Musa Yaqubun xaricdə yaşayan nəvəsi: “Gərək kimliyimi itirməyim”

Musa Yaqubun xaricdə yaşayan nəvəsi: <span style="color:red;">“Gərək kimliyimi itirməyim”
6 may 2019
# 10:20

Səsindəki qəribə həzinlik adamın ruhunu oxşayır. Dinlədikcə, bu səsin dərinliklərində vətənə, insanlara sevgi dolu kövrək bir ürəyin döyündüyünü duymamaq olmur. Onu daha çox danışdırmağa, daha yaxından tanımağa çalışdım. Söhbətimiz boyu qərib bir ölkədə özü boyda Azərbaycan olmağa cəhd edən bu xanımın arzularına heyran oldum.

Onların hər biri vətənlə, xalqla bağlıdır. Bu gənc xanımın istəklərinin hamısına sanki doğma məmləkətin dərdi, sevinci hopub. Avstriyayla Azərbaycan arasında mədəni əlaqələrin daha sıx olmasında iştirak etməyə, Azərbaycanın Avstriyada daha çox tanınmasında xidmət göstərməyə çalışır. İndiyədək avstriyalı şairlərdən Heinrik Böllün, Erik Fridin şeirlərini Azərbaycan dilinə tərcümə edib. Thomas Bernhardın da şeirlərini dilimizə çevirməyə hazırlaşır. Alman ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini, siyasi kitabları, dünya dramaturqlarını yorulmadan mütaliə edir. Ana dilini təkmilləşdirməkdən ötrü Azərbaycan ədiblərinin əsərlərini sevə-sevə oxuyur.

Deyir, hər günüm gərgin iş rejimi ilə, əziyyətlə keçir ki, nəsə mənimsəyə, qazana bilim, bilik və bacarıqlarımı təkmilləşdirim. Bu ölkədə milli kimliyimi itirməyim…

Görüntünün olası içeriği: 2 kişi

Haqqında söhbət açdığım Nərgiz xanım Gəraylı böyük şairimiz Musa Yaqubun nəvəsidir. İsmayıllıda doğulsa da Bakıda böyüyüb boya-başa çatıb. Səkkizinci sinfədək 276 saylı məktəbdə oxuyub. Sonra valideynləri ilə birlikdə Avstriyanın İnnsbruk şəhərinə köçüblər. Tam orta təhsilini burada gimnaziyaların birində başa vurub. 2012-2016-cı illərdə Lepold-Franzens Universitetinin siyasi elmlər fakültəsində ali təhsil alıb. 2017-ci ildən həmin universitetin gender mədəniyyəti və sosial dəyişiklik fakültəsinin magistraturasında təhsilini davam etdirir. Bundan əlavə, Salzburq şəhərindəki xüsusi akademiyada sosial-peşə pedaqoqu ixtisasına yiyələnib. Gənclərə kouçluq etmək üzrə təhsil alıb. Eyni zamanda 2013-2016-cı illərdə ictimai təşkilatlardan birində tərcüməçi kimi çalışıb. 2017-ci ildən Tirol sosial xidmətlərində mütəxəssis-məsləhətçi işləyir…

Görüntünün olası içeriği: 1 kişi

Atası Elşən Gərayevin öz şəxsi biznesi var. Anası Səhər xanım Azərbaycan Dillər Universitetini bitirib. Hazırda yaşadığı şəhərdə klinikada çalışır. Qardaşı Gəray isə Avstriya universitetlərindən birində beynəlxalq maliyyə üzrə ali təhsil alır.

İngilis, alman, rus, türk dillərində sərbəst danışa bilən, bir az da fransız dilində fikirlərini ifadə etməyi bacaran bu xanım, ancaq milli musiqimizi, daha çox klassiklərimizin bəstələrini dinləyir. Gözəl rəsm əsərlərinə tamaşa etməkdən zövq alır.

Görüntünün olası içeriği: 2 kişi, oturan insanlar

Deyir: "Avstriya məktəblərində ədəbiyyatı az tədris edirlər. Mən ədəbiyyatı, necə deyərlər, öz zəkamda, zehnimdə Azərbaycandan gətirmişəm. Burada şagirdlərə duyğusallıq, poeziyaya vurğunluq aşılanmır, əsasən reallığı təbliğ edirlər. Avstriyalılar üçün "Biz" anlamından çox, "Mən" anlamı daha önəmlidir. Hər şey "Mən"-dən başlayır. Özünə inam, öz gücünə arxalanmaq, heç kimdən kömək ummamaq avstriyalıların həyat kredosudur. Ona görə də burada sosial ünsiyyət çox zəifdir."

2017-ci ildən "Anatyrolia" teatr qrupunun üzvüdür. Müxtəlif səhnəciklərdə həvəskar aktrisa kimi rollar alır. Çalışır ki, bir azərbaycanlı kimi xalqımızın zəngin mədəniyyətə malik olduğunu yerli insanlara çatdıra bilsin.

...Xanımın yaşını deməzlər, amma o vaxt demirlər ki, otuzdan yuxarı olur. O isə iyirmi səkkiz yaşın içindədir. Hələ heç ailə də qurmayıb. Azərbaycan poeziyasına, o cümlədən babası Musa Yaqubun yaradıcılığına dərindən bələd olan bu gənc xanımın dünya görüşü, hadisələrə verdiyi təhlil, real baxışları, davranışı yüksək mədəniyyətindən, kübarlığından, ziyalılığından irəli gəlir. Başqa cür ola da bilməz, axı o, gözəl insan, böyük şairimiz Musa Yaqubun nəvəsidir…

Elman Eldaroğlu
ABŞ, Miçiqan

# 2811 dəfə oxunub

Oxşar xəbərlər

"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." -  O niyə İslamdan imtina etmişdi?

"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." - O niyə İslamdan imtina etmişdi?

18:33 27 noyabr 2024
Deputat:  "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

Deputat: "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

18:32 27 noyabr 2024
“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

17:35 27 noyabr 2024
Əfsanəvi ifaçı karyerasını sonlandırdı

Əfsanəvi ifaçı karyerasını sonlandırdı

16:44 27 noyabr 2024
Azərbaycanlı alim beynəlxalq konfransda Qulu Ağsəsin şeirlərindən bəhs edib

Azərbaycanlı alim beynəlxalq konfransda Qulu Ağsəsin şeirlərindən bəhs edib

16:10 27 noyabr 2024
Sinə açılır, üz gərilir, dodaqlar şişir... - Müğənnilərimizdə nə baş verir?

Sinə açılır, üz gərilir, dodaqlar şişir... - Müğənnilərimizdə nə baş verir?

15:00 27 noyabr 2024
# # #