Dünya haqqında biliklərimiz nə qədərdir?
Edison “hər hansı bir şey haqqında bildiyimiz gerçəyin milyonda biri qədərdir” deyəndə bəlkə bir az ifrata varırdı.
Bilmədiklərimiz bir yana dursun, səhv bildiklərimiz necə?
Con Lloyd və Con Mitçinsonun imzası ilə çap olunan “Cahilliklər kitabı” (The Book of General İgnorance) səhv bildiyimiz gerçəkləri bizə açıqlayır.
Kulis.Az bu kitabdan seçmələri təqdim edir.
Buqələmunlar məkana uyğun rəng dəyişirlər? Əslində elə deyil.
Heç vaxt belə olmayıb, olmayacaq da. Çünki buqələmunların məkana uyğun rəng dəyişməyi sadəcə bir əfsanədir. Tamamilə uydurmadırdır. Böyük yalandır.
Buqələmunların rəng dəyişmək xüsusiyyətlərinin səbəbi tamam fərqlidir. Onlar dəyişik duyğusal hallara görə rəng dəyişirlər. Dəyişdikləri rəngin məkanın rəngi ilə eyni olmağı isə sadəcə və sadəcə təsadüfdür.
Buqələmunlar qorxanda, bir təhlükə hiss edəndə, ya da bir-biriləri ilə döyüşdə qalib olanda rəng dəyişdirirlər. Başqa bir səbəbi də var. Əks cinsdən bir buqələmun görəndə də rəng dəyişirlər. İşığın, istiliyin fərqinə görə də rəng dəyişə bilirlər.
Bir buqələmunun dərisi kromatafor (yunancadan tərcümədə rəng daşıyan mənasını verir) adlı xüsusi hüceyrələrdən ibarətdir, dərisi qat-qatdır. Bu qatların hər birində dəyişik rəngdə piqmentlər (dəri və toxumalara rəng verən maddə) mövcuddur. Qatların arasındakı tarazlığın dəyişməsi dəyişik rənglər meydana çıxardır. Bu səbəbdən də buqələmunlar yeriyən rəng çarxına çevrilirlər.
Buqələmunların məkana uyğun rəng dəyişdirməsi düşüncəsi ilk dəfə Antinagos adlı gənc bir yunan yazarının qələmindən çıxıb. Əyləncəli hekayələr və qısaldılmış bioqrafiyalar yazan yazar bu fikri e.ə. 240-cı ildə səsləndirib. Ondan yüz il isə Aristotel çox doğru bir fikir irəli sürmüşdü: buqələmunların qorxudan rəng dəyişdiklərini söyləmişdi. İntibah dövrünə qədər “məkana uymaq” nəzəriyyəsi hardasa unudulmuşdu. Daha sonra bu nəzəriyyə yenidən qüvvəyə mindi və indinin özündə də insanların buqələmunlar haqqında “bildikləri” yeganə şey budur.
Buqələmunlar eyni anda saatlarla hərəkətsiz qala bilərlər. Bəzən buqələmunların az yediklərini əldə rəhbər tutub onların hava ilə bəsləndiklərini düşünürdülər. Əlbəttə, bu fikir də doğru deyildi.
Buqələmun kəlməsi yunan dilində “yerdəki aslan” mənasına gəlir. Buqələmunlar tamam fərqli iki istiqamətə baxa bilirlər. Gözləri bir-birindən bağlı deyil, hər ikisi başqa istiqamətlərə baxa biləcək qədər azaddır.
Buqələmunların eşitmə qabiliyyəti yoxdur.
İncil buqələmun yeməyi qadağan etmişdir.
Amerika adı Vespuççidən götürülməyib! - CAHİLLİKLƏR KİTABI
Amerikadakı dəvələr niyə ölüb?- CAHİLLİKLƏR KİTABI
Şirləri və köpək balıqlarını öldürən bu heyvanı tanıyırsızmı? – CAHİLLİKLƏR KİTABI
II Yekaterina necə ölüb? – İki yüz illik at yalanı
Neron: Ana qatili, seks fetişisti-ROMANI O YANDIRMAMIŞDI
Napoleonun ən alçaldıcı məğlubiyyəti – DOVŞAN MƏSƏLƏSİ
Bəkarət kəməri: Əvvəllər qadağa, indi seks aləti