs o qədər dəqiqdir ki, dostunun vurulacağı vaxt düz hesablayıb özünü çatdırır.

– Bazarlığın selofan torbalarda deyil, kağız torbalarda daşındığı göstərilir. Çox vaxt da kağız torbalardan hansısa cırılır.

– Səhərlər eyni yataqda oyanan cütlüklər ağız qoxusu problemi olmadan rahatca öpüşürlər. Yeni oyanmış qadınların saçları düzəlmiş, üzləri makiyajlıdır.

– Seksdən sonra qadın azca utanır və mələfəni çənəsinə qədər çəkir. Guya bayaqdan çılpaq olan başqası imiş.

- Avtomobilə bir güllə dəyəndə belə maşın mütləq partlayır və təbii ki içəridəki insanlar son anda avtomobildən çıxaraq təhlükədən xilas olurlar.

- Meqapolislərdə “avtoşluq” edə bilirlər, tıxaclara düşmürlər.

– Telefonla danışan qəhrəmanımız qarşı tərəfin telefonu onun üzünə bağladığını başa düşmək üçün 10 dəfə “Hello? Hello?” deməlidir.

– Uzun saçlı qadınlar telefonu saçlarını aralayıb qulaqlarına qoymurlar. Elə saçlarının üstündən danışırlar, yaxşı da eşidirlər o biri xətdəki insanı.

– Viski kimi acı içkini içən qəhrəmanlar heç üzlərini qırışdırmırlar.

– Yaşlı kişilər ürək tutmasından, qadınlarsa yuxularında ölürlər.

# 2509 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #