Yoxsul tələbələrin bahalı layihəsi - 10 min dollar qazanmağın yolu

Yoxsul tələbələrin bahalı layihəsi - 10 min dollar qazanmağın yolu
17 iyun 2024
# 15:00

Dünyaca məşhur bəzi müəlliflər var ki, onların imzası məhz bu dərgilərin hesabına tanınıb və dünya şöhrəti qazanıb.

Kulis.az dünyanın ən məşhur ədəbiyyat jurnallarını təqdim edir.


“Nyu-Yorker”

1925-ci ildən nəşr olunan “Nyu-Yorker” bir-birindən maraqlı hekayələrin, tənqidi yazıların, esselerin, şeirlərin dəyişməz ünvanıdır. Amerikalı jurnalist Harold Ross tərəfindən təsis edilən jurnal ildə 47 dəfə nəşr olunur və təxminən, 1 milyondan çox oxucusu var.

Con Ohara, Devid Cerom Selincer, Skott Fitscerald, Salman Rüşdi və digər məşhur müəlliflərin əsərləri ilk dəfə məhz bu jurnalda dərc olunub.

“Paris Revyu”

İngillisdilli jurnal olan “Paris Revyu” 1953-cü ildə Parisdə təsis olunub. Jurnal nəşr olunduğu ilk illərdən Samuel Bekket, İtalo Kalvino, Jan Qenet kimi məşhur müəlliflərin əsərlərini dərc edib. “Paris Revyu” müsahibələri ilə də məşhurdur. Belə ki, müxtəlif illərdə jurnalda Ezra Paund, Ernest Heminquey, Tomas Eliot, Luis Xorxe Borxes, Uilyam Folkner, Pablo Neruda, Vladimir Nabokov və digər məşhurların maraqlı müsahibələri yayımlanıb.
Ədəbi tənqidə alternativ kimi jurnal həm də yazarlara öz yaradıcılıqları haqda danışmaq imkanı yaratdı.
Dərgidə çap olunan “Yazar iş başında” rubrikasında çap olunan müsahibələr seriyasında yazıçılar öz portretlərini yaradır, həyat və yaradıcılıqları, yazı texnikaları haqda danışırlar.

Dərgidə çap olunmaq istəyənlərin nəzərinə

Jurnal redaksiyası hazırda Nyu-Yorkda yerləşir. Dərgidə dünyanın istənilən ölkəsindən yazarlar dərc edilə bilər. Bir şərtlə ki, əsər ya ingiliscə yazılmış olsun, ya da ingilis dilinə mükəmməl tərcümə edilsin. Və əvvəllər heç yerdə çap edilməmiş olsun. Əsərlər zərfdə bu ünvana göndərilməlidir. (Nəsr əsərləri nəsr üzrə redaktora, şeirlər poeziya üzrə redaktora).

The Paris Review
62 White Street
New York, NY 10013


Qaydalara görə, yazar hər dəfə jurnala ya maksimum 6 şeir, ya 1 qısa hekayə, ya da 1 publisistik yazı göndərə bilər.
Yazar redaksiyaya göndərdiyi zərfdə öz telefon və elektron adresini də qeyd etməlidir.

“The Paris Review” yazarlara mükafat da verir

Müsabiqədə iştirak üçün müraciətə ehtiyac yoxdur. Qaliblər ilboyu jurnalda çap olunan şeir və hekayələrin arasından – jurnalın redaktorları tərəfindən seçilir. Qaliblərin adı jurnalın qış sayında elan edilir. Bundan başqa dərgi Plimpton mükafatı da təsis edib. Dəyəri 10 min dollar olan mükafat hər il gənc, yaxud əsərləri əvvəllər çap edilməmiş müəlliflərə verilir. Bu mükafat jurnalın 50 il redaktoru olmuş Plimptonun şərəfinə təsis edilib. Dərginin mükafatla bağlı sloqanı belədir: "10 min dollar qazanmağın yolu: yazmaq lazımdır!"

Jurnal necə maliyyələşir?

Ədəbiyyat dərgisinin özü-özünü maliyyələşdirməsi hər yerdə olduğu kimi Amerikada da çətindir. İldə 4 sayı çıxan “The Paris Review” qeyri-kommersiya təşkilatıdır və vergidən azaddır. Jurnalın çapı, onun keçirdiyi ədəbi tədbirlər, reallaşdırdığı proqramlar həm də ianələrdən asılıdır.
"The Paris Review" öz saytında oxucularına müraciət edir ki, istənilən həcmdə iyanələr qəbuldur və həmin pullar jurnalın ədəbiyyatın maraqlarına xidmət işini asanlaşdırır.
1000 dollardan artıq yardım etmək “Plimpton çevrəsi”nə üzv olmaq deməkdir – yəni jurnalın həmtəsisçisi və uzun illər redaktoru olmuş Plimpton kimi həmin şəxslər də dərgi üçün mühüm iş görmüş insanlar kimi qəbul ediləcəklər.
Jurnala yardımı onun saytı vasitəsilə - onlayn şəkildə də etmək olar.

“Harpers”

Aylıq “Harpers” jurnalı 1850-ci ildə yaradılıb. Jurnalın artıq ilk saylarından Çarlz Dikkens, Emili Bronte, Uilyam Tekkerey kimi məşhur yazıçıların əsərləri dərc olunub.

“Poetry”

Amerikalı şair Hariyet Monro tərəfindən təsis edilən “Poetry” jurnalının ilk sayı 1912-ci ildə ABŞ-ın Çikaqo şəhərində yayımlanıb. Tomas Eliotun 22 yaşında yazdığı məşhur “Alfred Prufrokun məhəbbət nəğməsi” şeiri də ilk dəfə məhz bu jurnalda dərc olunub. Şeiri çap etməyi Hariyet Monroya dərginin o vaxt redaktorlarından olan, sonralar məşhur şair kimi şöhrət qazanan Ezra Paund məsləhət görüb.

“Qranta”

Dünyanın ən məşhur ədəbiyyat jurnallarından hesab olunan “Qranta” 1889-cu ildə Böyük Britaniyanın Kembric Universitetinin tələbələri tərəfindən yaradılıb. Maliyyə böhranı səbəbindən bir müddət dərc olunmayan jurnal 1979-cu ildən yenidən nəşr olunmağa başlayıb.

Britaniyada çap edilən "Qranta" - axına qarşı üzən ədəbi jurnaldır.

"Qranta" yalnız "ilham mənbəyi olan, stimul verən, çətin suallara cavab axtaran, tarixin mürəkkəb dövrlərini tədqiq edən əsərləri" çap etdiyini bildirir.

İldə 4 dəfə çıxan jurnalın tirajı 45 mindən artıqdır. Jurnalda bədii əsərlərdən başqa fotolar, reportajlar, memuarlar da çap edilir.

Bundan başqa jurnal 10 ildən bir yaradıcılıqlarına xüsusi diqqət yetirilməli olan gənc yazarların siyahısını dərc edir.

Məsələn jurnalın 1983-cü ildə çap etdiyi belə iyirmilikdə indi dünyada tanınan Kazuo İşiquro, Salman Rüşdi kimi yazarlar vardı.

# 1158 dəfə oxunub

Oxşar xəbərlər

“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

18:49 25 noyabr 2024
Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

17:35 25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

15:00 25 noyabr 2024
# # #