Məgər nə vaxtsa jurnallarda, qəzetlərdə, saytlarda oxuduğunuz məsləhətlər işinizə yarayıbmı? Nə etsən də, ayrılıqdan sonra düzəlmək olmur. Əlbəttə, bu ağrını sağaltmaq çətindir, amma uzatmamaq üçün bəzi şeylər etmək olar...
1.“Kurslara gedin, yeni şeylər öyrənin” – demək bilirəm ki, axmaqlıqdır. İstəyirsən ispan dili kursuna get, istəyirsən xalça toxumaq kursuna, fərqi yoxdur – yenə onu düşünəcəksən. Aralıqda boş yerə pulun gedəcək. Onsuz da 10 gün sonra həvəsin sönəcək.
2.“Məni atmaq asandır məgər? Mən də onun ən qısqandığı adamla, yəni əvvəlki sevgilimlə təzədən görüşüm, o da görsün” – fikri də heç bir işə yaramır. Elə bil, yaranın üstünə duz yox, qaynar su tökürsünüz.
3.Yeni sevgili tapma həvəsi – yaraşıqlı və potensial sevgililəri qaçırtmaqdan başqa bir şey deyil. Çünki qarşındakılarda keçmiş sevgilini tapmağa çalışırsan.
4.Sevgilin olan vaxtlarda “Of! Bunlar məni bezdirir, axı necə başa salım ki, mən onlarla yox, sənlə gəzmək istəyirəm?!” dediyin dostların indi niyə sənə təskinlik verməlidilər ki? Yeni sevgili tapanda yenə onları “arxa plana” atmayacağına necə inandıra bilərsən onlar?
5. Sezen Aksu, Nazan Öncəlin səsini eşitməməlisən. Bu qadınlardakı həvəsə bax – insanlar ayrılıqdan sonra özlərini kəssin, doğrasın, assın deyə hər cür mahnı yazıblar. Nəbadə belə mahnılara qulaq asasınız.
6.Romantik filmə baxmaq da fayda vermir. Çünki hamısı “xoşbəxt son”la bitir. Sizdə də elə oldu? Yox, indi kim bilir, hansı qızla yazışır, görüşür. Görüm üstünüzdən tank keçsin. Bağışlayın, bir az özümü itirdim...
7.Qadınlar əhvalları pis olanda yemək yeyənlər və əhvalları yaxşı olanda yemək yeyənlər olmaqla iki yerə bölünürlər. Ümid edirəm, birincilərə aid deyilsiniz. Çünki ağzımda dondurma qaşığı, ətrafım çips qutuları ilə dolu günlərim yaxşı yadımdadır.
8.Saç kəsdirmək və boyatmaq mənim ən çox işlətdiyim üsuldur. İndi 80-ci illərdəki kimi qısa kəsdirmişəm saçımı, ümid edirəm saçım uzanana qədər unudaram onu.
9.Zəng vurma! Birinci zəng vuran həmişə uduzur! Ağlından milyonlarla məntiqli bəhanə keçir bilərsən, amma zəng vurma.
10. Ayrılıq əzabın qurtulmaq üçün hamının bildiyi bir üsul var – şopinq! Yəni alış-veriş. Amma bir problem var, tutaq ki sən bu qədər pal-paltarı aldın yığdın evə, bəs gələn ay nə ilə dolanacaqsan? O bank kreditini necə ödəcəksən? Adam bu suallardan elə depressiyaya düşər ki, ayrılıq yanında yalan olar.
11.“Şəhərdən uzaqlaşmaq, sakitləşmək, başqa ölkələr görmək” sözləri qulağa necə də xoş gəlir. Amma ora gedəndə “Kaş o da burda olaydı” deyəcəksənsə, getməsən yaxşıdır.
12.Alnımıza böyük hərflərlə “Seksual inqilab! Bərabərlik! Namus vagina deyil!” yazsaq da, ayrılıqdan sonra onunla yenidən bir gecəlik münasibət, yaxud bir öpüş kimi böyük səhvlərə yol veririk. Ayrılanda ağlında olan “Mən onsuz nə edərəm?” sualı yerini avtomatik “İndi biz nəyik?” sualına verir.
13. Telefondan adını, fotolarını silmək, sənə verdiyi hədiyyələri atmaq, sənə yaxşı təsir edəcəksə, buyur. Amma iki-üç gündən sonra zibilliyin kənarında durub onları axtarma.
“Bəs nə edim?” deyisənsə, onu mən də bilmirəm! Bircə onu bilirəm ki, şablon üsullardan heç biri işə yaramır. Ölmürsən, sadəcə yüksək qızdırmalı bir xəstəlik keçirmiş kimi olursan. Hətta bir müddət sonra “immunitet”in elə güclənir ki, “uzağı ayrılarıq da” deyib keçirsən.
Mənbə: Hürriyyət qəzeti
Yazar: Pukka