Üç şəhid və sintezator

Üç şəhid və sintezator
27 yanvar 2015
# 11:34

Dünən agentliklərdə xəbər keçdi: Üç şəhid var.

Üç şəhid, üç ailədə matəm.

Amma kanallarda bayram ovqatı…

Telekanallar cəmiyyətin güzgüsüdürsə, cəmiyyət üç şəhidi görmürmü?

Yoxsa kanallar cəmiyyəti görmür?

Və bu şənlik hər şəhid xəbərində təkrarlanacaqmı?

Göz yaşları bu qədər ucuzlaşacaq?

Və kanallar “Vətən, millət” haqqında danışanda onlara kim inanacaq?

Daha bizə “hörmətli tamaşaçılar” deməyin.

Bizə qoyduğunuz hörməti çox gördük.

Döyüş alnımıza yazılıb.

Loqonuza yox…

Qan Turalı

# 903 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #