Bir mənəm, bir də ağac – Günün şeiri

Bir mənəm, bir də ağac – Günün şeiri
15 dekabr 2022
# 13:19

Bu gün Xalq şairi Ramiz Rövşənin 76 yaşı tamam olur. Kulis.az bu münasibətlə şairin “Bir ağac” şeirini təqdim edir.

Bu ağac öləcək, Ramiz Rövşən

Üzündən gözündən tökülür ölüm.

Bu ağac öləcək, bu gün ya sabah.

Bu ağaca qonan o quş öləcək,

Üzündən gözündən tökülür ölüm.

O quş da öləcək, bu gün ya sabah.

O quşa dən səpən o qız öləcək,

Üzündən gözündən tökülür ölüm.

O qız da öləcək, bu gün ya sabah.

O qızı sevməyə dəyməz,

O quşa baxmağa dəyməz,

Ağaca çıxmağa dəyməz...

Ağaca çıxmadım,

Quşa baxmadım,

Qızı sevmədim...

Quş uçdu isti bir yerə,

Qız getdi, qız getdi ərə,

Ağac da ki, durur hələ...

Bir mənəm, bir də ağac.

Kəndir tapıb

Bu ağacdan asılmağa,

Qaldı əlac.

# 2575 dəfə oxunub

Müəllifin son yazıları

# # #