Yun Fosse Nobelə layiq idi? - Mütəxəssis açıqladı

Yun Fosse Nobelə layiq idi? - Mütəxəssis açıqladı
5 oktyabr 2023
# 17:06

"Yun Fosse öz qeyri-adi istedadı ilə buna layiq idi".

Bu sözləri Kulis.az-a açıqlamasında ADU-nun müəllimi, norveç dili üzrə tərcüməçi Anar Rəhimov norveçli yazıçı Yun Fossenin Nobel almasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Fossenin bu mükafatı alması Norveç ictimaiyyəti üçün bayramdır:

"Norveç ədəbiyyatı üçün böyük hadisədir. Onların ədəbiyyat portallarına baxıram. Hamısı bu günü Norveç ədəbiyyatı üçün böyük gün hesab edir. Haradasa 80 ilə yaxın idi ki, onlarda ədəbiyyat üzrə Nobel mükafatı alan yox idi. İndiyə kimi cəmi üç Nobel mükafatçısı var idi: Byörnstyerne Byörnson, Knut Hamsun və Siqrid Ündset".

Anar Rəhimov hesab edir ki, Fosse mükafata layiqdir:

"Yun Fosse özü də Avropada kifayət qədər tanınıb. Əsərləri Avropanın bütün böyük teatrlarının səhnələrində oynanılıb.

Yun Fosseni Norveç üçün dəyərli edən odur ki, o, Norveçin niynorsk dilində yazır. Norveçdə iki dövlət dili var. Bir Danimarka və İsveçin təsiri ilə olan bukmol, bir də norveçlilərin özlərinin daha doğma hesab etdiyi niynorsk.

Düşünürəm ki, o bu mükafata hələ 3-4 il bundan qabaqdan layiq idi. Onun həm dram əsərləri, həm pyesləri, romanları Avropaya yeni səs gətirmişdi. Avropada da onun Nobeli almaq üçün yetişdiyini düşünürdülər.

Norveç ədəbiyyatı üçün böyük uğurdur. Yun Fosse öz qeyri-adi istedadı ilə buna layiq idi".

O, Fossenin əsərlərinin mövzularına da toxunub:

"Fossenin əsərlərində, əsasən, adi həyat həqiqətləri, insanın daxili aləmi, şimal insanının az ünsiyyətə girməsi, çətin zamanlardakı seçimlərimiz kimi mövzulara toxunmuşdur".

# 4654 dəfə oxunub

Oxşar xəbərlər

Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO

Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO

18:10 22 sentyabr 2026
Məşhur film ilk həftəsində rekord qırdı

Məşhur film ilk həftəsində rekord qırdı

18:00 22 sentyabr 2026
İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

17:30 22 sentyabr 2026
İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

17:00 22 sentyabr 2026
Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

16:30 22 sentyabr 2026
"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

15:30 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər