Sərgidə it kimi hürmək incəsənətdirmi?

Sərgidə it kimi hürmək incəsənətdirmi?
3 avqust 2013
# 07:30

Performans sənəti alternativ incəsənət kimi 1960-70-ci illərdə meydana gəlib. Məqsədi sənətçinin və tamaşaçının rolu ilə sənəti və sənət əsərini qəliblərdən çıxarmaqdır. Musiqi, rəqs, şeir, teatr və video kimi fərqli incəsənət sahələrində tətbiq edilən performans sənəti 2000-ci illərdən qızıl çağını yaşayır.

Kulis.Az performans sənətinin bəzi örnəklərini təqdim edir:

Altı saatlıq yuxu

Aktrisa Tilda Svintonun Nyu-Yorkdakı Modern İncəsənət Muzeyində “The Maybe” adlı performası keçirilib. Sərgidə Svinton şüşə qutunun içində 6 saat yatıb, sərgiyə gələnlər də həmin prosesi izləyib.

Bu performansın mənası belədir: “Yuxu performansları əvvəllər muzey, sərgi və festivallarda göstərilirdi. Əslində hamısının kökündə “Ağca və yeddi cırtdan nağılı” durur. Burada da yuxu həyat və ölüm arasında sərhəd kimi göstərilir. Şüşənin də burda rolu böyükdür. Şüşə o biri dünyanın mənzərəsini əks etdirir. Şüşə hisslərə mane olur. Məsələn, televiziya. Filmlərdəki dəhşətli səhnələr həyatdakından daha az qorxuludur. Şüşə sənətçini tamaşaçının baxışından qoruyur”.

İt olub camaatı dişlədi

Rus sənətçi Oleq Kulik də performans sənəti deyəndə ağla gələn ilk adlardandır. Ən məşhur əsəri yaratdığı it obrazıdır. Kulik performansında əlləri və dizləri üstündə durub. Məqsədi “müasir mədəniyyət böhranı”nı göstərmək, mədəniyyət sərhədlərinə diqqət çəkmək olub. 1996-cı ildə Stokholmdakı performansında “təhlükəli” yazısının qarşısında özünü zəncirləmişdi. Sənətçi yazı lövhəciyini vecinə almayıb ona yaxınlaşanları dişləyərək beynəlxalq skandala səbəb olmuşdu.

Abramoviç və ziyarətçiləri

“Performans sənətinin nənəsi” adlandırılan Marina Abramoviç sərgisində “The Artist is Present” (“Sənətçi buradadır”) üçün 736 saat boyu danışmadan və hərəkət etmədən bir stulda oturub. Tamaşaçılar Abramoviçin qarşısındakı stullarda oturaraq sərgiyə dəstək verib.

# 2248 dəfə oxunub

Müəllifin son yazıları

# # #