Fərid Hüseynin kitabı Özbəkistanda təqdim olunub – Fotolar

Fərid Hüseynin kitabı Özbəkistanda təqdim olunub – Fotolar
22 aprel 2019
# 11:04

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Çağdaş Azərbaycan sərbəst şeirinin gənc nümayəndəsi Fərid Hüseynin "Səmərqənd divanı” adlı poetik silsiləsinin təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Özbəkistanın ədəbiyyat nümayəndələri, gənc şairləri, Daşkənddəki ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə ilk öncə müəllifin yeni çapdan çıxan "Səmərqənd divanı” adlı poetik silsiləsinin, habelə Mərkəzin layihəsi ilə nəşr olunan kitabların sərgisi keçirilib.

Təqdimat mərasimini giriş sözü ilə açan Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov gənc şair Fərid Hüseynin yaradıcılığı haqqında danışaraq müəllifin yaratdığı əsərlə Şərqin ən böyük memarlıq irsi sayılan Səmərqənd şəhərinin möhtəşəm tarixi, onun keçdiyi inkişaf yoluna işıq saldığını qeyd edib.

Diplomat vurğulayıb ki, "Səmərqənd divanı” poeması eyni zamanda Azərbaycan-Özbəkistan ədəbi əlaqələrini çağdaş və parlaq səhifəsi kimi də qiymətləndirmək olar. Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin 3 dildə – Azərbaycan, Özbək və rus dillərində Daşkənddə nəşr olunan kitab haqqında fikirlərini bölüşüb.

Şair, tərcüməçi, Özbəkistan Yazıçılar Birliyinin üzvü Babaxan Şərif Fərid Hüseyn və onun yaradıcılığı haqqında danışaraq, gənc şairin Özbəkistan üçün xüsusi əhəmiyyət kəsb edən mövzu – tarixi Səmərqənd şəhəri haqqında əsər yaratdığına görə təşəkkürünü bildirib. O, gənc olmasına baxmayaraq şair Fərid Hüseynin ingilis, rus, Belarus, Ukrayna, serb, özbək, qazax, gürcü və başqa dillərdən əsərlərin Azərbaycan dilinə tərcümə etdiyini və şairin tərcüməçilik fəaliyyətini də yüksək qiymətləndirib.

"Səmərqənd "divanı” Özbək dilinə tərcümə edən alim Tahir Qahhar Fərid Hüseynin "Səmərqənd "divanı” adlı poetik silsiləni qələmə almaqla ilk növbədə bu ənənəni davam etdirdiyini qeyd edib, gənc şairin "Şərqin Roması” adlandırılan bir şəhərin – Səmərqəndin tarixi yerlərini ziyarət etməklə, şəxsi, ictimai, fəlsəfi duyğu və düşüncələrini, əbədiyyət, fanilik və ötəriliklə bağlı fikirlərini bölüşən gözəl monoloq olduğunu qeyd edib.

Özbək şair, tərcüməçi Şaxlo Qasımova sirlər şəhəri olan Səmərqənd haqqında dünyada və Özbəkistanda çoxsaylı əsərlərin yaradıldığını, tarixi görünüşü və əfsanələri ilə hələ də insanları, səyahətçiləri heyrətləndirən bu şəhərin şairlərin, yazıçıların ilham mənbəyi olduğunu qeyd edib.

Dosent Şaxnoza Nurbekova, alim Umidə Dostova çıxışlarında Şərqin ən unikal memarlıq irsi sayılan Səmərqənd mövzusunda əsər yaradan Azərbaycan şairinə öz təşəkkürlərini bildirdilər, Özbəkistanda əsərin böyük maraqla qarşılandığını qeyd etdilər. Onlar əsərin üç dildə çap olunmasını daha geniş oxucu auditoriyasının marağını cəlb edəcəyini vurğulayıblar.

Sonda gənc azərbaycanlı şair Fərid Hüseyn çıxış edərək əsərin yaranma səbəbi, Şərqin ən böyük tarixə, zəngin mədəniyyətə malik, böyük bir imperiyanın paytaxtı olan Səmərqənd şəhəri haqqında danışıb. O, monoloqdan ibarət olan əsərini fanilik duyğusuna ithaf etdiyini qeyd edib və onu Azərbaycan şairi Əfzələddin Xaqaninin "Mədain xərabələri” adlı əsərindən epiqrafla başladığını qeyd edib.

Tədbirdə şair Fərid Hüseyn Azərbaycan-Özbəkistan ədəbi əlaqələrində xüsusi fəallığına görə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Fəxri diplomu ilə təltif olunub.

Müəllifin əsərlərinin imza mərasimi keçirilib, yeni nəşr olunan kitablar iştirakçılara təqdim olunub. /azertag.az/

# 3594 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər