Xəzər Universitetində Zəfər Bayramı qeyd edildi

ilk Zəfər Bayramı

ilk Zəfər Bayramı

11 noyabr 2021
# 14:43

Xəzər Universitetinin F.Əmirov adına Konsert-Konfrans Mərkəzində Qarabağda qazanılan Böyük Qələbənin birinci ildönümü - ilk Zəfər Bayramı qeyd edildi.

Kulis.az xəbər verir ki, bayram tədbirində 44 günlük müharibənin xronikası əsasında hazırlanmış videoçarx təqdim olunduqdan sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Tədbirin rəsmi hissəsində Ümummilli lider Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" və böyük öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" kəlamlarına əsaslanan Türkiyə-Azərbaycan qardaşlığına dair videoçarx təqdim edildi, sonra Türkiyənin Akdeniz Universitetinin professoru Şenol Kantarcı öz ürək sözlərini tədbir iştirakçıları ilə bölüşdü.

Xəzər Universitetinin 44 günlük müharibədə iştirak edən məzunlarının səhnəyə çıxması böyük coşqu ilə qarşılandı. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı qazi məzunları salamlayaraq, onlarla qürur duyduğunu söylədi. Qazi məzunlardan baş leytenant Cavad Həşimov dəvət üçün təşəkkür edərək, doğma universitetə minnətdarlıq duyğularını ifadə etdi.

Musiqili-bədii kompozisiya Xəzər Universitetinin tələbələri Ləman Rzaquliyeva, Təhmin Bəkirov, Vəlixan Vəlixanlı, Yeganə Quliyeva, Nəzrin Əsgərova, Səma Mehdiyeva, Ləman Hacılı, Solmaz Mirzəliyeva, Aytən Kərimxanova və İmaməli İbrahimovun müxtəlif janrlarda hazırladıqları çıxışları ilə davam etdi.

Zəfər bayramında istedadlı müğənni Həmid Həmzəyev “Döyüşə gedirəm, ana”, “Dərviş” qrupunun üzvü Cavidan Məmmədov isə “Cənab leytenant” mahnılarını ifa etdilər. “Dərviş” qrupunun ifasında səsləndirilən maraqlı kompozisiyalar (“Xudayar təsnifi” və “Vətəndir” kompozisiyası) tədbir iştirakçılarının alqışları ilə qarşılandı.

Zəfər Bayramı Xəzər Universitetinin tələbələri və “Dərviş” qrupunun birgə hazırladıqları “Çırpınırdı Qara dəniz” musiqili-bədii kompozisiya ilə yekunlaşdı.

Tədbirdən sonra professor, akademik Hamlet İsaxanlı başda olmaqla universitetin rəhbərliyi və professor-müəllim heyəti ilə qazi məzunların səmimi görüşü keçirildi.

# 2195 dəfə oxunub

Oxşar xəbərlər

Belə bir ölkəyə altı qol vurub sevinmək utanc hissini itirməkdir... - Nihat Pir

Belə bir ölkəyə altı qol vurub sevinmək utanc hissini itirməkdir... - Nihat Pir

15:00 28 mart 2026
Şəhər sakinləri kərgədanlara çevriləndə... - İonesko faşizmi necə ifşa etmişdi?

Şəhər sakinləri kərgədanlara çevriləndə... - İonesko faşizmi necə ifşa etmişdi?

14:00 28 mart 2026
"Belə adamlara ziyalı kimi baxanlar da bambılıdır" - Ulucay Akif

"Belə adamlara ziyalı kimi baxanlar da bambılıdır" - Ulucay Akif

12:25 28 mart 2026
“Ulduz müharibələri”ndəki başlıq rekord qiymətə satıldı

“Ulduz müharibələri”ndəki başlıq rekord qiymətə satıldı

11:50 28 mart 2026
Qəni Camalzadə:  "Süni yazı oxucuya təsir etmir" - Müsahibə

Qəni Camalzadə: "Süni yazı oxucuya təsir etmir" - Müsahibə

11:35 28 mart 2026
Yenə yağış, yenə su altında qalan Bakı... - Məsul qurumlar hara baxır?

Yenə yağış, yenə su altında qalan Bakı... - Məsul qurumlar hara baxır?

11:00 28 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər