İz gedir Azərbaycan Tarixi Muzeyinə... - Həmid Herisçi təyyarə qəzasından yazdı

İz gedir Azərbaycan Tarixi Muzeyinə... - Həmid Herisçi təyyarə qəzasından yazdı
12 noyabr 2025
# 10:38

Kulis.az Həmid Herisçinin dünən təyyarə qəzasında həlak olan türk hərbçilərin xatirəsinə həsr etdiyi "İz gedir Azərbaycan Tarixi Muzeyinə" şeirini təqdim edir.

İstəyirsənsə, biləsən kim?
Nə?
Hansı laməkan qüvvə...

Gir əvvəlcə
öz köhnə şalvarının cibinə,
get dərinə...
nəsə dəyəcək əlinə...

Ordadı
bütün lal sualların cavabı!
siqaretin, ümidin son qullabı...
Gənc Verterin iztirabı!
Aşıq bilincə bu sirri,
Götürəcək mizrabı...
pulunu istəyəcək, saathesabı!

Bir az da getsəm, aşağı,
ordan
çıxacaq usaqlığının ilk silahı...
Su tapancası!
O sənlə danışacaq
Şifahı!
Dəyəcək necə, hansı gecə,
bu tapançadan atəş açdın əvvəlcə,
bir sovet zabitinə...
cürətlənincə,
girişdin küçə itinə,
lap axırda atəş açdın bir dünya gözəlinə...
Bir az da getsən, dərinə...

İz aparacaq səni,
Öz-özünə

Azərbaycan Tarixi Muzeyinə,
qalın şüsəli bir vitrinə...
Azıx mağarasından tapılmış çənə,
bu ilk tarixi nümunə,
Məxsusdu elə adamyeyənə!!!
Davam edir
qədim ənənə.
inan, bu gizli cinayət
Zəncirinə!

Həlak olanların əziz xatirəsinə...
Məhmədciyə...
Mərsiyə,
1991- çi il Qarakənd də, 2024-də Aktauda
eyni qara qüvvədi,
Eyni görünməz güvə.
Eyni güllə...
Hələ
Çox canlar yeyəcək
Bu muzeydəki çənə...

# 1785 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxaqları tək-tək yerə sərənlər" - Ceyhun Ərmən Vedilinin şeirləri

"Qorxaqları tək-tək yerə sərənlər" - Ceyhun Ərmən Vedilinin şeirləri

14:36 13 may 2026
Dövran mənə zülm еtdi... - Molla Vəli Vidadidən bayatılar

Dövran mənə zülm еtdi... - Molla Vəli Vidadidən bayatılar

12:35 13 may 2026
"Tövratımdan, İncilimdən, Quranımdan keçmişəm" - Füzuliyə qəzəllər

"Tövratımdan, İncilimdən, Quranımdan keçmişəm" - Füzuliyə qəzəllər

15:00 12 may 2026
"Allaha əl açırdım dua üçün - növbəydi" - Həyat Şəminin yeni şeirləri

"Allaha əl açırdım dua üçün - növbəydi" - Həyat Şəminin yeni şeirləri

15:00 9 may 2026
Unut kədərini, qəmini unut - Nüsrət Kəsəmənli

Unut kədərini, qəmini unut - Nüsrət Kəsəmənli

11:25 8 may 2026
"Bu da bir yuxudur, gəl tanış olaq..." - Günün şeiri

"Bu da bir yuxudur, gəl tanış olaq..." - Günün şeiri

10:23 8 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər